Qadin.NET / Sosyopat və psixopat arasındakı fərqlər nədir?

Sosyopat və psixopat arasındakı fərqlər nədir?

 Sosyopat və psixopat arasındakı fərqlər nədir?

 

Siz ola bilərki insanların bəzilərini psixopat və ya sosyopat adlandırdığını eşitmisiz. Bəs bu sözlərin əsil mənası nədir?

Psixi sağlamlığın cib kitabçası olan “Diagnostic and Statistical Manual of Disorder”(diaqnostik və statisttik psixi pozğunluqlar)-də bu ifadələri tapa  bilmərsiniz. Həkimlər insanlara rəsmi psixopat və ya sosyopat diaqnozu qoymurlar. Onlar bunun yerinə  müxtəlif ifadələrdən istifadə edirlər: anti-sosial şəxsiyyət pozuntusu.

Bir çox ekspertlər inanır ki, psixopatlar və sosyopatlar eyni əlamətləri daşıyırlar. Bu kimi insanların səhv və doğru haqqında zəif daxili hissləri olur. Onlar həmçinin digər insanın hisslərini bölüşə və başa düşə bilmirlər.

  Onların vicdanı varmı?

L. Michael Tompkins deyir ki, sosyopat və psixopat arasındakı əsas fərq vicdanın varlığıdır. Daxilimizdəki səs səhv edəndə bunun səhv olduğunu bilməyimizə izn verir. O Scramentodakı Psixi Sağlamlıq Müalicəsi mərkəzində psixoloq işləyir.

Psixopatların  vicdanı yoxdur. Əgər o yalanlar deyirsə, sənə bunun əksini iddia edə bilər. Belə ki, sənin pulunu oğurlaya bilər, o daxildə vicdan əzabı keçirməyəcək. Tompkins deyir ki, o digərlərini müşahidə edərək onlar kimi davrana bilər və bunu aşkara çıxarmaz.

Sosyopatların tipik vicdanları var, amma zəifdir. O sənin  pullarını götürməyin səhv olduğunu bilə bilər və o müəyyən qədər günahkarlıq və vicdan əzabı hiss edə bilər, lakin bu onun davranışını dayandıra bilməz.

“The Midas Complex” –in müəllifi olan Aaron Kipnis deyir ki, ikisində də olan zəif empatiya digərlərinin nə hiss etdiyini başa düşməyə müəyyən qədər kömək edir, lakin psixopatların digərləri ilə azca münasibəti olur. Bu şəxsiyyət tipi olan bəziləri digərlərini obyekt kimi görür və onlardan öz mənafeyləri üçün istifadə edirlər.

Sosyopat və psixopat arasındakı fərqlər nədir?

Onlar həmişə zorakı deyillər

Televiziya verlişlərində və kinolarda psixopat və sosyopatları adətən cani kimi, yəni günahsız insanlara işgəncə verən, yaxud qətl edən kimi göstərirlər. Real həyatda isə anti-sosial şəxsiyyət pozuntusu olan bəzi insanlar zorakı ola bilər, lakin çoxluq yox. Onlar istədiyini əldə edə etmək üçün manipulasiyadan istifadə edirlər.

“Ən pisi, onlar soyuqdurlar, hesablayıcı qatildilər.”-deyə Kipnis deyir. Digərləri deyir ki , onlar ixtisaslı alpinistlərdi, zirvəyə dırmaşmaq üçün kimisə incitməli olsalar, bunu asanlıqla edərlər.

Siz ailə üzvlərinizin və iş yoldaşlarınızın bəzi davranışlarını tanıya bilərsiniz və siz sosyopat və ya psixopatla bir işlədiyini yaxud yaşadığını düşünərək aldana bilərsiz. Lakin bu şəxs sadəcə xəsis, yaxud xudbin ola bilər, bu mütləq şəxsiyyət pozuntusu mənasına gəlmir.

Soyuq ürəkli –Psixopat, Coşğun-Sosyopat

Psixopatı ləkələmək asan deyil. Onlar intelektual, cəlbedici ola bilirlər və emosiyaları çox yaxşı imitasiya edə bilirlər. Onlar sizinlə maraqlandığını iddia edə bilər, lakin reallıqda bu onların vecinə də deyil.

Tomkins deyir ki, onlar ixtisaslı aktyordular, hansı ki, şəxsi gücləri olan yeganə missiyaları insanları manipulasiya etməkdir.

Sosyopatlar oyunu uzun müddət  davam etdirə bilmirlər. Onlar bu planı düzəldirlər, hansi ki, onlar bir kəsə maraq duymurlar, ancaq özlərinə. Onlar tez-tez  digərlərini qınayır və onların davranışları üçün bəhanələri var.

Bəzi ekspertlər sosyopatları tez özündən çıxan kimi görürlər. Onların rəftarı digərlərinə necə təsir edər deyə düşünmürlər.

Psixopatlar daha çox hesablayıcı və soyuq ürəkli olurlar. Onlar öz istədiklərini əldə etmək üçün, öz hərəkətlərində hiyləni və aqresiyanı ehtiyatla  istifadə edirlər. Əgər onlar pul və statusa görə ikincidilərsə, məsələn, onlar qarşılarındakı maneəni götürmək üçün  plan qururlar, hansı ki, onların yolunda dayanır, hətta əgər bu digər şəxsin işi yaxud şöhrətidirsə.

Beyin fərqləri

Son araşdırmalara görə psixopatların beyni digər insanlar beyninə bənzəmir. Belə ki, fiziki fərqlər olur, bu stressdə olan şəxslərdəki kimi eyni çətinliyi yaradır.

Bu fərqlər hətta bədənin əsas funksiyalarında  da dəyişiklik yarada bilər. Məsələn, bir çox insan filmdə işgəncə və ya qan görəndə onların ürək döyüntüsü artır, tənəffüsləri sürətlənir və onların ovucları tərləyir.

Psixopatlarda isə əks reaksiya olur. Onlar sakit qalır. Kipnis deyir ki, bu keyfiyyət psixopatlara qorxusuz olmağa və riskli davranışları götürməkdə kömək edir.

“Onlar fəaliyyətlərinin nəticəsindən qorxmurlar”.

Tərcümə edən: Ustaclı

mənbə linkdə

http://www.webmd.com/mental-health/features/sociopath-psychopath-difference

25 oktyabr 2016
GO BACK