Əgər məsləhətlər təsir etmirsə...
Valideynlərimizin yaşadıqları zamanla bizim zaman arasındakı fərqə baxdıqda bu günümüzdə öz yarımızla tanış olmaq daha asandır. İlk əvvəl İnterneti yada salmaq istərdim: müxtəlif tanışlıq saytları, forumlar, çatlar, sosial şəbəkələr və s. - bütün bunlar yeni tanışlıqlar üçün əla vasitələrdir.
Lakin hər zaman belə bir sual meydana çıxır: "Necə edək ki, tanış olduğumuz insan üçün hər zaman aktual olaq və marağımızı itirməyək?". Buna aid bir çox məqalələr, kitablar mövcud olsa da, bütün təlimatları yerinə yetirsək də, ünsiyyət alınmır və müəyyən ənənəvi söhbətlərdən sonra dialoq davam etmir.
Əslində səbəblər müxtəlif ola bilər. Tez-tez öz davranışlarımızı analiz etsək də, əsl səbəbləri görmürük. Məsələn, elə qızlar var ki, artıq çəkilərini və dərilərinin pis olmasını əsas gətirərək tanışlığın çətin olduğunu deyirlər. Amma əsl səbəb onların utancaq olmasıdır və bununla onlar kişiləri özlərindən uzaqlaşdırırlar.
Tanışlıqla bağlı bir çox məsləhətlər yalnız texniki hissəyə yönəlmişdir. Yəni xarici görkəmlə bağlı məsləhətlər, hara getmək və getməmək, əks cinsin nümayəndəsi ilə ilk ünsiyyət və s. Lakin təəssüflər olsun ki, belə məqalələrin müəllifləri daxili aləmə çox az yer ayırırlar. Hər dəfə hamısı yalnız bir şey təsdiq edir: "Özünüzə inanın! Siz hamıdan gözəl və cəlbedicisiniz!" Lakin xarici görkəm deyil, məhz psixoloji və emosional halımız əsas sayılır.
Görəsən, bizə ətrafdakılarla tanış olmaqda mane olan nədir? Ola bilsin ki, bizim yazımız kim üçünsə açıqlama olmayacaq, amma bəzi insanlar bu yazıdan sonra nələrisə düşünə bilərlər və özlərində dəyişikliklər edərlər.
Səbəb №1. Özünə inamsızlıq
Bu, tanışlıq zamanı ən məşhur səbəblərdəndir. Hansısa mənada bu inamsızlıqda məşhur jurnalların təsiri də vardır. Həmin jurnallarda əks olunan qadınlar elə təsvir edilir ki, elə bil həmin qadınlarda sellülit, qırış və pis əhval-ruhiyyə olmur.
Əlbəttə ki, kişini maraqlandırmaq üçün xarici görkəm vacibdir, lakin ideal olmaq heç də məcburi deyil. Sözsüz ki, qadın özünə baxmalıdır, bədən quruluşunu, saç düzümünü formada saxlamalıdır, lakin parlaq gözlər və baxış tanışlıq üçün daha vacibdir.
Məhz özünə inamsızlıq zamanı parlaq gözlər yoxa çıxır. Bu inamsızlıq yerişdə, jestlərdə, baxışda, intonasiyada duyulur. Əgər düşünürsünuzsə, kişilər bunu hiss etmir - yanılırsınız.
Hiss edirlər, özü də necə! Onarın dediyinə görə, inamsızlıq uzaqdan hiss edilir və hətta belə xanımlar kişilərlə öz aralarında bir "sədd" də tikirlər. Onlara çatmaq qeyri-mümkündür, onlar elə təəssürat yaradırlar ki, həmsöhbətinə layiq deyillər və beləcə, dialoq alınmır. Bəzən özünəinamsızlıq o dərəcəyə çatır ki, həmin şəxs ətrafdakılardan asılı vəziyyətə düşür və öz fikirlərini təsdiqləyən insana ehtiyac duyurlar. Belə halda başqa insanlarla ünsiyyət qurmaq stresə çevrilir və qarşı tərəfdən rədd cavabı almaq həmin insana psixi təsir edir.
Burada siz bir şeyi başa düşməlisiniz - SİZ ŞƏXSİYYƏTSİNİZ, özünüz üçün ətrafdakılardan asılı olmayaraq çox dəyərlisiniz. Və kimsə sizinlə ünsiyyəti davam etmək istəmirsə, demək, problem sizdə deyil, ondadir.
Özünə güvənmək haqqında məsləhətlər saysız-hesabsızdır. O məsləhətlərin çoxu əlbəttə ki, doğrudur, lakin bəzən inamsızlığın kökü o qədər dərin ola bilər ki, psixoloq köməyindən istifadə etmək lazım gələr. Həkimə müraciət etməkdən əsla çəkinməyin. Başa düşün ki, o da adi terapevt və okulist kimi həkimdir.
Səbəb №2. Münasibətlərə psixoloji cəhətdən hazır olmamaq
Əgər siz çoxdan kiminləsə tanış olmaq istəyirsinizsə, onda bir daha düşünün - sizə bu münasibətlər həqiqətənmi indi lazımdır? Bəlkə siz yalnız xoş olmaq üçün özünüzə yar axtarırsınız?
Yox-yox, heç kim sizi tənha qalmağa çağırmır. Həmçinin, heç kim demir ki, tək olmaq yaxşıdır. Lakin öz istəyimizdəki əsl tələbi tapmaq və bilmək vacibdir. Özünüzlə dürüst olmağa çalışın. Bəlkə aydın olacaq ki, siz hələ öz həyatınıza kişi buraxmağa hazır deyilsiniz.
Bəlkə də sizin əvvəllər münasibətlərinizdə neqativ təcrübələr olub və siz yeni münasibətlər qurmaqdan qorxursunuz? Qorxursunuz ki yenə sizi incidə bilərlər? Siz ola bilər düşünürsünüz ki, qəlbinizi qıran şəxsi bağışlamısınız, lakin, qəlbinizin dərinliyində bu problem hələ də qalmaqdadır. Buna görə də ünsiyyət və tanışlıq zamanı məsafə gözləyirsiniz və bu münasibətləri elə sadə tanışlıq müstəvisində də saxlayırsınız.
Siz öz üzərinizdə çalışmalısınız ki, insanlara inanasınız və onları başa düşməlisiniz, heç də hər bir münasibətin sonu kədərlə bitmir.
(ardı var...)
BƏS SİZ NECƏ, YENİ TANIŞLIQLARDAN QORXURSUNUZMU? ÜNSİYYƏTCİLSİNİZMİ?
XƏBƏR LENTİ
Taylandın ağ məbədi
Məşhur aktyorun ayağı zədələndi
HAVA necə olacaq?
Qaxda yeni körpü salınır
2012-nin köynək modelləri
Akademikdən ölkənin ekoloji durumu ilə bağlı qorxunc xəbərdarlıq
Azərbaycanda abortların sayı artıb
"Safeguard" öz antibakterial gücünü "Ən uzun təmiz əllər zənciri" ilə nümayiş etdirdi...
Şirvanşah Şahənşah
Hörüklü-muncuqlu qolbağı
Bütün Dünya bu qızdan danışır-FOTO
Eşq beyinlə başlayır, ürəklə bir əlaqəsi yoxdur!
HAVA necə olacaq?-19 Sentyabr
Ermənilərə tutarlı cavab
Ramazanda ürəyin yorulmasına səbəb olan 8 vərdiş
Hava haqqında - 07.10.2013
Birinci sinfə qəbulda yenilik
Unutqanlıq xəstəliyi - Amneziya
Ya həmişə, ya heç vaxt psixologiyası
Mövlana sözləri-3
Balın dəriyə təsiri
Koronavirusla bağlı son STATİSTİKA
Yumurtanın içindən çıxan hamını heyrətləndirdi - FOTO
Mehmet Ali Erbildən xəbər var-FOTO
Qabarıq ətək modelləri
Pandemiyadan sonra maaşlarında artım gözlənilən peşə sahibləri - SİYAHI
Ancaq qadınların bildiyi hallar
Türkiyə və Azərbaycan birlikdə istənilən problemi həll etməyə qadirdir
İggi ilk dəfə ana olduğunu etiraf etdi
Məşhur aktyorun həbs əmri çıxdı-SƏBƏB
Türkiyəli aktyor ata olacaq
Serenay Sarıkaya "Alisa" olacaq!-FOTO
Fantastik gözəlliyə sahib yerlər
71 yaşlı məşqçi koronavirusa qalib gəldi
Gülüş...
Əncirli keks (foto-resept)
Hər bürcün öz gizli silahı olduğundan xəbəriniz var?
Azərbaycan qış vaxtına keçdi
Ali məktəblərdə illik təhsil haqları niyə artıb?
6 gün qaranlıq olacaq
Amerika alimlərindən qəribə açıqlama-"Tez evlənənlər..."
Səbzi qovurma (foto resept)
Ramazanı sağlam keçirmək istəyənlər üçün məsləhətlər
Daima gənc qalmağın 3 yolu
Arıqladan mixək suyu
Sabahın HAVAsı
Kafedə müştərilərə robotlar xidmət edəcək
“WhatsApp” rekord qırır
Qıvırcıq saçları düzləşdirmək üçün maska
İşdə sizə kömək olacaq oyuncaqlar
- ŞƏRHLƏR