Artıq üç aydır ki, qadın dostluğunun "varlığı"nı araşdırıram. Nəticədə o qədər uzaq tarixə gedib çıxdım ki, özüm belə çıxılmaz vəziyyətə düşdüm. Düşüncələrimin və reallıqların arasında azıb qaldım. Bir-bir yaxınlaşıb sizdən soruşsam hərəniz müxtəlif cavab verəcəksiniz. Biriniz qadın dostluğuna inanmayacaq, biriniz əksinə, inanancaqsınız. Bəziləriniz isə dostluğun varlığına da şübhə edəcəksiniz. Bu cavabınızda hər biriniz özünüzə görə haqlısınız da. Və bu qərarınızdan sizi kimsə döndərə bilməz. Lakin qadın dostluğunun var olub olmadığı məni çox maraqlandırır.
İki il əvvəl hər gün səhər gəzintisində olarkən 4 xanıma baxardım. Onlar birlikdə salona, kafeyə, parka və.s məkanlara gedərdilər. İçlərindən ikisi bacı idi. Digər ikisi isə tamamilə təsadüfən bu iki bacı ilə tanış olmuşdu. Parkda əyləşib növbəti əsərimin mənəvi sarsıntısından "əziyyət" çəkərkən bu 4 rəfiqədən biri Alona ilə tanış oldum. Ondan bu mehriban dostluğun sirrini soruşdum. Öyrəndim ki, cəmi 6 aydır rəfiqəlik edirlər. Tamamilə təsadüfən salonda tanış olublar. Alonanın dediyinə görə onlar çox möhkəm dostdurlar. Hərçənd qadın dostluğuna qarşı böyük şübhəm olan ərəfədə idi bu rastlaşmamız. Alonanın rəfiqələri haqqında danışığını izlədikcə öz şübhələrimə qarşı şübhə etdim. Hətta alt dodağımı dişləyib "gör necə də ön düşüncəli davranmışam. Sən demə yer üzündə qadın dostluğu varmış" dedim. Daha qadın dostluğu haqqında düşünmədim. Aylar, illər ötdü və tamamilə təsadüfən Alona ilə yenidən rastlaşdım. Artıq o rəfiqələri ilə deyil qızı ilə gəlmişdi parka. Skamyaların birində əyləşib onu sorğu suala tutdum. Öyrəndim ki, qadın dostluğu bir xülyadır. Şəxsi həyatında uğursuzluqlar yaşadığı üçün Alona yoldaşından boşanmışdı. Bu tale onun taleyi idi. Lakin digər qızlar ondan əbədi üz çevirmişdilər. Hətta Alonaya aid sirrləri gizlətmirmişlər. Halbuki, qadın öz dostunu, xüsusən də belə bir anda tək qoymamalı, ona arxa, dayaq olmalıdır. O gündən qadın dostluğunun varlığını axtarmağa başladım. Əmin olmaq istədim ki, Alonanın qarşısına doğru dostlar çıxmayıb və həyatda qadın dostluğu deyilən hiss var. Və artıq üç aydır ki, qadın dostluğunun mənfi və müsbət tərəfini axtarıram. Söhbət ananın qızı ilə olan sirdaşlığından və ya qızla oğlanın dostluğundan getmir. Tamamilə bir-birinə yad olan iki və ya daha artıq qadının (qızın) münasibətindən, dostluğundan və bu dostluğun möhkəm təməlinin olub-olmamasından gedir. Bəzi xanımlar düşünürlər ki, hər gün birlikdə deyib güldükləri, dünyanın dərdini, problemini bölüşdükləri şəxs onların dostudur. Lakin dostluq sözünün altında dərin məna yatır. O mənanı hər qadın dərk edərsə yer üzündə qadın dostluğuna şübhə edən onlarca insan olmazdı.
Məşhur fransız yazıçısı Jan Labrüerin fikrinə görə dostluğun ilk şərti etibardır. Bəs biz qadınlar arasında bu etibar etmə hissi varmı? İki qadın dostluq edərkən sirrlərini, həyatlarındakı bütün olub bitən hər şeyi danışır, etibar edir. Bəs nə məlumdur ki, sabah o şəxs bir başqasına bu gün dediklərini danışmayacaq? Axı dostunun da dostu var. Bu məsələyə inanan əksər insan qadın dostluğunun varlığına da şübhə edər. Dostun quru-quru vəd etdiyi sonsuz sədaqətə ehtiyacımız yoxdur. Biz qadınların bu dostluğun varlığına inanmağa ehtiyacımız vardır. Tarixən hər bir kişini qadınlar arasındakı möcüzəvi dostluğun sirrləri maraqlandırıb. Lakin onlar belə, hətta biz qadınlar belə qadınlar arasındakı dostluğun varlığının olub olmadığını tam bilmirik.
Həyatda kimsə ideal deyil. Və dostunun yanlışını onun ideal olmadığına keçib dostluğa davam etməyi məsləhət görənlər çoxdur. Nəsrəddin Tusi də "Eyibsiz dostluğu axtaran axırda dostsuz qalar!" şuarına inanıb. Bəs qarşı tərəf dostluğa sizin verdiyiniz dəyəri vermirsə və əgər o şəxsin bu yanlışı dəfələrlə təkrar olarsa, onda necə?
Üç aylıq araşdırmamın nəticəsi bu oldu: Qadın dostluğu haqqında sonu bitməyən suallar və bu suallara qaneedici cavab tapa bilməmək....
Əziz Qadın. netlilər, bəs siz necə, qadın dostluğunun varlığına və bu hissin sonsuz sədaqətinə inanırsınızmı?
XƏBƏR LENTİ
Ərə getmək üçün arıqlayacaq
Türkiyə millisi yoldaşlıq oyununda Sloveniyaya qalib gəlib
I sinfə qəbul dəyişir
Ingilis dili - XXXVII dərs
Ermənilər döyüşə hazırlaşır
Tarixə düşən "Qarabağ" futbolçusu
Avropada müsəlmanlarla bağlı şok qərar
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
"2" alan şagirdlərin aqibəti necə olacaq?
İmzanı at...
İnsanda göz yaşına qarşı allergiya
Təhsilin depressiyaya təsiri varmı?
Mühəmməd peyğəmbərin (s.ə.s) gəlişindən xəbər verən digər dini kitablar
"Naznaz" peraşkisi (foto resept)
Ən çox hansı mobil telefonlar alınır? - REYTİNQ
Sabahın hava proqnozu
Çinlilərin yeni smartfonu maraqlıdır
Bəyin çılğınlığı dünya mediasında - VİDEO
Ayaqqabılar
Həyatın xoşbəxtliyini sadə şeylərdə axtaraq
Uşaqların I sinfə qəbulu ilə bağlı yeni metod
Yuxuda tərləməyin səbəbləri
İnsan beynində internet bağlantısı
Pensiyaların verilməsinə başlanılır
Cinsi problemlərə yol açan duyğular
Böyük Holland rəngkarlığının kiçik ustaları
Məşhur ekstrasens Koronavirusun Bitəcəyi Tarixi Açıqladı
Təqlidin hansı mənfi cəhətləri var?
Muratdan Handeyə jest
Seçkilərdə ən çox səs toplayan namizəd
Dünyanı ağladan transfer
Möhtəşəm üzük modelləri
BÜRCLƏR bizə nə vəd edir?-24 Avqust
Sadə kələm salatı (foto resept)
Kağızdan əl işləri
Meyvə-tərəvəz qiymətini saytdan öyrənmək olacaq
Peşə məktəblərində oxuyanlara dərsliklər pulsuz veriləcək
İdman ayaqqabıları
Rio-2015: Azərbaycan 2 "bürünc" qazanıb, 3 pillə gerilədi - MEDAL SİYAHISI
Qocalmağın qarşısını alan pəhriz
Fransa hökumətinin yeni tərkibi açıqlandı
HAVA necə olacaq?-28 Avqust
Qalmaqal Böyüdü-Xəyanət, təhdid və...-FOTO
Şəhərlərarası hərəkət qadağan edildi - VİDEO
Yeni bəla gəldi
TƏBİB rəsmisi yayla əlaqədar rayona getmək istəyənlərə səsləndi
Belə donlar görmüşdünüzmü?
Azərbaycanda insanlar ən çox hansı xəstəliklərdən ölür? - SİYAHI
Uşaqlara xarici dili hansı yaşda tədris etmək lazımdır? - Alim cavab verib
İlon Mask peyvəndin hazırlanmasında yardım edəcək
- ŞƏRHLƏR