Boşluq
Məhəbbət – sənin qəlbində başqa birisinin açdığı boşluqdur ki ,
sən onu heç cür doldura bilmirsən. (Müəllif)
Onunla qəfil rastlaşdığımız gün artıq axşam düşmüş, üstəlik, qalın duman birdən-birə şəhərin üstünə enib küçələri ağızbaağız doldurmuşdu. Evlərinə tələsən adamlar belə dumanda az qala burun-buruna gələn maşınların arasında tutqun kölgə kimi görünürdülər. Maşınlar həm bir-birinə yol verir, həm də piyadaları vurmamaq üçün ləngiyir; adamlar isə tez-tez bir-biri ilə toqquşur, itələşir, sanki bir-birinin zəif yerlərini tapıb aradan maneəsiz keçmək istəyirdilər.
O, düz üstümə yeridi, mən mümkün qədər labüd toqquşmadan yayınmağa çalışırdım; əllərimi yelləyib qəzadan qabaq həyəcan işarəsi verdim, yalnız buna macal tapdım; lakin vəziyyəti aydınlaşdırmaq, görünür, hər ikimiz üçün eyni dərəcədə əhəmiyyətli deyildi. O, ya maraq xatirinə, ya da sadəcə tələsdiyi üçün yolunu dəyişmədi. Uzun müddət yerimdə səndələdim, bərk soyuqluq hiss edirdim, axı onun keçdiyi yerdə böyük bir boşluq açılmış və bədənim müdafiəsiz qalmışdı.
Duman seyrəldikdən sonra onu yenidən görüm və çoxdankı tanış kimi salamladım. O, gün işığında fikirli halda mənə baxdı; görünür, nəyisə xatırlamağa çalışırdı; qiymətli anları əldən verməyib variantları götür-qoy edirdi; bu zaman mən ona tərəf gedirdim, onu bədənimdəki boşluğa daxil etməyə tələsirdim, amma o, son anda saymazyana böyrümdən ötüb keçdi.
Mən onu saxlamadım, çünki qəflətən məndə belə bir bədbin fikir yarandı ki, artıq o özü də bu boşluğu doldura bilməyəcək.
2003
Məktub
Hərdən sözlər elə asanlıqla seçilir, fikirlər elə səlis ifadə olunur ki, birdən sənə elə gəlir, qələmi saxlayıb sadəcə dodaqlarını tərpətməklə də həmin məktubu yazmaq mümkündür. Belə məktubu öz ünvanına yollamağa heç ehtiyac da qalmır. Axı bir də görürsən ki, çoxdan gözlədiyin məktub hələ gəlib sənə çatmayıb , lakin sən orada nə yazıldığını artıq bilirsən.
Bəxtiyar Əliyar
Azərbaycan Yazıçılar Birliyinin Üzvü
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Uşaqlarda qaşınma
Gif avatarlar
Viktoriya Bekhem gülüş obyektinə çevrildi-FOTO
Barselonada işıqlı kublu otel - FOTO
Teoman yenə xəstəliyə tutuldu
Defne Samyelin qızı da aktrisalığa başladı
Serdar Ortaçdan qəribə açıqlama
Mükəmməl qadın olmaq heç də çətin deyil
Qubalıların zəfər sevinci - VİDEO
Müdafiə Nazirliyi düşmənin daha bir yalanını ifşa etdi
Xəzərdə zəlzələ oldu
Azərbaycanda təhlükəli viruslarla bağlı vəziyyət açıqlandı
Erməni əsgərin etirafı: “Vəziyyət çox pisdir” - VİDEO
Hava dəyişir, qar yağacaq
Bilirdinizmi?
CCleaner
Sadə üsullarla gözəl olaq
Toyuq qutabı (foto-resept)
2012-ci ilin ətək modelləri
İrem Derici KÖKƏLDİ-FOTO
"Bizim Qadin.Netlilər serialı" (4-cü bölüm)
Məhəmməd Əmin Rəsulzadənin dəhşətli ailə faciəsi...
Sadə qələmləri heç belə görmədiniz
Beyindən düzgün istifadə
BÜRCLƏR bizə nə vəd edir?-18 Sentyabr
Evdə karamel (foto-resept)
Dörd mindən çox rus hərbçisi Ermənistan, Rostov və Volqoqradda təlimlərə başladı
Sabahın HAVAsı
On iki bürcün ən gözəl xanımları
Bülent Ersoy klipi çəkdi - VİDEO
Düşünməyə dəyər
Yalnız qadınların qarşılaşdığı hallar
Davamlı yürüşün faydaları
Azərbaycanda daha 158 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ
Azərbaycana vizasız gələcəklər
Rusiyada miqrantlara daha bir qadağa qoyuldu
Yanlış pəhrizlər sağlamlıq üçün təhlükəlidir
Meyvəli zefir (foto resept)
“Mall”lar açıldı? - RƏSMİ CAVAB
Azərbaycanda ilk mobile oyunu xanım hazırladı!(müsahibə)
Azərbaycanda nümunəvi sürücülərə xoş xəbər
Dəri rənginə görə pomada seçimi necə olmalıdır?
Bakının məşhur məktəbi niyə sökülür?
Quru dərilər üçün maska
Çəkmələr
Emin və övladları işçini qorxutdular
Alyaskada sunami təhlükəsi elan edilib, əhali təxliyə edilir
Dirsəkdəki qaralmaları aradan qaldıran üsullar
Atəşkəs iriçaplı pulemyotlarla pozuldu
Dünyanın ən qəribə otelləri
- ŞƏRHLƏR