Yazı aktual mövzudur, satirik, yumoristik üslubda yazılmışdır və kiminsə xətrinə dəymək məqsədini güdmür.
Həkimə və ağbirçəklərimizə inansaq, onların məsləhətlərinə əməl etsək, sağlam olarıq, özü də sağlam, bütün xəstəliklər əsəbdən yaranır və beyinin təsiri altında olur və qadınlar üçün hər bir xəstəliyin dərmanı “ər” və “ərə getmək”dir…
Qız həddi buluğuna çatıb, “oyandı”sa, orqanizmində hormonal dəyişikliklər gedəcək, təbii prosesdir. Amma bu məsləhət verirlər aaa… 13 yaşın tamam olan kimi “ərə get”, 20 yaşın olanda “ərə get”, 25 yaşın olanda “evdə qarımısan, tez çıx get ərə”, 30 yaşı və daha sonrası “uşaq doğa bilməyəcəksən, get ərə, biri qapazla get ərə”. Necə deyərlər, hamı bir ağızdan deyir ki, “13 yaşdan bu yana qadına, qıza hökmən kişi və ər lazımdır”… Bəziləri daha tez oyanır və daha tez istəyir orqanizmi kişini…
Kardioloqun yanına gedirsən, “qızım, sənin ürəyində sevgi, kişi yoxdur deyə, xəstəsən, get ərə”, genekoloq yanına gedirsən “deyir, ərsiz xəstəliyin sağalmaz, sənə kişi lazımdır”, nevroloq da ki, “qormon və əsəblərini ancaq ər sakitləşdirəcək” deyir, psixoloq deyir “paylaşmağa, səni dinləyəcək birisi lazım, get ərə”, arıq olduğun üçün dietoloqun yanına gedirsən, “ərə get, kökələcəksən” deyir, sanki hər kəs əlbir olub, biz qızlara ər axtarır… Nə var axı, hamı bir ağızdan deyir “Get ərə?!”
Hamının dərdi qızlarımızın intim həyatıdır…
Ay aman, gec gedər ərə, oxuyub təhsil alar, oxuyar, oğlan bəyəndirmək olmaz birdən o qıza…
Ay aman, birdən qız işləyər, ərə getməmişdən öncə də şərt qoyar ki, işləyəcəyəm ərə gedəndən sonra da…Vay, vay, o zaman, kişi kimi pul qazanar, əri onun ipini yığa bilməz…
Ərə gedən kimi də çaşıb bir il uşaq doğmayasan ha birdən, hamısı elə biləcək sonsuzsan, özü də sonsuzluq problemi olsa da, yükləyəcəklər sənin üzərinə, qadındadır problem, gec ərə gedib, hamilə qala bilmir, sonsuzdur…
Daha demirlər ki, bu qızın oxumağı-təhsili var, işləməyi var, qız işləməklə, kişiyə kömək edir maddi yükün bir hissəsindən azad edir… Yox, qadın ata evində də, ər evində də, qayınata evində də gərək “qapazaltı” ola…
Səsin çıxartsan, ayrı yaşasan da, deyəcəklər, “bıy, qızın buynuzları içindəymiş”… Öyrədəcəklər ərini sənin əleyhinə… Kişi də ki, kişi olsa, deyər ki, “arvad mənimdir, özüm bilərəm… Soğan yeməmisən, için niyə göynüyür”
Ərə gedənlərin hamısının əri bala batıb, hamı xoşbəxtdir, elə isə niyə son zamanlar ərə gedənlər arasında boşananların sayı çıxalmaqdadır…
Ərə gedəndən sonra da ikinci əmr başlayır, “uşaq doğ”, “nəvə istəyirəm”, birini doğmaqla da canın qurtarmır… Birini doğursan, ikinci istəyirlər, birini doğanda da, qoymurlar öz övladını özün tərbiyə edəsən…
Hamısının da əsasında çoxbilmişlərin məsləhətləri, əmrləri, ərkləri dayanır… Sonra zibili çıxanda, yaxalarını çəkirlər kənara ki, “sən ağıllı adamsan, mən dedim, sənin ağlın harda idi… Eləməzdin, dinləməzdin məni…”
Hamısının arxasında ictimai rəy, fikirlər, mentalitet, dardüşüncə və hər kəsin yerinə hamının qərar qəbul etməsi, burunları girməyən yerə başlarını soxması dayanır.
Sonra da başlanır söhbətlər ki, “boşan getsin, boşa getsin, boşandır getsin”… Boşanmaların da sayı artır.
Ərə get:
Məktəbə getməsin, pulun yoxdur, necə oxudacaqsan, qız hara, təhsil hara, ver ərə, yükün azalsın… Ərə get…
Onsuz da, qızını bir gün qaçırdacaqlar, kimin üçün saxlamısan qızını?! Ver ərə… Ərə get…
Qızını sevən yoxdur, xəstədir?! Bəlkə qız deyil deyə, alanı yoxdur?! Ver ərə, görəki ki, sağlamdır, bakirədir… Get ərə…
Qızın hələ ərə getməyib, nə vaxt gedəcək, uşaq da hələ doğmalıdır, sonra gec olacaq, doğa bilməyəcək. Ver ərə… Get ərə…
Qız hara, işləmək hara, qoyma işləsin, əri saxlayar, ər nə üçündür, ər arvadını, ailəsini saxlamalıdır, canı cıxsın ər saxlasın… Ver ərə… Get ərə…
Filankəsin oğlu varlıdır, öz evi var, maaşı da yaxşıdır, maşını da var… Ailəsindən ayrı qalacaq, əsas ərə gedənədəkdir, sonra qızın özü baş çıxardacaq, “yola verəcək hamısını”. Ver ərə… Get ərə…
Qızını bir oğlanla gördüm, qızışıb deyəsən… Qız hara, oğlan dostu hara, sevgi hara… Adını batırmasın ailənin başını aşağı etməsin… Ver ərə… Get ərə…
Qızının rəfiqəsi var, başını bişirib yoldan çıxardar, pis yola düşər… Ver ərə… Get ərə…
Qızını qoyma şəhərdə oxuya, yaşaya, korlanacaq… Yanından ayırma… Ver ərə… Get ərə…
Qızını xaricə təhsil almağa göndərirsən?! Başın xarabdır sənin?! Qızın əldən getdi, alan olmayacaq! Ver ərə… Get ərə…
Qızına “yağlı” namizəd tapmışam… Məmur balası… Özü də məmurdur… Qızını şahzadə kimi yaşadacaq, hər il 4 dəfə xaricdə dincələcəklər… Ver ərə… Get ərə…
Qızı karyera edirmiş… Qıza iş, karyera qalmayacaq, elmi dərəcə qalmayacaq eee… Ər qalacaq, övlad qalacaq… Ver ərə… Get ərə…
Günel Fərhadqızı
XƏBƏR LENTİ
Azərbaycanın adı dünyaca məşhur serialda
Məşhur vulkan yenə püskürdü
Dünyanın Ən Gənc Nənəsi 23 yaşındadır-FOTO
Yaddaşınızı zəiflədən səbəblər
"Uşağım" dəniz qırağında
Sabahın HAVASI
“Recep İvedik 6”nın çəkilişləri başladı - İlk FOTO
Pulları ilə toy etmək yerinə Afrikaya gedən cütlük
Özcan Dəniz ata olacaq!
İşsizlər işlə təmin olunub
Ebolaya qarşı virus sınanır
Badamlı çörək (foto resept)
Xiaomi Apple-ı ötdü
Bakıda Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO
Allergiya
Atatürk sevgisi Ginnesə sığmadı
Erməni yalanları ifşa edilir
Sinəsini böyütdü: yaddaşından və işindən oldu - FOTO
Aya Sofyaya imam və müəzzin təyinatı olub
Qeyri-peşəkarların "psixoloqluğu": həyatınız məhv ola bilər
Google Glass yasaqlandı
Yaşlanmanı gecikdirən bəsit üsul
Soyuq havalar üçün manikür modelləri
Beynəlxalq mükafata layiq görülmüş şəkillər
Toy etmək istəyənlərin NƏZƏRİNƏ
Ən dayanıqlı ev tikildi
Smurfiklər şəhəri - FOTO
Pendirli kotlet (foto-resept)
Təhsil Nazirliyi vətəndaşların qəbulunu avqustun 31-dək dayandırdı
10 illik koma: sərxoşa elə dərs verdilər ki...
Aforizmlər
Prezident İlham Əliyev: "Sankt-Peterburq görüşünün müsbət nəticələri var"
Ebru Şallının 3 qızıl qaydası
Karton qıza aşiq olan pinqvin öldü - FOTO
Məşhurların doğulduğu evlər (foto)
Kraliça işçi axtarır - 100 min manat maaş verəcək
Kainatımızın forması-Qaranlıq maddə(2)
Ramazan müxtəlifliyi
Üz dərisi üçün gimnastika
Ramazan ayına görə 500 məhsulun qiyməti endirildi
“Avroviziya”nın qalibi bəlli oldu
Seksin səkkiz möcüzəsi
Serenay Sarıkaya Cem Yılmazı belə təbrik etdi-FOTO
Günün qoroskopu:Qətiyyətli olun
Yeni iş imkanı
Nişan şirniyyatları
Makiyaj etmədən gözəl görünməyin yolları
TQDK-dan abituriyentlərə ciddi xəbərdarlıq
Sakitlikdirsə, bir şeylər tərs gedir.
Günün ulduz falı - 21.02.2014
- ŞƏRHLƏR