Siz ola bilərki insanların bəzilərini psixopat və ya sosyopat adlandırdığını eşitmisiz. Bəs bu sözlərin əsil mənası nədir?
Psixi sağlamlığın cib kitabçası olan “Diagnostic and Statistical Manual of Disorder”(diaqnostik və statisttik psixi pozğunluqlar)-də bu ifadələri tapa bilmərsiniz. Həkimlər insanlara rəsmi psixopat və ya sosyopat diaqnozu qoymurlar. Onlar bunun yerinə müxtəlif ifadələrdən istifadə edirlər: anti-sosial şəxsiyyət pozuntusu.
Bir çox ekspertlər inanır ki, psixopatlar və sosyopatlar eyni əlamətləri daşıyırlar. Bu kimi insanların səhv və doğru haqqında zəif daxili hissləri olur. Onlar həmçinin digər insanın hisslərini bölüşə və başa düşə bilmirlər.
Onların vicdanı varmı?
L. Michael Tompkins deyir ki, sosyopat və psixopat arasındakı əsas fərq vicdanın varlığıdır. Daxilimizdəki səs səhv edəndə bunun səhv olduğunu bilməyimizə izn verir. O Scramentodakı Psixi Sağlamlıq Müalicəsi mərkəzində psixoloq işləyir.
Psixopatların vicdanı yoxdur. Əgər o yalanlar deyirsə, sənə bunun əksini iddia edə bilər. Belə ki, sənin pulunu oğurlaya bilər, o daxildə vicdan əzabı keçirməyəcək. Tompkins deyir ki, o digərlərini müşahidə edərək onlar kimi davrana bilər və bunu aşkara çıxarmaz.
Sosyopatların tipik vicdanları var, amma zəifdir. O sənin pullarını götürməyin səhv olduğunu bilə bilər və o müəyyən qədər günahkarlıq və vicdan əzabı hiss edə bilər, lakin bu onun davranışını dayandıra bilməz.
“The Midas Complex” –in müəllifi olan Aaron Kipnis deyir ki, ikisində də olan zəif empatiya digərlərinin nə hiss etdiyini başa düşməyə müəyyən qədər kömək edir, lakin psixopatların digərləri ilə azca münasibəti olur. Bu şəxsiyyət tipi olan bəziləri digərlərini obyekt kimi görür və onlardan öz mənafeyləri üçün istifadə edirlər.
Onlar həmişə zorakı deyillər
Televiziya verlişlərində və kinolarda psixopat və sosyopatları adətən cani kimi, yəni günahsız insanlara işgəncə verən, yaxud qətl edən kimi göstərirlər. Real həyatda isə anti-sosial şəxsiyyət pozuntusu olan bəzi insanlar zorakı ola bilər, lakin çoxluq yox. Onlar istədiyini əldə edə etmək üçün manipulasiyadan istifadə edirlər.
“Ən pisi, onlar soyuqdurlar, hesablayıcı qatildilər.”-deyə Kipnis deyir. Digərləri deyir ki , onlar ixtisaslı alpinistlərdi, zirvəyə dırmaşmaq üçün kimisə incitməli olsalar, bunu asanlıqla edərlər.
Siz ailə üzvlərinizin və iş yoldaşlarınızın bəzi davranışlarını tanıya bilərsiniz və siz sosyopat və ya psixopatla bir işlədiyini yaxud yaşadığını düşünərək aldana bilərsiz. Lakin bu şəxs sadəcə xəsis, yaxud xudbin ola bilər, bu mütləq şəxsiyyət pozuntusu mənasına gəlmir.
Soyuq ürəkli –Psixopat, Coşğun-Sosyopat
Psixopatı ləkələmək asan deyil. Onlar intelektual, cəlbedici ola bilirlər və emosiyaları çox yaxşı imitasiya edə bilirlər. Onlar sizinlə maraqlandığını iddia edə bilər, lakin reallıqda bu onların vecinə də deyil.
Tomkins deyir ki, onlar ixtisaslı aktyordular, hansı ki, şəxsi gücləri olan yeganə missiyaları insanları manipulasiya etməkdir.
Sosyopatlar oyunu uzun müddət davam etdirə bilmirlər. Onlar bu planı düzəldirlər, hansi ki, onlar bir kəsə maraq duymurlar, ancaq özlərinə. Onlar tez-tez digərlərini qınayır və onların davranışları üçün bəhanələri var.
Bəzi ekspertlər sosyopatları tez özündən çıxan kimi görürlər. Onların rəftarı digərlərinə necə təsir edər deyə düşünmürlər.
Psixopatlar daha çox hesablayıcı və soyuq ürəkli olurlar. Onlar öz istədiklərini əldə etmək üçün, öz hərəkətlərində hiyləni və aqresiyanı ehtiyatla istifadə edirlər. Əgər onlar pul və statusa görə ikincidilərsə, məsələn, onlar qarşılarındakı maneəni götürmək üçün plan qururlar, hansı ki, onların yolunda dayanır, hətta əgər bu digər şəxsin işi yaxud şöhrətidirsə.
Beyin fərqləri
Son araşdırmalara görə psixopatların beyni digər insanlar beyninə bənzəmir. Belə ki, fiziki fərqlər olur, bu stressdə olan şəxslərdəki kimi eyni çətinliyi yaradır.
Bu fərqlər hətta bədənin əsas funksiyalarında da dəyişiklik yarada bilər. Məsələn, bir çox insan filmdə işgəncə və ya qan görəndə onların ürək döyüntüsü artır, tənəffüsləri sürətlənir və onların ovucları tərləyir.
Psixopatlarda isə əks reaksiya olur. Onlar sakit qalır. Kipnis deyir ki, bu keyfiyyət psixopatlara qorxusuz olmağa və riskli davranışları götürməkdə kömək edir.
“Onlar fəaliyyətlərinin nəticəsindən qorxmurlar”.
Tərcümə edən: Ustaclı
mənbə linkdə
http://www.webmd.com/mental-health/features/sociopath-psychopath-difference
XƏBƏR LENTİ
Gözəl ayaqlara necə sahib olaq?
Tramp prezident seçkilərinə Maykl Penslə gedir
Ebru Şahin çimərlikdə-FOTO
Sezar salatı (foto-resept)
Ramazanın 16-cı gününün duası
Leonardonun adası hər kəsi təəccübləndirdi
Günün ulduz falı
Müdafiə Nazirliyində yeni kadr dəyişikliyi olacaq?
"Vsyo, ay Allah, özüm tapdım, lazım deyil"
İtirən bizik
Azərbaycan milli mətbuatının 142-ci ildönümü qeyd olunur
Bu da yeni Mustang
Azərbaycanda "ASAN qatar" sistemi yaradılacaq
Qadın boksçularımız Almatı turnirində yarımfinalda
Havay adalarında günəşdən qoruyucu kremin istifadəsinə qadağa qoyuldu
Payız tortu (foto-resept)
Koronavirusun daha bir fəsadı aşkar edildi
Böyük sirr açıldı: qadınların kişilərdən çox yaşamasının səbəbi bilindi
Serenaydan 1,5 milyonluq imza - FOTO
Mikayıl Müşfiqin doğum günüdür
Diri ilanbalığı uddu ölümdən döndü-FOTO
Azərbaycanın "Eurovision" mahnısı - VİDEO
Müəllim olmaq istəyənlər! Qəbul iyulun 3-də başa çatır
Avropanın ən qədim oxu zalı
Erməni analar: “Bizə yalnız İlham Əliyev kömək edə bilər” - VİDEO
Gündə 3 fincan qəhvə içənlər…
“Aşkı memnu”nun “Firdevs”i: "Varlı olmaqdan bezdim"
Şokoladlı top (foto resept)
Siqaretdən imtina edən şəxs 1 ilə yığdığı pulu görüncə AДћLADI
Gül börəyi (foto resept)
Ailə birlikdir!
Yaşayış yeri haqqında arayış elektronlaşdı
Payız pəhrizi necə edilər?
Bu ərazilərdə QAZ olmayacaq!
Sırğaları necə təmizləməli?
Ancelina Coli yenidən ana olacaq!-FOTO
Azərbaycanın ən uzunömürlü seçicisi səs verib
Praktik 4 üz maska
Ləziz salat (foto resept)
Wi-Fi şüalarının insan orqanizminə hansı təsirləri var?
Şvartsenegger uzunqulağı ilə məşq etdi - VİDEO
Azərbaycanda bir kəndin bütün sakinləri koronavirus yoxlamasından keçdi - VİDEO
Arqan yağının dəriyə təsiri
Azərbaycanda 5 gün iş olmayacaq
Mətbəxtə fərqli stullar
Hadisə sahib olduğu hər şeyi satır
Uşaqlar oxusun deyə (yardım edək)
Nə gözəl yaraşır insana gülmək...
2019-da mükafat almış it şəkilləri
Rusiya tək rəqib elan edildi
- ŞƏRHLƏR