Prezident İlham Əliyev və xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Bakının Biləcəri qəsəbəsində Stend Atıcılığı İdman Kompleksində tikinti işlərinin gedişi ilə tanış olublar.ANS PRESS-in məlumatına görə, prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verildi ki, idmanın güllə və stend atıcılığı növləri üzrə yarışların keçirilməsi üçün nəzərdə tutulan bu kompleksin ərazisi genişləndirilərək 19,6 hektara çatdırılıb. Hazırda bu kompleksin baş planına əsasən ərazidə Beynəlxalq Atıcılıq Federasiyasının tələblərinə cavab verən bina və qurğuların inşası sürətlə davam etdirilir.
Dövlətimizin başçısı və xanımı kompleksin stend atıcılığı sahəsi ilə tanış oldular. Bildirildi ki, burada idmanın dairəvi və səngər stend atıcılığı növləri üzrə yarışların və məşqlərin keçirilməsi üçün hər cür şərait yaradılacaq. Kompleksdə biri həm Olimpiya Oyunları, həm də dünya kuboku final yarışlarının keçirilməsi üçün nəzərdə tutulmaqla beş atıcılıq meydançası tikilir. Atıcılıq meydançalarının hər biri üçün baxış oturacaqları və 500 tamaşaçı yerlik tribuna inşa olunur. Bundan başqa, ərazidə sosial obyektlərin yaradılmasına da xüsusi diqqət göstərilir. Bu məqsədlə dördmərtəbəli mehmanxananın tikintisi aparılır ki, burada ikinəfərlik 20 otaq, iki VİP otaq olacaq. Binada konfrans zalı, iclas otağı, tibb və məşqçilər üçün otaqlar və restoran yerləşəcək. Layihəyə uyğun olaraq, ərazidə 500 yerlik avtomobil dayanacağı da tikiləcək.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva güllə atıcılığı sahəsi ilə də tanış oldular. Bildirildi ki, bu sahə 10, 25, 50 və 300 metr məsafəyə güllə atıcılığı üzrə yarışların keçirilməsi üçün nəzərdə tutulub. Buraya 10 metr məsafəyə atıcılıq üzrə qapalı tir də daxildir. Tirdə 80 nəfər idmançı eyni zamanda yarışacaq. Burada 483 tamaşaçı yarışların gedişini izləyə biləcək. Əlli nəfər idmançının yarışacağı 25 metrlik məsafəyə yarımqapalı atıcılıq tiri isə 390 tamaşaçı yerlikdir. Burada, həmçinin 50 metrlik məsafəyə 80 idmançının yarışacağı yarımqapalı atıcılıq tiri də quraşdırılır. Bundan əlavə, ərazidə 300 metrlik məsafəyə yarımqapalı atıcılıq tiri də tikilir. Qırx idmançının eyni vaxtda yarışacağı bu tirdə 414 tamaşaçı yeri olacaq. Həm Olimpiya oyunları, həm də dünya kuboku final yarışlarının keçirilməsi üçün nəzərdə tutulan 10, 25 və 50 metr məsafəyə atıcılıq üzrə qapalı tirlər isə eyni vaxtda 15 idmançının yarışmasına hesablanıb və 500 tamaşaçı yerlikdir.
Güllə atıcılığı binasının tir zallarının hər birində idmançılar, həkimlər, məşqçilər üçün ayrıca otaqlar yaradılıb. Bundan əlavə, binada geniş foye, qeydiyyat mərkəzi, kafe, restoran, gözləmə və istirahət otaqları, konfrans zalları, baxış eyvanları, mətbuat mərkəzi, texniki otaqlar, tibb, dopinq-nəzarət otaqlarının yaradılması da nəzərdə tutulub.
Bildirildi ki, Stend Atıcılığı İdman Kompleksi Avropada ən böyük atıcılıq komplekslərdən biri olacaq.Dövlətimizin başçısı inşaat işlərinin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verdi.
Mənbə: ANS PRESS
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Hər mövsümə uyğun yataq dəstləri
Qida və iş
Hər kəs bu qadından danışır-FOTO
Kanadada nadir almaz tapıldı - FOTO
"Uşağa elə dərmanlar yazırlar ki..." - HƏKİM XƏBƏRDARLIQ ETDİ
Bənzədiyi orqan üçün faydalı olan qidalar
Yanvarın 1-dən dövlət tərəfindən hər kəs üçün 90 manat ayrılacaq
Azərbaycan NATO üçün önəmli tərəfdaşdır
Gənc ailədə uşaq
94 kq arıqlayıb MODEL oldu-FOTO
Məşhur rejissor vəfat etdi
Məşhur simaların nikah müqavilələrində AДћLAGƏLMƏZ BƏNDLƏR
Almaniyada İslam əleyhinə görünməmiş nümayişlər
Koronavirusun yayılmadığı yeganə ərazi - FOTO
Bu gündən karantin rejimi sərtləşdirilir
Günün qoroskopu:Aktiv olun!
İran Azərbaycana qapılarını açdı
Heydər Əliyevin vəfatından 11 il ötür
Ziyafət geyimləri
Modadan küsdürən nümunələr
Bakıda yeni kanal tikilir - yarışlara görə
"Sirli" kələm (foto resept)
Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın parlaq xatirəsi qəlblərdə əbədi yaşayır
Rusiya mətbuatı azərbaycanlı səyahətçiyə heyran olub
Siqaret yaddaş itkisinə səbəb olur
Araşdırmalara görə ideal kişi
Moskvaya növbəti zərbə
Bakıda ən bahalı yaşayış evinin qiyməti - 3.3 milyon
"Büdcəyə dəyişiklik olunacaq"
Bakını işğal edən kompüter oyunu...
Lotereyada 13,2 milyon dollar uddu
Azərbaycan qatarlarında maraqlı dəyişiklik
Hava haqqında
İrem Derici keçmiş əri ilə olan münasibətlərindən danışdı
İdmanla stresdən uzaq olun
Xankəndi boşdur: 40 min insan Ermənistana qaçıb
Məcidov Londonun qısasını alaraq Dünya çempionatında finala çıxdı
Hikmət Hacıyev: “Gəncədəki hadisə evimizdən bir neçə yüz metr aralıda baş verib, atam dedi ki...”
Neyrofiziologiyada inqilab kimi kəşf
Ən sürətli internet haradadır?
Kölndə məscidi yırtıcı quşlar qoruyacaq
Portağallı kokostar qurabiyəsi (foto-resept)
Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
Güldürən heyvanlar
Nuhdan DƏHŞƏTli proqnoz-FOTO
Məktəbəhazırlıq qruplarındakı uşaqlara I sinifdə də eyni müəllim dərs keçəcək?
Meksikada 5,4 bal gücündə zəlzələ olub
50 yaşlı nənə dördəm doğdu - FOTO
Leyla Əliyeva sakinlərlə görüşdə - FOTO
Qadın və kişilər üçün gözəl kimdir?















- ŞƏRHLƏR