Həyətə bir dəstə qara geyimli adam doluşdu. Onların atəş açaraq insanları öldürdüyünü görmüşdü. Ona görə də gizlənməyə yer axtardı. Lakin qara geyimlilər onu gördülər, qulağına tanış olmayan dildə bir-birlərinə nəsə deyib güldülər. Dövrəyə alaraq fit çala-çala onu tutmağa çalışdılar. Biri evdən yataq örtüyünü gətirdi, örtüyü başına atdılar. Gözləri qaraldı, çırpınaraq xilas olmaq istəsə də, bacarmadı, onu tutdular! Köməkləşib zorla yük maşınına qaldıranda dırnaqları ilə son dəfə yeri eşdi və doğma yurdunun torpağının bir parçasını özü ilə apardı.
O gündən ayağı torpağa dəymədi, gözləri yaşıllıq görmədi. Sonra onu kiməsə satdılar. Yeni sahibi də erməni idi, neçə illər İsveçrədə yaşasa da, Qarabağ atlarını çox sevirdi. Atı oxşayıb əzizlədi, qarşısına ot qoydu. Acından az qala dizləri bükülən at ağzını ota uzatdı, tez də geri çəkdi. Erməni bir neçə yerdən cürbəcür ot gətirtdi, at heç birini yemədi. Ermənini fikir götürdü, belə getsə, at acından ölə bilərdi. Axı onu bura gətirmək üçün bir ətək pul tökmüşdü ki, ayın sonu keçiriləcək cıdır yarışında iştirak etsin. Amma nə qədər edirdisə, at onun üzünə belə baxmır, hey ətrafa boylanaraq nəyisə, kimisə axtarırdı. Erməni yenə bir ətək pul tökərək Qarabağdan ot və su gətirməyə məcbur oldu. Otun iyini alan at dəli kimi kişnədi, əvvəlcə otu yaladı, sonra acgözlüklə qırpmağa başladı. Suyu da bol-bol içəndən sonra dizlərini bükərək başını otun üstünə qoydu, qoxusunu içinə çəkməyə başladı.
Acından arıqlamış at bir neşə gün içində özünə gəldi və atılıb-düşməyə başladı. Atın genişlik istədiyini anlayan erməni onu gəzintiyə çıxardı, bir neçə dəfə minib doyunca çapdı. At artıq yeni sahibinə öyrəşmişdi, çünki sahibi ona istədiyi otu, suyu gətirmişdi. Bundan başqa o, atın dilini tapmışdı, onunla Azərbaycan dilində danışırdı.
Nəhayət, yarış günü gəlib çatdı. İsveçrənin ən gözəl yerlərindən birində minlərlə insan toplanmışdı. Aparıcı ilk sırada yarışa çıxacaq atların adını elan etdi. "Qarabağ gözəli" də onların arasında idi. Atı həmin erməni-Armen Papazyan sürəcəkdi. İşarə verilən kimi at ildırım sürəti ilə irəli atıldı. At bütün rəqiblərini bir-bir arxada qoyaraq irəlilədikdə Armen sevindiyindən öz dilində bağırdı. Beyni gicəlləndirən hay-küy içində at belində daşıdığı adamın yad dildə dediyi sözləri eşitdi, sürəti yavaşıdı. At artıq ayaqları altındakı torpağın yadlığını hiss etdi. Özündən ixtiyarsız başını qaldırdı və gözləri qarşısında açılan geniş düzəngaha, onun sonunda görünən dağlara sataşdı. Elə bildi ki, qarşısındakı Cıdır düzüdür, bütün qüvvəsi ilə irəli atıldı.
Finişə çatmağa bir neçə addım qalmış Armen öz dilində "Qələbə!" deyə bağırdı. Bu bağırtı atı diksindirdi. O, iki ayaqları üstə şaxə qalxaraq dəli bir nərə ilə kişnədi. Armen qamçı ilə atı sakitləşdirməyə çalışdı, lakin o, yenə ayaqlarını qaldırdı, bir də şaxə qalxdı və ayaqlarını qəzəblə yerə çırpanda sanki yer titrədi. At üçüncü dəfə şaxə qalxaraq dəli bir kişnərti ilə ermənini belindən atdı və finişi tək başına keçərək öz cıdırına sarı irəlilədi.
Arxadan fit çalır, onu qovurdular, lakin heç kölgəsinə də çata bilmədilər. Qarabağ atını həsrət çulğamışdı. Lakin nə qədər qaçdısa, doğma torpağının qoxusunu ala bilmədi. Bu yerlər nə qədər gözəl olsa da, yad idi, yadların idi. Nəhayət, ürəyi dözmədi, ağzı köpükləndi. Atın dizləri büküldü, yerə yıxıldı. Bir neçə dəfə qüvvəsini toplayıb ayağa qalxdı, hətta iki-üç addım irəlilədi də. Amma artıq yaşıllıq qurtarmışdı. Atın gözləri qaraldı, dizləri yerə toxundu, yorulmuş, üzülmüş vücudunu daşımağa gücü qalmamışdı. Torpağa sərildi.
Bayaqdan onu izləyən helikopter yerə endi. İçindəki adamlar yaxınlaşana qədər at artıq can verirdi.
Papazyan atın ölümünü seyr edə-edə telefonunu götürdü. Qarabağ uğrunda Ermənistan ordusunda vuruşan oğluna zəng etdi. Armen oğlunun səsini eşidən kimi dedi:
-Təcili bilet al, İsveçrəyə gəl, oğlum. Vuruşmağın mənası yoxdur, Qarabağ bizim olmayacaq. Özgə torpaqdan Vətən olmaz.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bakı parkları yenidən açılışa hazırlaşır - FOTO
Mənim toxuduqlarım
İlham Əliyevdən silah mesajı
Şeyma Subaşı Yenidən Ana olmaq istəyir
Kremli şaftalı piroqu (foto resept)
Başqa musiqilər...
Albalılı piroq (foto resept)
Ingiliscə danışıqda lazım olan bəzi ifadələr (2-ci hissə)
Dəri əşyaları təmizləməyin sadə yolu
Ukrayna 2004-cü ilə qayıdır
Sevək və sevilək
Kartofla dəri baxımı
Sosial şəbəkələr haqda qanun olacaq?
Hamilələr üçün evdə hazırlaya biləcəyiniz içkilər
Günün ulduz falı
Depresiyaya yox deyin!
"Eurovision" ləğv olunacaq? - Ölkələr imtina edir
Tarkan ailəsi ilə Almaniyada karantindədir
Begemotla gəzinti
Lənətlənmiş otel
Yumşaq dəriyə sahib olmaq istəyən kişilər üçün tövsiyələr
İsveç alimləri daha bir ixtira - Dünyada ilk
Qapının zəngi...
Qarabağ"ın matçı canlı yayımlanmaya bilər
Məşhur aktrisa "Barbie" olacaq!-FOTO
"Facebook"dan möhtəşəm yenilik
Sinə əməliyyatından 4 il sonra -ŞOK FOTO
Gözəl vücuda sahib olmaq istəyənlər
Kişilər necədirlər?
ÜST-dən bədbin proqnoz: “Koronavirusa qarşı peyvənd...”
Azərbaycanda nəqliyyat kartları tam dəyərli ödəmə vasitəsi olacaq
Məşhur aktyor evləndi-FOTO
"Google" əlavə reallıq displeyi yaradacaq
Delfinoterapiya
Dünyada ən varlı 5 qadın
Aleksandr Lukaşenko Bakıya gəldi
Dırnaq yemək vərdişi
Xocalı soyqırımı ilə bağlı beynəlxalq təşkilatlara müraciət
Biserli geyimləri necə uyğunlaşdırmalı?
Məşhurlardan ilham alan yumor ustası
Nurgül Yeşilçay hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
“Evlənmək barədə düşünmürük”
Dünyanın ən uzun pilləkənları
Bade İşçil keçmiş əri ilə barışdı
"Hörümçək adam"ın yaradıcısı vəfat etdi
Təhsilimizin bahalı libasını eybəcərləşdirən yamaq
Uşaqların istedadını üzə çıxarmaq üçün...
Pensiyaçıların nəzərinə!
Romantik görüş üçün göz makiyajı
“YouTube”da messencer funksiyası test edilir
- ŞƏRHLƏR