Hər bir qadın gözəl görünüşlü saçlara sahib olmağa çalışsa da, bəzən problemlərə qarşılaşırııq. Bunlardan bəziləri ilə sizləri tanış edirəm ki, saçlarınızın qayğısına düzgün qalasınız.
Saç dərisində kəpəklənmə, göbələk, saç qıran
Xəstələr ümumiyyətlə saç dərisində qaşıntı, kəpəklənmə, yara, saç tökülməsi və seyrəkləşmədən şikayət edirlər. Ən çox qaşıntıya səbəb olan xəstəliklər: saçlarda bitlənmə, saç ekzemaları və şəkər xəstəliyidir. Kəpəklənməyə səbəb olan xəstəliklər isə: saç ekzaması, zob xəstəlikləri, sinir ekzaması və göbələk xəstəliyidir.
Saç tökülməsinə səbəb olan xəstəliklər arasında xüsusilə: qızdırmalı xəstəliklər, dəmir-zülal-sink əskikliyi, tiroid xəstəlikləri, hamiləlik, şəkər xəstəlikləri, qaraciyər və böyrək xəstəlikləri, anemiya, arıqlamaq üçün həddindən artıq pəhriz saxlama, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar və kimyəvi maddə istifadəsi, mərkəzi sinir sistemi xəstəlikləri və stress iştirak edir. Bunlardan başqa, bir də qadınlarda görülən, kişilərdəki adi keçəlliyə bənzər (androgenetik alopes) mövcuddur.
Bu vəziyyətə ən çox over kistleri, hormonal pozğunluq və andrenal şişlər səbəb ola bilərlər. Bu səbəblərdən ötrü androgenetik tip keçəllik çox yaxşı araşdırılmalı və tədqiq edilməlidir. Saç seyrəkləşməsi və tökülməsini ilə bərabər, bəzən regional saç tökülməsi də ola bilər. Ən sıx rast gəlinən regional saç tökülməsinə nümunə olaraq göbələk xəstəlikləri, saç qıran, bəzi kosmetikaların çox istifadə edilməsi və davamlı bir bölgədən saç qoparılması sayıla bilər.
Saç qıran, göbələk xəstəliyi və bərpa edilə bilməyən tökülmələr
Saç qıran, bir neçə mm ilə 1-2 sm. diametrində yumru bir sahədə ani saç tökülməsi şəklində meydana çıxar. Bu cür saç tökülməsi bir bölgədə ola bildiyi kimi, bir neçə dəyişik yerdə, məsələn saqqal, saç, qaş və kirpiklərdə də ola bilər. Saçqıranların əsl səbəbi stressdir. Lakin bəzi otoimmun və dəri xəstələrində də görülə bilər. Göbələk xəstəliyi isə xüsusilə həddi-buluq çağından əvvəlki uşaqlarda müşahidə edilir. Burada qırıq saçlar ehtiva edən kəpəkli sahələr tük diblərində kəpək və göbələyin yığılması nəticəsində iltihablaşır və tüklər asanlıqla kökündən çıxa bilir. Bu xəstəliklərdən başqa, bir də saçın dərisində, saç qovuqlarında bərpası mümkün olmayan saç tökülməsi meydana gəlir. Bunlar ən çox anadangəlmə olur, lakin infeksiya, şiş və digər səbəblərə də bağlı ola bilər.
Saçlarımızın tökülməsinə səbəb nədir?
Tökülmə şikayəti olan xəstələrin əvvəlcə saçlarının nə qədər töküldüyü öyrənilməlidir. Çünki gündə 25-100 saç telinin tökülməsi normaldır. Hər saçın yaşı fərqlidir. Və hər saç fərqli zamanlarda töküləcək deməkdir. İnkişaf dövründə saç ən çox 2 - 6 il arasında qalar. 4-5 il sonra bu töküləcək yerinə yenisi gələcəkdir. Bunun xaricində adamın hər gün 150-200 saç teli tökülürsə, problemi var deməkdir. Xəstənin rejim edib etmədiyi, həddindən artıq stressli olub-olmadığı, yaşadığı mühitin fiziki şərtləri öyrənilməlidir. Çünki bu faktorlar insanın saç sağlamlığı ilə birbaşa əlaqədardır. Əgər bunlardan nəticə alına bilməzsə, həmin şəxsdə xəstəlik problemi olub -olmadığı öyrənilməyə çalışılmalıdır. Bədəndə infeksiya varmı, xərçəng müalicəsimi görübmü? Qan analizi edilməli və beləcə bütün hormonların tarazlığı öyrənilməlidir. Və testlər nəticəsində saç tökülməsinin səbəbi yaxşıca öyrənilib ona görə bir müalicə tətbiq olunmalıdır.
Saç dərisində kəpəklənmə, qaşıntı və tökülməsi olan xəstələr yaxşı araşdırılmalıdır, xəstəliyin vəziyyətinə görə müxtəlif tədbirlər görülməli, patoloji vəziyyət ortadan qaldırılmalıdır. Müalicənin gecikdiyi təqdirdə bərpa edilməyən keçəlliklər və dazlıq meydana gələ bilər.
XƏBƏR LENTİ
Qaraciyəriniz sağlamdırmı?
Bağçalar nə vaxt açılacaq?- RƏSMİ
Qorxulu görünüşə sahib cütlük
Gözaltı torbalarından xilas olmaq üçün 2 maska
WhatsApp-da daha bir yenilik
Etirazçılar Ermənistan parlamentinin sədrini döydülər
Azərbaycanda işıqpulu ilə bağlı MÜHÜM XƏBƏR: BUNDAN SONRA... - VİDEO
Sağlam qocalın(2)
İrandan daha çox nə alırıq?
Karandaşdakı ibrət
Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümüdür
Ermənilərdən sərsəm tələb
"Formula 1"ə görə bağlanan Bakı bulvarı açılır
Yastığın altına sarımsaq qoyub yatsanız...
Hazal Kayadan hamiləlik FOTOsu
HAVA necə olacaq?-20 Oktyabr
Pik xəstəliyi
Saakaşvili azərbaycanlı məmura: "Mənim vaxtımda sənin kimilər həbsdə otururdu"
Sızanaqlar üçün maska
"Azərbaycanda teatr sənətinin inkişafına yaradılan şərait aktyorların məsuliyyətini daha da artırır"
Bitkilər və təbabət (4)
Allergiya
Təbii üsullarla tük saraltma
Möcüzəvi minerallar - 2
Zəvvarlara həccdə qadağa
Bundesliqada XVI tura start verildi
HAVA necə olacaq?-16 Sentyabr
Günün qoroskopu: illüziyalara qapılmayın, realist olun
Xankəndi hava limanı barədə VACİB AÇIQLAMA – Yaxın 10 gündə…
Castin Biberdən yeni trend- FOTO
Cəmiyyətdə namusun dərki
Hər döş xəstəliyi xərçəng deyil
Bütün dünyadan gözəllik sirləri
İçi doldurulmuş kabak(foto resept)
BMT-dən Qarabağla bağlı razılaşmaya münasibət
"Köstəbək" günü
Beren Saat Bodrum çimərliyinin zibillərini təmizlədi-FOTO
Bodrumda 4 gün 4 gecə möhəşəm toy oldu-FOTO
Mavi ayaqqabılar
Kosmosdan gələn siqnalları kim göndərir? - Alim rəyi
Baş ağrısına nə kömək edir?
Tənha sürücülər üçün həmsöhbət robot
Çiy sarımsağın faydaları
Bu səhvi bir çox qadınlar edir - ziyanları
Sınaq İmtahanı-3
Rusiya MN Qarabağda sülhməramlıların mühasirəyə alınması xəbərini təkzib etdi
Xokkey, futbol, raketa... - bizdə niyə yoxdur?
Əl verib görüşmək
Koronavirusu ən çox yayan mahnı məlum oldu
Keçmişin fəlsəfəsi və ya tarix necə yazılır? (3)
- ŞƏRHLƏR