Həyətə bir dəstə qara geyimli adam doluşdu. Onların atəş açaraq insanları öldürdüyünü görmüşdü. Ona görə də gizlənməyə yer axtardı. Lakin qara geyimlilər onu gördülər, qulağına tanış olmayan dildə bir-birlərinə nəsə deyib güldülər. Dövrəyə alaraq fit çala-çala onu tutmağa çalışdılar. Biri evdən yataq örtüyünü gətirdi, örtüyü başına atdılar. Gözləri qaraldı, çırpınaraq xilas olmaq istəsə də, bacarmadı, onu tutdular! Köməkləşib zorla yük maşınına qaldıranda dırnaqları ilə son dəfə yeri eşdi və doğma yurdunun torpağının bir parçasını özü ilə apardı.
O gündən ayağı torpağa dəymədi, gözləri yaşıllıq görmədi. Sonra onu kiməsə satdılar. Yeni sahibi də erməni idi, neçə illər İsveçrədə yaşasa da, Qarabağ atlarını çox sevirdi. Atı oxşayıb əzizlədi, qarşısına ot qoydu. Acından az qala dizləri bükülən at ağzını ota uzatdı, tez də geri çəkdi. Erməni bir neçə yerdən cürbəcür ot gətirtdi, at heç birini yemədi. Ermənini fikir götürdü, belə getsə, at acından ölə bilərdi. Axı onu bura gətirmək üçün bir ətək pul tökmüşdü ki, ayın sonu keçiriləcək cıdır yarışında iştirak etsin. Amma nə qədər edirdisə, at onun üzünə belə baxmır, hey ətrafa boylanaraq nəyisə, kimisə axtarırdı. Erməni yenə bir ətək pul tökərək Qarabağdan ot və su gətirməyə məcbur oldu. Otun iyini alan at dəli kimi kişnədi, əvvəlcə otu yaladı, sonra acgözlüklə qırpmağa başladı. Suyu da bol-bol içəndən sonra dizlərini bükərək başını otun üstünə qoydu, qoxusunu içinə çəkməyə başladı.
Acından arıqlamış at bir neşə gün içində özünə gəldi və atılıb-düşməyə başladı. Atın genişlik istədiyini anlayan erməni onu gəzintiyə çıxardı, bir neçə dəfə minib doyunca çapdı. At artıq yeni sahibinə öyrəşmişdi, çünki sahibi ona istədiyi otu, suyu gətirmişdi. Bundan başqa o, atın dilini tapmışdı, onunla Azərbaycan dilində danışırdı.
Nəhayət, yarış günü gəlib çatdı. İsveçrənin ən gözəl yerlərindən birində minlərlə insan toplanmışdı. Aparıcı ilk sırada yarışa çıxacaq atların adını elan etdi. "Qarabağ gözəli" də onların arasında idi. Atı həmin erməni-Armen Papazyan sürəcəkdi. İşarə verilən kimi at ildırım sürəti ilə irəli atıldı. At bütün rəqiblərini bir-bir arxada qoyaraq irəlilədikdə Armen sevindiyindən öz dilində bağırdı. Beyni gicəlləndirən hay-küy içində at belində daşıdığı adamın yad dildə dediyi sözləri eşitdi, sürəti yavaşıdı. At artıq ayaqları altındakı torpağın yadlığını hiss etdi. Özündən ixtiyarsız başını qaldırdı və gözləri qarşısında açılan geniş düzəngaha, onun sonunda görünən dağlara sataşdı. Elə bildi ki, qarşısındakı Cıdır düzüdür, bütün qüvvəsi ilə irəli atıldı.
Finişə çatmağa bir neçə addım qalmış Armen öz dilində "Qələbə!" deyə bağırdı. Bu bağırtı atı diksindirdi. O, iki ayaqları üstə şaxə qalxaraq dəli bir nərə ilə kişnədi. Armen qamçı ilə atı sakitləşdirməyə çalışdı, lakin o, yenə ayaqlarını qaldırdı, bir də şaxə qalxdı və ayaqlarını qəzəblə yerə çırpanda sanki yer titrədi. At üçüncü dəfə şaxə qalxaraq dəli bir kişnərti ilə ermənini belindən atdı və finişi tək başına keçərək öz cıdırına sarı irəlilədi.
Arxadan fit çalır, onu qovurdular, lakin heç kölgəsinə də çata bilmədilər. Qarabağ atını həsrət çulğamışdı. Lakin nə qədər qaçdısa, doğma torpağının qoxusunu ala bilmədi. Bu yerlər nə qədər gözəl olsa da, yad idi, yadların idi. Nəhayət, ürəyi dözmədi, ağzı köpükləndi. Atın dizləri büküldü, yerə yıxıldı. Bir neçə dəfə qüvvəsini toplayıb ayağa qalxdı, hətta iki-üç addım irəlilədi də. Amma artıq yaşıllıq qurtarmışdı. Atın gözləri qaraldı, dizləri yerə toxundu, yorulmuş, üzülmüş vücudunu daşımağa gücü qalmamışdı. Torpağa sərildi.
Bayaqdan onu izləyən helikopter yerə endi. İçindəki adamlar yaxınlaşana qədər at artıq can verirdi.
Papazyan atın ölümünü seyr edə-edə telefonunu götürdü. Qarabağ uğrunda Ermənistan ordusunda vuruşan oğluna zəng etdi. Armen oğlunun səsini eşidən kimi dedi:
-Təcili bilet al, İsveçrəyə gəl, oğlum. Vuruşmağın mənası yoxdur, Qarabağ bizim olmayacaq. Özgə torpaqdan Vətən olmaz.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür
Parfe ( foto- resept)
Prezident iki icra başçısını işdən çıxardı
"Kızım" FİNAL EDİR
Obama: "ABŞ dünya kubokunu qazana bilər"
Sızanaqlar aradan qaldıran qidalar
Göz laynerini asan çəkmə üsulları
"Yazıq" portret
Araz Ağalarov sanksiyaları pislədi
Trampın sükutu erməniləri narahat edib: “Heç olmasa bir “tweet”…”
Bu rayonlarda işləyən müəllimlərin MAAŞLARI ARTACAQ
Tibbdə möcüzə: Hamiləliyin 5-ci ayında doğulan körpə sağ qaldı
"Çukur"da surpriz
Oktyabrın sonunda Bakıda Xəzər İnşaat Həftəsi keçiriləcək
Qışın əvəzedilməz yeməkləri
Qənaətcil olmaq üçün 5 təklif
Azərbaycan ordusu düşmənin xüsusi təyinatlı hərbi hissəsini bölmələri ilə birgə məhv etdi - RƏSMİ
Azərbaycana güclü qar yağıb
Toy dəvətnamələri
Eşşəkarıları şoku: 42 ölü, 1689 yaralı
5 ildə 22 ölkə və 80 şəhər gəzdilər
Azərbaycanın təbii-coğrafi şəraiti-3 (son)
Smartfonda istənilən insanı izləmək mümkündür
Qadının yataqda 10 səhvi
Gümrüdə erməniləri belə susdururlar
Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə müraciət etdi
İnsan
Övladımla necə dost ola bilərəm?
Kremlə iyunadək vaxt verildi
İnəyinin hərəkətinə görə cərimə ödədi
Ev almış jurnalistlərə müjdə
Bakıya gətirilən yeni avtobuslar sabahdan istismara buraxılacaq
"Rusiya müharibəni qızışdıracaq"
Rəngarəng şamlar
Sabahdan Azərbaycanın ali məktəblərinə və kolleclərinə sənəd qəbulu başlanılır
Willow Smith
Ölkələr həyəcan təbili çalır
9 lotoreya aldı, hər biri qalib oldu
Bacardıq: ermənilərə tərs şillə
Saçları gücləndirən; saç detoksu
Azərbaycanın dövlət saytları çökdü
Milyonların sevimlisi vəfat etdi
Ərdoğan Obamanı tənqid edib
Arıqlamaq üçün ilkin addımlar
Cem Yılmaz Defne ilə barışdı?-FOTO
Evinizdə bu gül varsa dərhal ondan qurtulun - ZƏHƏRLİDİR - FOTOLAR
Qadınlara münasibətdə zorakılıqla Beynəlxalq mübarizə günü
Ramazan ayında səfərə çıxmaq olarmı?
İngiltərə çempionatı: "Mançester Yunayted" şokda, Özil meydan suladı
TQDK-dan Facebook açıqlaması
- ŞƏRHLƏR