Bu duyğu hansı qadının ürəyindən keçmir: -gözəl bir kişi ilə qarşılaşandan sonra onunla tanış olmaq həvəsi. Geniş yayılmış düşüncə tərzinə görə, tanışlıq üçün ən çox əziyyət çəkən tərəf qadınlar olur.Çunki “Mədəni qadın heç vaxt küçədə tanış olmaz!” fikri daim onların qabağına sədd çəkir.Ancaq psixoloqlar zərif cinsin nümayəndələrinə məsləhət görürlər ki,heç vaxt taleyin hədiyyəsini gözləməsinlər. Birinci addımı atmaqdan çəkinməyin və yadda saxlayın ki, ən əsası sizin səmimiyyətiniz və xoş niyyətli olmağınızdır.Çinlilər yaxşı deyiblər:-“Təbəssüm bütün qapıları açır!”
Axır vaxtlar tanış olmağın yeni üsulu-İnternet vasitəsilə tanışlıq daha geniş yayılmışdır.Bunun üçün ilk növbədə kişilərin təqdim etdiyi anketlərlə yaxından tanış olun(əgər anketdə “Evlənmək istəyirəm” və s. kimi elanlar varsa,bunun səmimiyyətinə o qədər də inanmayın).Özünüz anket təqdim edərkən isə bütün cəhətlərinizi qeyd etməyin( məsələn kişiləri qiymətləndirirsiniz,hansı xörəkləri bişirməyi bacarırsınız və s.) Əgər parametrləri sizə uyğun hər hansı bir kişinin anketini tapmısınızsa,ona tanış olmaq təklifi ilə qısaca məktub yazmaq olar.Sözgəlişi isə nəyə görə məhz onu seçdiyinizi də izah edə bilərsiniz.Amma heç vaxt əvvəlki uğursuz tanışlıqlarınızdan söhbət açmayın.Çünki hər bir kişi ürəyinin dərinliyində inanır ki,o yeganədir.
Görüş yerini özünüz təyin edin.Ürək qızdırırsınızsa, onunla kafeyə də gedə bilərisiniz.Tanışlıq üçün əyləncə yerlərini seçmək yaramaz.Həm ciddi tanışlıq üçün uyğun deyil,həm də tanışlıq üçün kifayət qədər sakit və romantik yer lazımdır.Rahat şərait sizin məqsədinizə nail olmağa müsbət təsir göstərəcək.
Münasibətlərdə istənilən uğurun əldə edilməsi üçün 2 qaydaya xüsusi diqqət yetirin.
Birinci qayda:-Birdəfəlik yadda saxlayın ki, ilk addım atmağınızda pis heç nə yoxdur.Xoşladığınız insanla tanış olmağa öncə siz cəhd göstərmisiniz, ilk dəfə siz onun adını soruşmusunuz.Və yaxud elə şərait yaratmısınız ki,qarşınızdakı sizin tanışlığa səy göstərib.Kim ki, “Mədəni Qızlar bu cür iş tutmazlar“ deyə düşünürsə,gec-tez öz səhvini başa düşəcək.
İkinci qayda:-Hadisələrin gedişində əsl qadın təbiətli olmaq lazımdır.Zəhlətokən,”qırsaqqız”
olmayın.Bu sizin ziyanınıza olacaq.Deyilənlərə əməl etsəniz,kişiləri ələ almaq prosesi daha maraqlı olacaq.Sizin nə etməyinizdən asılı olmayaraq kişi özünü əsl ovçu kimi hiss etməlidir.
Bəs siz necə,mənimlə razısınızmı?Yoxsa siz də düşünürsünüz ki,bizim mentalitetə uyğun deyil?Evlənmək üçün TV proqramlarda iştirak etmək normaldısa,şou üçün bu addımı atanları hər gün izləyiriksə real həyatda öz yarını tapmağa həqiqətən çalışanları,buna ehtiyacı olanları niyə qınayaq???
XƏBƏR LENTİ
Uşağınıza yaşına uyğun idman növü seçin
Qızıl üzüklər
HAVA necə olacaq?-19 yanvar
Hava haqqında - 01.02.2014
Yeni il üçün şam ağacları
Sabahın HAVAsı
Bizim fəlsəfə dünyamız (1)
Yalan danışan insanları necə təyin etmək olar?
Xəzərin səviyyəsi 2 metrədək qalxa bilər
Fərqli istedada malik gəncimizi siz də tanıyın! - VİDEO
Azərbaycanlı alimdən evdə koronavirus müayinələrinin ölümcül nəticələri ilə bağlı XƏBƏRDARLIQ
HAVA necə olacaq?
Kəsmikli kekslər (foto resept)
Köklü,darçınlı,qozlu keks (foto resept)
Koronavirusla bağlı SON STATİSTİKA
Demet Özdemirin yeni sevgilisi O imiş-FOTO
Azərbaycanlılar aqressiv oynadılar"
"Brent" və "Layt" markalı neftlərin qiymətləri azalıb
Daha bir erkən final: İtaliya İngiltərəyə qarşı
Ayaqqabı almadan necə yeni ayaqqabıya sahib olmalı?
Kortni Koks 56 yaşını belə qeyd etdi
Ebola qapımızı döyə bilər...
İlham Əliyev və xanımı ən böyük idman kompleksində
Gəncə futbolunun yetirməsi AFFA-nın siması seçilib
"Çarpışma"nın aktrisasını ölümlə hədələdi
Tək nəfərlik fəsil
Metronun bağlanmasının əsas səbəbi açıqlandı
Çindən Azərbaycana dərman və həkimlər gətiriləcək
Sinem Kobal paylaşdığı FOTO ilə gündəm oldu
Bakıda broyler toyuqları kənd toyuğu adı ilə satılır
Dişimizdəki bakteriyalar
Bəzən çatışmazlıq və qüsur da faydalı ola bilir
Şokoladlı, fındıqlı peçenye (foto-resept)
Tərbiyədə-doğru bildiyimiz yanlışlar
Rusiya konsulu və xanımına Sudanda hücum etdilər
Günün ulduz falı - 22.09.2013
Azərbaycanda cinsi azlıqlarla bağlı layihə keçiriləcək
Nə etməli?
Məşhur aktrisa hər kəsi TƏƏCCÜBLƏNDİRDİR-FOTO
Turşulu noxud salatı (foto-resept)
Prezident Fəxri Xiyabanda
İnstagram fırıldaqçılarla mübarizə aparacaq
Həddindən artıq meyvə qaraciyərə zərərlidirmi?
Uşaqları məktəbə necə hazırlamalı?
6 dəqiqə çəkdi, ana oldu
Mükəmməl qaşlar
Azərbaycanda mülayim hava şəraiti davam edəcək
Paşinyan cəbhədəki məğlubiyyətini etiraf etdi
iPhone və iPad üçün çoxdan gözlənilən yenilik
Koronavirus xəstəsini dişləmiş ağcaqanad infeksiyanı yaya bilərmi? – AÇIQLAMA
- ŞƏRHLƏR