Qadınlar və kişilər arasında olan fərq və ziddiyyət illər boyu müzakirə edilən mövzulardan biridir. Dərc edilən bir məqalədə elm adamları qadın və kişi zehninin 99%-nin eyni olduğu və aralarındakı böyük fərqin sadəcə beyinlərindəki 1%-lik yer olduğunu bildiriblər. Fərqliliyi yaradan qadın və kişinin hisslərindən çox, ünsiyyət qurmaq və sevgilərini bildirmə üsullarıdır.
Aşağıdakı ümumiləşdirmələr bütün kişi və qadınlara aid deyil, amma fikirləri də öyrənsək, pis olmaz. Əlbəttə, məqsəd qadınların kişilər və kişilərin də qadınlar kimi fikirləşməsi və elə hərəkət etməsi deyil. Məqsəd bu fərqlilikləri bilmək və digər tərəfin quruluşunu qəbul edərək, ünsiyyət quraraq əlaqə yaratmaqdır.
Qadınlar hadisələrin gedişatına baxır, bütün olacaqları və səbəblərini incələyir. Məsələn, birinci görüşü və baş verən bütün hadisələri bilir və heç vaxt yaddan çıxarmırlar. Kişilər isə hadisələrin hamısını və unudulmaz hisslərin heç birini yadda saxlaya bilmirlər, yaddan çıxara bilmədikləri tək hadisə - sizi ilk dəfə görəndə keçirdikləri hisslərdir.
Qadınların həyatlarında bir problem varsa, sadəcə həmin problemi yoluna qoymaqla kifayətlənmir, bu problemin bir daha olmaması üçün əllərindən gələni edirlər ki, bir daha bununla üz-üzə gəlməsinlər. Kişilər isə bir problem və ya sıxıntı olanda tək mərkəz olaraq problemi həll etməyə cəhd göstərirlər. Yenə də bu problemlə üz-üzə gələ biləcəklərini düşünmək də istəmirlər.
Qadınların həll edə bilmədikləri problemləri olsa da, həmin mövzu haqqında danışmağa davam edirlər. Bunu üzdə göstərməsələr də, şüuraltı kodları belədir. Kişilər isə həll edə bilmədikləri və idarələri xaricindəki vəziyyətlərdə dərhal yox sayma və təxirə salma meylində olurlar.
Qadınlar həmişə gələcəyi fikirləşərək bir həyəcan içində olurlar. Halbuki, buna ehtiyac yoxdur, çünki qadınlar hər zaman tədbirlidirlər. Kişilərsə xanımların tam əksinə, problemin son anına qədər heç bir şey etmirlər, problemi yaddan çıxarmaq istəyirlər və o haqda heç danışmırlar.
Qadınlar hər zaman nəyisə hədəf alıb həmin işin dalınca gedir və inkişaf etməyə cəhd göstərirlər. Düşünülənin əksini göstərən axtarışlar qadınların statusa və maddi imkanlara daha çox əhəmiyyət verdiklərini göstərir. Kişilər həyat şərtlərini tez qəbul edir və razılaşmaları daha asandır. Kiçik zövqlü və həyəcanlı şeylərlə həyatlarını davam etdirərlər.
Əlaqələrdə qadınlar hər iki tərəfin də bir-birinə ehtiyacı olmasını istəyir və görmək arzusunda olurlar. Həyatlarında ancaq öz partnyorlarının olmasını istəyirlər, qarşı tərəfdən də bunu tələb edirlər. Kişilər isə asılılıq yerinə müstəqil yaşamağı seçirlər. Kişilər həyatlarını kiçik sahələr olaraq deyil, bir neçə maraqlı hadisələrlə doldurmağa cəhd edirlər.
Qadınlar ünsiyyət qurarkən gözlədiyi çox şeylər var - əlaqə və yaxınlıq yaratmaq, onun haqqında bütün məlumatları yığmaq və hisslərini öyrənmək. Kişilərsə siz nə danışırsızsa, o haqda danışır. Aralığa söz qatıb məlumat yığa bilmir.
Qadınların ünsiyyətdən gözlədiyi paylaşma bir-birini başa düşmək və ortaq yol tapmaq istəyidir. Bu, kişilərin dünyasına tamam zidd bir vəziyyətdir. Kişilər ümumiyyətlə duyğuları və hissləri haqda danışmağı sevmirlər. Bunu boş söhbət kimi qəbul edirlər.
Qadınlar ünsiyyətdə səmimiyyət axtarır, hər şeyin açıq-aşkar olmasını istəyir, kömək edir və kömək gözləyir. Hadisələrə daxil olaraq fikir bildirmək istəyir, əksi olduğu halda qarşı tərəfi qınayır. Kişilər problemlərini tək həll etmək istəyirlər. Paylaşmaq yerinə ört-basdır etmək kişilərin peşəsidir. Kişilər məsləhət almağı, məsləhətləşməyi heç sevmirlər.
Qadınlar bir problem haqqında danışmağı, başa düşməyi, razı salmağı istəyirlər, belə olmadıqda özlərini işə yaramaz hiss edirlər. Buna görə də ayrılıq vaxtı qadın daha çox kədərlənir, hadisələri incələyir və danışmaq istəyir. Kişilər problemləri haqqında danışmağa, dərinliklərinə düşməyə və qarşı tərəfi razı salmağa nifrət edirlər, tək istədikləri problemi yox etməkdir. Sırf buna görə bir problem olan kimi kişilər qaçır, əlaqəni tam kəsməyi fikirləşir.
Qadınlar dərdlərini paylaşaraq azaldar. Kişilər dərdləri haqqında danışmayıb, başqa şeylərlə məşğul olur, ya da öz içlərində həll edib yaddan çıxarırlar. Adətən spirt və narkotik istifadəçilərinin kişi olmasının səbəbləri də ruhi sıxıntı və hər şeyi yaddan çıxarmaq istəklərindən irəli gəlir.
Qadınlar qarşı tərəfin bütün romantik planlarını başa düşürlər. Kişilər öz işlərinə bağlı olduğu üçün qarşı tərəfin düşüncələrini başa düşməyib, fikir verməzlər.
Qadınların yoldaşlıq və dostluq düşüncələri kişilərin düşüncələrinə tam ziddir. Qadınlar xoşbəxtliklərini yoldaşları və ailə üzvləri ilə paylaşırlar, belə olduğu üçün ətrafdan və onların fikirlərindən daha çox təsirlənir və bunu əlaqələrində əks etdirirlər. Kişilərin dostluq düşüncələri qadınların düşüncələri ilə uyğunlaşmır, onlar dostları ilə əsasən gün içində olanlardan söhbət etmir, əyləncəli hadisələr haqda söhbət edirlər. Əlaqələrin, romantik vəziyyətlərin və ciddi mövzuların yerini futbol və siyasət mövzuları ilə doldururlar. Nadir hallarda danışdıqlarında da qısa və konkret, bir-birilərinə ağıl vermək üçün deyil, hisslərini izah edə bilmək üçün paylaşırlar. Qadınlar kimi bir-birilərinin əlaqələrini yoxlanışdan keçirmir, hətta çoxu heç danışmır.
Qadınlar ətraflarındakı insanların təqdirini və təsdiqini almaq istəyir. Kişilər ətraflarındakı insanların hörmətini qazanmaq və qürurlu görünmək istəyirlər.
Qadınlar həyatlarındakı kişiyə inanaraq onunla bir həyatı seçirlər. Kişilər də eyni hissi keçirsələr də bunu biruzə vermirlər.
Qadınlar nə istəyir - sevilsin, sözlərinə qulaq assınlar, ona hörmət etsinlər, ehtiyac duysunlar və inansınlar. Kişilər nə istəyir - səssiz bir qadın...
XƏBƏR LENTİ
Qidanı necə həzm edirik?
Ana ölümləri ilə bağlı 10 nəfər işdən çıxarılıb
Qışda, bu ərzaqlardan uzaq olun
Hələ belə yarışma olmamışdı-FOTO
Rəngli mətbəx dekorasiyası
Sevdiyim Brend
Qozlu bükmə (foto resept)
Tolgahan və Almeda cütülüyünə 5 minlik hədiyyə-FOTO
Portağaldan şam düzəldin
Qandakı şəkərin miqdarını göstərən eynək
Ərdoğan Rusiya qırıcılarını "vur" əmri verdi
Keti Perri nişan FOTOlarını paylaşdı
Uşaqlar üçün pizza (2 yaş)(foto-resept)
Çingiz xan haqqında bilmədiyiniz 9 maraqlı fakt
Azərbaycanda hava kəskin dəyişir: bir yağış yağacaq ki...
Günün ulduz falı
Sevdiyinizlə nə qədər uyğunsunuz?
Toya hazırlaşan xanımlarımız üçün avatarlar
Soçi-2014: İdmançımızın növbəti cəhdi
"Azərbaycanda müəllim peşəsinin ictimai nüfuzunun artırılması ən vacib amillərdən biridir"
Facebook-un layihəsi 1902-ci ildə cızılıbmış
Aparıcı 4 milyonluq evini partlatdı-FOTO
Özcan Dəniz evini çəkiliş meydanına çevirdi: Baş rolda... - FOTO
Məşhur aktrisa "Barbie" olacaq!-FOTO
Tənha insanlar üçün kreslo
15 nəvəsi olan 89 yaşlı qadın gəlinlik geyindi-FOTO
Prezident İlham Əliyev hərbi qulluqçulara "general-mayor" rütbəsi verib, medalla təltif etdi
Almalı-bananlı piroq (foto resept)
Məşhur aktyor 6-cı dəfə ata olacaq - FOTO
Azərbaycan üzgüçülükdə də İslam Həmrəyliyi Oyunlarında medal qazandı
Smartfonlardan ötürülən radiasiya şüaları nə qədər TƏHLÜKƏLİDİR?
Oğuzda qeyri-adi təbiət hadisəsi
Ingilis Dili-XXII Dərs
Bəlkə, gedək sürüşək?
İnternetin ağırlığı bir çiyələk qədərdir
Yaponlar ürəyi əvəz edəcək mini nasos əldə ediblər
Ordumuz Laçında Qarabağa gələn erməni hərbçilərinin qarşısını kəsdi və...
Adriana Lima və Metin Hara ayrılıb-SƏBƏB
Uçuqdan necə xilas ola bilərik
Günün qoroskopu: zəruri ehtiyac olmadan risk etiməyin
Caponata (foto resept)
"Əziz Novruzum" (II hissə)
Azərbaycan əhalisi pulu hara xərcləyir?
Hikmət Hacıyev erməni terrorçuları tərəfindən dağıdılmış Gəncə bazarının görüntülərini paylaşdı - FOTO/VİDEO
"Seyyid", "Mir", "Ağa" sözlərinin mənası nədir?
Ronaldo 600-cü qolunu vurdu!
Azərbaycanda qar yağacaq
Şəkildə gözü parlayınca hər şey ortaya çıxdı
Rihanna ana olacaq?
Erməni "söz"ü: ATƏŞKƏSİ 119 DƏFƏ POZDULAR
- ŞƏRHLƏR