Münasibətlərə son qoymaq hər zaman çətin olur. Lakin eyni məktəbdə və ya universitetdə oxuyursunuzsa, bu ikiqat qəlizləşir. Çünki həmin təhsil ocağından məzun olanadək onunla hər gün qarşılaşmağa məcbursunuz. Bir münasibət bitdiyi zaman “gecələr boyunca ağlayıb, sızlamaq ən asanıdır” deyə düşünürsünüzsə, diqqətlə oxuyun. Ayrıldıqdan sonra (onunla hər gün qarşılaşmaq məcburiyyətində qalsanız belə) sizə unutmağın bir neçə yolunu təqdim edəcəyəm. Onu unutmağa çalışın və hər şeyın öz qaydasında olduğunu hiss etdirin. Belə edin ki, kədərlənən və peşman olan o olsun, siz yox!
1. Rəfiqələrinizlə əylənin
Sevgilinizi unutmağın və ayrılığın verdiyi kədərdən xilas olmağın ən asan yolu rəfiqələrinizlə əylənmək və dərdləşməkdir. Bütün gecəni musiqi dinləyib səhərədək əylənmək, rəqs etmək də keçmişi unutmağa kömək edir. Rəfiqələriniz sizi xoşbəxt görmək istədikləri üçün bu təklifinizə könüllü razılıq verəcəklər. Ayrıldınız deyə dünyanın sonu gəlmədi ki?! Xoşbəxt olmaq üçün hələ qarşıda bir ömür var.
2. Dərslərinizə və ev tapşırıqlarınıza daha çox vaxt ayırın.
Sevgilinizə ayırdığınız vaxta görə dərslərinizi zəif oxumuş ola bilərsiniz. Məhz bu baxımdan indi dərslərinizə geniş vaxt ayırmağınız lazımdır. Bu, ayrılığı unutmaq üçün ən gözəl vasitələrdəndir. Çünki beyin məşğul olduğu müddətcə sevgi yada düşmür.
3. Özünüzə zaman ayırın.
Ayrıldıqdan sonra kədərlənməyin. Bir dəqiqəlik dayanın! Bu münasibətin bitməsində tək səbəbkar siz deyilsiniz. O da ən az sizin qədər günahkardır. Ona görə peşman olub ağlamağı bir kənara qoyun və özünüzə vaxt ayırın. Gün ərzində yalnız qidanıza, geyiminizə, fitness və ya qaçışa vaxt ayırın. Bekar olduğunuz bu gözəl vaxtı dəyərləndirin. Artıq yalnız özünüz üçün yaşamalısınız. Özünüzə dəyər verin və hər saniyəni dəyərləndirin.
4. Yeni məkan seçin.
Məktəb və ya universitetdə onunla birlikdə əyləşdiyiniz məkanlardan uzaq durun. Məktəbin və ya universitetin başqa məkanları da var. Onları axtarıb dəyərləndirin. Köhnə məkanlar sizə çox şeyi xatırladacağı üçün kədərlənə bilərsiniz. Yeni məkanda isə yalnız yeniliklərə meyilli olacaqsınız. Eyni məkana getmək məcburiyyətində qalsanız belə, hər şeyə başqa gözlə, başqa səbəblə baxa bilərsiniz.
5. Dünyada olan tək oğlan o deyil.
Heç bir zaman yoldan keçən biri ilə sevgili olmağı ağlınıza gətirməyin. Lakin unutmayın ki, dünyada var olan tək oğlan o deyil. Əmin olun ki, ətrafınızda sizə baxan başqa gənclər də var. Sizdən xoşu gələn və sizinlə ünsiyyət qura bilmək üçün hər anı dəyərləndirənlər vardır. Onda niyə hələ də köhnə sevgilinizi düşünüb kədərlənəsiniz ki? Onu keçmişdə qoy və o gündəliyi bağlı hesab et.
6. Zaman keçdikcə yetkinləşirsiniz.
Bəzi insanlar var ki öz ruh ekizlərinə məhz universitet illərində rastladıqlarını qeyd edirlər. Lakin hər zaman haqlı olmurlar. Çünki məktəb illərində insanın özünü tanıması universitet illərindəkindən fərqlənir. Eləcə də universitet illəri başa çatdıqdan sonra ötən illərin təsirindən yetkinləşmə prosesi baş verir. İnsan sözün əsl mənasında böyüyür. Bu həqiqətləri bildiyiniz müddət boyunca sevgilinizi asanlıqla unuda biləcəksiniz. Yeni gün yeni həyat deməkdir. Yeni həyat yeni bilgi, yeni tanışlıq, yeni münasibətdir.
7. Onu təqib etməyin.
Ayrılığın və xatirələrin öhdəsindən gəlməyin ən yaxşı yolu onu təqib etməməkdir. Nə etmək istəyirsə etsin, nə danışırsa, danışsın. Hansı məkanlara gedirsə, getsin. Onu təqib etmədiyinizi anlayanda və dostlar siyahısından çıxardığınızı biləndə peşman olan tərəf o olacaq. Onu artıq unutmuş kimi davranın və həyatınıza qaldığınız yerdən davam edin. Onu görməməyə çalışın və inanın mənə, tədricən unutmuş olacaqsınız.
Əziz Qadin.Netlilər! Bəs siz belə bir ayrılıq yaşadınızmı? Yaşadınızsa, unutmaq üçün hansı yolları sınadınız?
XƏBƏR LENTİ
Meyvə buketləri
Heç çörək yeməmək nə qədər düzgündür?
Rusiya ən böyük sualtı gəmisini Suriyaya göndərdi
Ağdamda gördüyü mənzərə fotoqrafı dəhşətə gətirdi
"Məni məhv etdilər" - Naibə Allahverdiyeva ağladı
Siqaretin törətdiyi qorxulu bəla: XOAX xəstəliyi
Bildiklərimiz və bilmədiklərimiz
Teatrda yaranmış zərərə görə pul verəcəklər
Ətli sote (foto resept)
Hande Erçel anasının donoru olacaq - FOTO
Məşhur müğənni imicini dəyişdi - FOTO
İçməli kitab hazırlandı
Qırmızı soğanın inanılmaz faydaları
Barmağınızdakı bu nöqtəni 60 saniyə sıxın - DƏRMANSIZ MÜALİCƏ
Millimiz FİFA reytinqində irəlilədi
Uşağa ev tapşırıqlarını necə sevdirməli?
“Facebook”da möhtəşəm yenilik olacaq
"Dərs vaxtı"nın 18 sentyabr cədvəli açıqlandı
"Kurtlar vadisi" bu kanalda yayımlanacaq
Küçədə aktrisaya hücum edib 500 minini oğurladılar
Hamiləlikdə istifadə edə biləcəyiniz bitki çayları
Həyatı asanlaşdıran əşyalar
Ağ mətbəx
“Sefirin kızı” “Çukur”u geridə qoydu
Paytaxtın hər yerində pullu olan bulvarda pulsuz olacaq
Alman kilsəsindən müsəlmanlara dəstək
Kraliça gəlinlər arasında ayrıseçkilik etdi-FOTO
Səudiyyə Ərəbistanında sel oldu
Braziliyada beynəlxalq film festivalı başladı
Dünyanın ən bahalı qadını
"Məqsəd yaxşı oxumaq yox, stress atmaqdır"
İsrail mediası yəhudilərin Azərbaycanla həmrəy olmasından bəhs edib
SON DƏQİQƏ: Arda Turan həbs edildi - 2 il 8 ay...
ÜST koronavirusla bağlı istəyinə çatdı
23 illik həbsdən sonra günahsız olduğu bilindi-SƏBƏB
Uzaq məsafələrə uçanlar üçün dərman
Təcili inflyasiya tapşırığı verildi
İlham Əliyev ailə üzvləri ilə səs verdi - FOTO
Ebola bitmədi
Simurq quşu haqqında maraqlı məlumatlar
Monika gözəlliyi ilə diqqət çəkdi-FOTO
Qara donla makiyaj necə olmalıdır?
Prezident onlara fəxri ad verdi - SİYAHI
Bədənizdə kimin ruhu yaşayır?
Rayondan Bakıya gələnlər belə saxlanılır
Prezidentdən rabitə nazirliyinə yeni təyinat
"Azərişıq"la bağlı sərəncam verildi
Dünyanın ən yaşlı kişisi vəfat etdi
İdman və astma
"Qarabağ probleminin sülh yolu ilə həlli imkanları hələ qalmaqdadır"
- ŞƏRHLƏR