Boşluq
Məhəbbət – sənin qəlbində başqa birisinin açdığı boşluqdur ki ,
sən onu heç cür doldura bilmirsən. (Müəllif)
Onunla qəfil rastlaşdığımız gün artıq axşam düşmüş, üstəlik, qalın duman birdən-birə şəhərin üstünə enib küçələri ağızbaağız doldurmuşdu. Evlərinə tələsən adamlar belə dumanda az qala burun-buruna gələn maşınların arasında tutqun kölgə kimi görünürdülər. Maşınlar həm bir-birinə yol verir, həm də piyadaları vurmamaq üçün ləngiyir; adamlar isə tez-tez bir-biri ilə toqquşur, itələşir, sanki bir-birinin zəif yerlərini tapıb aradan maneəsiz keçmək istəyirdilər.
O, düz üstümə yeridi, mən mümkün qədər labüd toqquşmadan yayınmağa çalışırdım; əllərimi yelləyib qəzadan qabaq həyəcan işarəsi verdim, yalnız buna macal tapdım; lakin vəziyyəti aydınlaşdırmaq, görünür, hər ikimiz üçün eyni dərəcədə əhəmiyyətli deyildi. O, ya maraq xatirinə, ya da sadəcə tələsdiyi üçün yolunu dəyişmədi. Uzun müddət yerimdə səndələdim, bərk soyuqluq hiss edirdim, axı onun keçdiyi yerdə böyük bir boşluq açılmış və bədənim müdafiəsiz qalmışdı.
Duman seyrəldikdən sonra onu yenidən görüm və çoxdankı tanış kimi salamladım. O, gün işığında fikirli halda mənə baxdı; görünür, nəyisə xatırlamağa çalışırdı; qiymətli anları əldən verməyib variantları götür-qoy edirdi; bu zaman mən ona tərəf gedirdim, onu bədənimdəki boşluğa daxil etməyə tələsirdim, amma o, son anda saymazyana böyrümdən ötüb keçdi.
Mən onu saxlamadım, çünki qəflətən məndə belə bir bədbin fikir yarandı ki, artıq o özü də bu boşluğu doldura bilməyəcək.
2003
Məktub
Hərdən sözlər elə asanlıqla seçilir, fikirlər elə səlis ifadə olunur ki, birdən sənə elə gəlir, qələmi saxlayıb sadəcə dodaqlarını tərpətməklə də həmin məktubu yazmaq mümkündür. Belə məktubu öz ünvanına yollamağa heç ehtiyac da qalmır. Axı bir də görürsən ki, çoxdan gözlədiyin məktub hələ gəlib sənə çatmayıb , lakin sən orada nə yazıldığını artıq bilirsən.
Bəxtiyar Əliyar
Azərbaycan Yazıçılar Birliyinin Üzvü
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Yas qadağaları ilə bağlı açıqlama
Gülben Ergen kameralardan yayına bilmədi-FOTO
Daha bir aktyor Trampı təhqir etdi - VİDEO
Kristina Aqilera makiyajsız fotosessiya edib
Ağılı başdan alan virus tapıldı
Bir yerdə idman edək-5
Günün ulduz falı
Fəlsəfədə etik normalar-2
Tarkan qızına Almaniyada ad günü etdi - FOTO
Pişiklər haqda bilmədikləriniz
Qarışqa qovan üsullar
Günün ulduz falı - 19.03.2014
Həcc ziyarəti başladı
Prezident təqaüdü alanların sayı açıqlandı
Dünyanın yarısı qaranlığa qərq olacaq
TƏBİB rəsmisi: “Azərbaycanda payız-qış mövsümü pandemiya dövründə problem yarada bilər”
Hava haqqında
"WhatsApp‍"da yeni funksiya: Təcili aktivləşdirmək lazımdır, yoxsa... - ŞƏKİLLİ İZAH
Karantindəki Xəstə Qaçdı!
Mehriban xanım Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Avatarlar 4-cü hissə
"You-Tube" ilə bağlı inanılmaz qərar
Pensiyaçılara şad xəbər: 35 faiz artım olacaq
Ballı limonlu keks
Rubl xeyli bahalaşdı, amma...
Bakıda yürüş olacaq
Tibbdə inqilabi kəşf
Gözəl qız üz ləkəsi ilə meydan oxuyur
Daha sağlam dodaqlar üçün şəkər pilinqi
Azərbaycanda 340-dan çox dərmanın satışı və istifadəsi qadağan edildi
Beynəlxalq İnformatika Olimpiadası Bakıda keçiriləcək
"Titanik" yenidən hazırlanır-2022-ci ildə təhvil veriləcək
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 143 yeni yoluxma
İspan dili 20-ci dərs
FHN mühafizəni gücləndirdi
Bakıda daha bir dünyamiqyaslı yarış
“O Səs Türkiyə”də İNANILMAZ DƏYİŞİKLİK
Azərbaycanda internetə qoyulan məhdudiyyət nə zaman aradan qaldırılacaq? -RƏSMİ
Stress gözəlliyinizə mənfi təsir edir
Tramp "Evdə tək 2" filmindəki iştirakını şərh edib
İlham Əliyevdən daha bir yubiley medalının təsis edilməsi haqqında FƏRMAN
Karantin dövründə yorulmuş əllərə qulluq
Azərbaycanda tibbi spirt və maskaların satışına nəzarət gücləndirildi
İstirahət günü soyuq hava şəraiti hökm sürəcək
Gygesin üzüyü
Özümüzdən Gülməli şəkillər
Hamiləlik şansını artırmaq üçün 5 tövsiyə!
İngilis dili-VII Dərs
Çin alimləri bunu da etdi
Marsın səsi ilk dəfə Yerdə eşidildi-VİDEO
- ŞƏRHLƏR