Bir çox insan əlaqəsinin başlanğıcında yoldaşının özünə xas bəzi vərdişlərinin, davranışlarının, son dərəcə xoşlandığı bəzi xüsusiyyətlərinin cansıxıcı olduğunu düşünməyə, əslində bunların onunla münasibətlərini davam etdirmək üçün kafi olmadığını düşünməyə başlayarlar. Məsələn, öncədən yoldaşının comərdliyindən son dərəcə məmnun olan bir kəs daha sonra onu bədxərcliklə günahlandırmağa başlayar və bunu məsuliyyətsizliklə əlaqələndirə bilər. Və ya daha əvvəl son dərəcə intizamlı olan yoldaşının bu xüsusiyyətini əvvəllər "prinsipiallıq və dözümlülük'' kimi görərkən, müəyyən müddətdən sonra bunu təzyiq kimi qəbul etməyə başlayar və azadlığının nə qədər çox məhdudlaşdırıldığını düşünə bilər. Buna bənzər nümunələri çoxalda bilərik.
Bu fikirlərin, bu dəyişən düşüncələrin bir izahı olmalıdır. Biz - özlərini bu və ya başqa şəkildə əskik hiss edən varlıqlarıq. Və var olma məqsədimizin ən ön planda olanı özümüzü bir şəkildə tam və qüsursuz hiss edə bilmə arzumuzdur. Biz yoldaşlarımızı bu ruhi bütünlüyümüzü tamamlama arzumuzla seçər, onun bizi tamamlayacağına ümid edərik. Çünki uşaqkən hamımızın zədələri və bu zədədən qaynaqlanan yaraları vardır. Buna görə də həyat yoldaşımızla ‘'Bir-birimizi tamamlayırıq'', ‘'Biz bir almanın iki yarısıyıq'', ‘'Ruh əkiziyik'' və s. kimi sözlər işlədərək əlaqələrimizə başlayarıq. Yəni düşünmə və hiss etmə mövzusundakı çatışmayan tərəflərimizi aradan qaldıracaq və tarazlaşdıracaq birini seçməyə çalışarıq.
İnsanlar həyat yoldaşlarında öncədən qürur duyduğu bəzi xüsusiyyətlərini müəyyən bir zamandan sonra təhlükə kimi qəbul etməyə başlaya bilər. Əlaqənin əvvəlində tanış olduğu qız yoldaşının seksual geyimindən təsirlənən kişi daha sonra bunlardan narahat olmağa başlayıb tənqid etməyə və müəyyən bir zaman sonra bunları qadağan etməyə başlaya bilər. Ya da yoldaşının əvvəllki yaradıcı və müdrik tərəfləri ilə əlaqədar olaraq yoldaşını ideallaşdırarkən, bir müddət sonra bu xüsusiyyətləri "çoxbilmişlik'' kimi düşünərək əsəbləşə bilər. Hər insan digərinin qarşısında önə çıxmağa çalışır, yəni özündə əslində çox istədiyi, amma keçmişdə gizlətmək məcburiyyətində qaldığı xüsusiyyətlərinin o birinin özəlliklərinin kölgəsində qalmasını istəmir. Yəni müəyyən bir zaman sonra bunlar bir varolma mübarizəsinə çevrilməyə başlayar. Əgər valideynləri keçmiş zamanda özlərinin bir sıra şəxsi özəlliklərini gizlətmək məcburiyyətində olubsa, o da yoldaşına qarşı eynilə öz valideynləri kimi davranar. Burada əsas məsələ odur ki, bu davranış və hücumlar şüursuz olaraq baş verir. Fərdlər bunları edərkən əsl səbəbin fərqində olmurlar. Əvvəldə xoşumuza gedən xüsusiyyətlər artıq varlığımız üçün təhlükəli olur və varlığımızı qorumaq üçün yoldaşımızdakı həqiqəti azaltmağa başlayırıq.
Lakin bunun öz həqiqətimizlə əlaqəsi olduğunun fərqində olmadığımız üçün müəyyən müddətdən sonra da onu baxımsız olmaqla günahlandırırıq. Bu narahatlığımız müəyyən bir zamandan sonra evlilikdəki böyük və dağıdıcı dalğalanmanın bünövrəsini meydana gətirir. Beləcə, istəklərimizin reallaşa bilməyəcəyini düşünür, pərişan oluruq. Bu dəfə də uşaqkən incidildiyiniz kimi yoldaşınız tərəfindən də incidiləcəyinizi düşünərsiniz və bu da böhran dövrünün başlanğıcı olar. Yəni gerçəklərlə üz-üzə qalarsınız. Bəzən buna münasibətlərinizin ən başında belə rast gəlinə bilər. Bəziləri buna bal ayında belə rast gəldiklərini, amma diqqət etmədiklərini söyləyirlər.
İnsanlar münasibətlərin ən başında tovlamaq, qəbul edilmək üçün bəzi özəlliklərini gizlətsə də, əslində həyat yoldaşı kimi təsadüfi şəxslər deyil, keçmişin əks-sədasına uyğun olanlar seçilir. Kimisi keçmişdə kifayət qədər sevgisini göstərə bilməyən valideynlərini müalicə etmək üçün, kimisi keçmişində daim təzyiq gördüyü valideynlərini cəzalandırmaq üçün, kimisi isə keçmişdəki diqqətsizliyi və yarım qalmış uşaqlıq ehtiyaclarını ödəmək üçün bəzilərini seçər.
XƏBƏR LENTİ
Sevgi alimin ağlını aldı
Aslı Murad haqqında danışdı
Tarkan qızı üçün mahnı yazdı-FOTO
Dərs ili qısaldıla bilərmi?
Azərbaycan əhalisinin son sayı açıqlandı
Neslihandan Fahriyenin artıq çəkilərinə dair AÇIQLAMA
Menstruasiya haqqında bilməli olduqlarınız
Azərbaycan Ordusu mülki əhalini heç vaxt hədəf almır - RƏSMİ
Beyonsdan kababçı Nüsrətə şok təklif
Google-un lobbiçiləri zəifləyəcək
Hər kəs təyyarə sürə biləcək
Gülməli anlar
Yataq üstü rəflər
Millət vəkili oğluna 1500 nəfərlik toy etdi - FOTO/VİDEO
Türkiyəli ulduz "Ay qız"ı oxudu - VİDEO
Portağallı kokostar qurabiyəsi (foto-resept)
Hadisənin son FOTOsu narazılıq yaratdı
Pensiyalarla bağlı YENİ MƏLUMAT
Merlin Monronun öldüyü ev rekord qiymətə satıldı
İstirahət gününün havası
Günün ulduz falı
Feil - 1
Skype-da gözlənilən yenilik gerçəkləşdi
Azərbaycanda evdə təhsil alanlara müjdə
Yay geyimləri
Bakı kəndlərində sel köçü
Albalı keksi (foto resept)
Putindən dünyanı ayağa qaldıran həmlə
Koronavirusu ən çox yayan mahnı məlum oldu
Danışa bilməsə də, milyonlar onu seçdi-FOTO
Müəllimlər üçün İKT-dən istifadə təlimləri keçirilir
Hava necə olacaq?
Əl işləri
Hicablı xanımlar üçün ziyafət geyimləri
Britni Spirs pəhrizi
Xəyanətin ölçüsünü orada axtarın
Bir günə 20 min artdı - Əcnəbilərin “Qarabağ” marağı...
Dolu bədənli xanımlar üçün
Şahzadələrin cazibədarlıq sirləri
Övlad sahibi olmaq istəyənlər
Berkay tənqid olundu - FOTO
"Uşaqlar və qadınlar zorla bu xoşagəlməz vərdişlərə məcbur edilirlər"
Vanqanın Qarabağla bağlı PROQNOZU
Nəvələri Heydər Əliyevin məzarında
Ay tutulması baş verəcək - Dəqiq vaxt açıqlandı
HAVA necə olacaq?
Hava haqqında
İstirahət günlərində Bakıda bu yol bağlı olacaq
Ramil Səfərov ata oldu
Bergüzar Korel çətin hamiləliyindən danışdı – FOTO
- ŞƏRHLƏR