Bu gün ayın onudur haxışta,
Zərxaradan donudur haxışta.
Qurban olum qardaşa haxışta,
Bu gün onun toyudur haxışta.
Ay gülü xonçadadı haxışta,
Atları yoncadadı haxışta.
Qurban olum qardaşa haxışta,
Güzgüsü xonçadadı haxışta.
Su gəldi bendə dəydi haxışta,
Kətil kəməndə dəydi haxışta.
Qardaşım bir yar sevib hahışta,
Bütün bu kəndə deydi haxışta.
Həyəti yonca quda haxışta,
Yedik doyunca quda haxışta.
Qızın elindən aldıq haxışta,
Ağla doyunca quda haxışta.
Dərmişəm şirin narı haxışta,
Şirin deyirlər yarı haxışta.
Hamıdan şirin olur haxışta,
Kiçik qardaşın yarı haxışta.
Mən aşiqəm gəl bizə haxışta,
Bu gün axşam gəl bizə haxışta.
Qardaşımın toyudu haxışta,
Yığılıbdır el bizə haxışta.
Bibərdən uzun, ay qız haxışta,
Göydə ulduzun ay qız haxışta.
Gəl alım qardaşıma, haxışta,
Olum baldızın ay qız haxışta.
Al almağın vaxtı var, haxışta,
Şal almağın vaxtı, var haxışta.
Oğlanın adamısız, haxışta,
Aparmağın vaxtı var, haxışta
Ağ dəvə düzdə qaldı haxışta,
Yükü Təbrizdə qaldı haxışta.
Oğlanı dərd apardı haxışta,
Dərmanı qızda qaldı haxışta.
Gülü atdım dənizə haxışta,
Batdı çıxmadı üzə haxışta.
Nolar bizim baxçada haxışta,
Yar gələ bir gün bizə haxışta.
Bir oğlan var biçində haxışta,
Sarı sünbül içində haxışta.
Nolar onu görərdim haxışta,
Bu həftənin içində haxışta.
Dağlar başında lalə haxışta,
Əlində var piyalə haxışta.
Mən səninəm ay oğlan haxışta,
Düşmə özgə xəyala haxışta.
Ağacın adamı var haxışta,
Yedikcə badamı var haxışta.
Hərə bir ağız desin haxışta,
Desinlər adamı var haxışta.
Bir qız gördüm biçində haxışta,
Sarı sünbül içində haxışta.
Burda bir toy olacaq haxışta,
Bu ayın içində haxışta.
Mən aşiq gözlərinə haxışta,
Qoy baxım gözlərinə haxışta.
Canım canına qurban haxışta,
Gözlərim, gözlərinə haxışta.
Bülbül qonubdu gülə haxışta,
Calaq olub gül-gülə haxışta.
Yar gəldi bağçamıza haxışta,
Xəzan gətirdi gülə haxışta.
Ulduz dönüb ay olmaz haxışta,
Yaz getməsə yay olmaz haxışta.
Könül sevən gözələ haxışta,
Gözəllikdə tay olmaz haxışta.
Qızılgül dəstə-dəstə haxışta,
Bülbül qonar gül dəstə haxışta.
Burda bir yar sevmişəm haxışta,
Ala göz, boyu bəstə haxışta.
Sənə qurban ay oğlan haxışta,
Mənə ver sən hay oğlan haxışta.
Gəzdim eli-obanı haxışta,
Yoxdur sənə tay oğlan haxışta.
Qaşların çatan oğlan haxışta,
Köynəyi kətan oğlan haxışta.
Nişanlın apardılar haxışta,
Bixəbər yatan oğlan haxışta.
Əzizim aydın olsun haxışta,
Ay doğsun aydın olsun haxışta.
İki həsrət qovuşdu haxışta,
Gözlərin aydın olsun haxışta.
Dağ başına bar gəldi haxışta,
Demə ahüzar gəldi haxışta.
Qardaşı gözləyirdim haxışta,
Birdə gördüm yar gəldi haxışta.
Girdim bağa nar üçün haxışta,
Heyva dərdim yar üçün haxışta.
Analar qız bəsləmiş haxışta,
İgid oğlanlar üçün haxışta.
Tanrı məni quş eylə haxışta,
Qanadımı gümüş eylə haxışta.
Dar yolda dar küçədə haxışta,
Yarı mənə tuş eylə haxışta.
Mən aşiqəm gün gəlir haxışta,
Ay dolanır gün gəlir haxışta.
Gözlərin aydın olsun haxışta,
Nişanlın bu gün gəlir haxışta.
Bu gün ayın onudur haxışta,
Zərxaradan donudur haxışta.
Qurban olum qardaşa haxışta,
Bu gün onun toyudur haxışta.
Gözəl yaşına gərək haxışta,
Sürmə qaşına gərək haxışta.
Toy günü tumə şalı haxışta,
Örtə başına gərək haxışta.
Bu gəlin özün bilməz haxışta,
Danışar sözün bilməz haxışta.
Suya tək gələn gözəl haxışta,
Çeşmənin sözün bilməz haxışta.
Ay gülü xonçadadı haxışta,
Atları yoncadadı haxışta.
Qurban olum qardaşa haxışta,
Güzgüsü xonçadadı haxışta.
Taley sənə yar olsun haxışta,
Ömrün yaz bahar olsun haxışta.
Könül verdiyin oğlan haxışta,
Sənə tacidar olsun haxışta.
Pəncərənin milləri haxışta,
Açıb qızılgülləri haxışta.
Oğlanı yoldan eylər haxışta,
Qızın şirin dilləri haxışta.
Su gəldi bendə dəydi haxışta,
Kətil kəməndə dəydi haxışta.
Qardaşım bir yar sevib hahışta,
Bütün bu kəndə deydi haxışta.
İydənin hal ləçəyi haxışta,
Ətirlidir çiçəyi haxışta.
Kaş bəxtimə düşəydi haxışta,
Oğlanların göyçəyi haxışta.
Armud ağacı haça haxışta,
Əlim dolaşdı saça haxışta.
İgid ona deyirəm ki, haxışta,
Sevdiyini ala qaça haxışta.
Sular kimi axmaram haxışta,
Başa xına yaxmaram haxışta.
Üzün görsəm bəsimdir haxışta,
Aya, günə baxmaram haxışta.
Həyəti yonca quda haxışta,
Yedik doyunca quda haxışta.
Qızın elindən aldıq haxışta,
Ağla doyunca quda haxışta.
Göydə ulduz olaydım haxışta,
Bəxtəvər qız olaydım haxışta.
Yar qapını döyəndə haxışta,
Evdə yalqız olaydım haxışta.
Yaşım üzümdən gedər haxışta,
Axar gözümdən gedər haxışta.
Çəkməyin oğlan adı haxışta,
Ağlım özümdən gedər haxışta.
Qaşların qarşı- qarşı haxışta,
Gözlərin bostan arxı haxışta.
Hara getsən tez qayıt haxışta,
Bilki, sən qoyma yalqız haxışta.
Dərmişəm şirin narı haxışta,
Şirin deyirlər yarı haxışta.
Hamıdan şirin olur haxışta,
Kiçik qardaşın yarı haxışta.
Qara toyuq hindədi haxışta,
Yumurtası hindədi haxışta.
Gəlnimizin qaş, qələmi haxışta,
Bəyimizin cibindədi haxışta.
Mən aşiqəm gəl bizə haxışta,
Bu gün axşam gəl bizə haxışta.
Qardaşımın toyudu haxışta,
Yığılıbdır el bizə haxışta.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Kişilər uzunömürlülük yarışında qadınlara çatırlar
Bakıya gətirilən 29 azərbaycanlıda koronavirus aşkarlandı - RƏSMİ
Rusiya - Azərbaycan: 3-0
“Survivor”un iştirakçısı hamını təəccübləndirdi - Foto
"Yeni il nağılı" deserti
Bu günün tarixi (20.10.2014)
Outlook yeniləndi
İraq yenə silkələndi
Günün qoroskopu:Uğurlu gündür!
Tovuza dolu və leysan yağıb
BMW-dən eksklüziv velosiped
Suqovuşandakı son vəziyyət “Haber Global”ın kamerasından... - VİDEO
Günün qoroskopu: qətiyyətli və təşəbbüskar olun
Ən gözəl saçlı 10 ulduz
Azərbaycan dili - X dərs
Bu ərazilərdə qaz olmayacaq
Uşağınızın yuxu vərdişi üçün bunları yoxlayın
Ən ağır "bir həftəm"
Hava haqqında
Gözəllik sirrləri
Uşaqlara vaxt tapılmırsa...
Keks bişirməyin sirləri
2017-nin dəbli saç düzmü hansı olacaq?
Çimərlik mövsümü başlayır
Adriana Limanın yeni sevgilisinin kimliyi məlum oldu-FOTO
Bu da yeni Nissan Juke
İmmunitetə nəzarət etmək olar?
Dünyanın texnologiya nəhəngləri də Rusiyaya qarşı
Yas mərasimlərində yenilik
Bu faciə dünyanı şoka saldı
Yeni İphone 6
Amerikanın saqqız divarı
Manikürün vacib nöqtələri
Hande Erçel izləyicilərini məhkəməyə verdi-SƏBƏB
Bakıda yaşıllıqlar metro tunellərində formalaşan qrunt suları ilə suvarılacaq
Bakıda istifadəyə yararlı çimərliklər açıqlandı - SİYAHI
Günün ulduz falı
Enerji cibdə doldurulacaq
31 Mart-azərbaycanlıların soyqırımı günüdür...
Bayram günlərində Şahdağa 12 min turist gəlib
Böyük sinəli xanımlar necə geyinməlidir?
Xocavənddə düşmən təxribatı: Şəhidimiz var, altı erməni məhv edildi - RƏSMİ
Heydər Əliyevin vəfatından 15 il keçir
Abel Məhərrəmov narazı tələbələrlə görüşdü
“İki” alanların sayı bəlli oldu
Anna Sedokovanın Moskva biznesi iflas etdi-FOTO
Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
TQDK imtahan keçirəcək
Yollarımız qışa hazırdırmı?
Dəbli ayaqqabılar
- ŞƏRHLƏR