Rəfiqəm 9 aylıq hamilədir, artıq doğuma sayılı günləri qalıb. Zəng edib əhvalını soruşanda “Artıq ikimiz də doğuşa hazırıq” cavabını aldım. “İkimiz kimdir?” – soruşdum. “Anar da doğuşda iştirak edəcək, o da bunu istəyir” – dedi. Düzü, təəccübləndim və onu fikrindən daşındırmaq istədim. Çünki mən kişilərin doğuşda iştirakının tərəfdarı deyiləm.
Son zamanlar bütün dünyada doğuşa girən kişilərin sayı artır. Artıq atalığa namizədlər əllərində kamera və fotoaparatla o ana şahidlik edir. Yaxşı, bəs kişinin doğuşa şahidlik etməsi doğrudurmu? Tibb dünyası bunu müzakirə edir. Gəlin, biz də öz fikirlərimizi bölüşək.
Bir qisim insanlar bu suala “bəli” cavabı verir. Doğuşda iştirak etsinlər, çünki:
- Bu an çox önəmlidir, buna sahid olsunlar.
- Doğuşu kişi də paylaşmalıdır.
- Ər-arvad arasındakı əlaqə daha da güclənir.
- Doğuş daha asan keçir, yəni qadın psixoloji cəhətdən özünü tək hiss etmir.
Qapıda gözləsinlər, çünki:
- Özlərini itirirlər, ürəkləri gedir.
- Seks həyatına və xanımıyla əlaqələrinə mənfi təsir edir.
- Həkimlərin işini çətinləşdirirlər.
Bəzi qadınlar doğuş zamanı həyat yoldaşının yanında olmasını arzulayırlar. Kişilərin onların əlini tutmasını, ağrını paylaşmasını arzu edirlər. Bu zaman özlərini daha rahat hiss edəcəklərini, xoşbəxtliklərini bölüşəcəklərini qeyd edirlər. Qadınların bir hissəsi isə kişilərin onların çəkdikləri ağrını görərək “onun qədrini daha çöx biləcəyinə” ümid edirlər. Çox uşağı olan və daha bir uşağa sahib olmaq istəməyən qadınlar da kişilərin bu ağrılı prosesə şahid olduğu zaman daha bir uşaq arzulamayacağını düşünürlər.
Bir qisim qadınlar isə digər həmcinslərindən fərqli olaraq həyat yoldaşlarının doğuşda iştirakını istəmirlər. Ağrı çəkən zaman “Ərimi belə görmək istəmirəm” deyən qadınlar da var. Doğuş zamanı “Daxili orqanlarımı görmənə gərək yoxdur” deyərək həyat yoldaşını döğum otağından çıxartdıranlar da az deyil.
Həkimlər doğuşda iştirak edəcək kişilərə əvvəlcədən bəzi təlimatların verilməsinin vacibliyini qeyd edirlər. Atalığa namizəd lazımi məlumatları almasa, bu, doğuş zamanı mənfi təsirlər yarada bilər. Məsələn, ana sancı çəkən zaman kişi bundan təsirlənərək həkimə müdaxilə edə bilər. Əgər atada bəzi xəstəliklər varsa, bu zaman həkimin onun doğuşda iştirakına “yox” demək haqqı da var. Çünki doğuş zamanı keçirdiyi qorxu və həyəcan onun sağlamlığına ziyan vura bilər.
Həkimlərin böyük bir hissəsi isə kişilərin qapıda gözləməsinin tərəfdarıdır. Özü də əgər dünyaya ilk övlad gəlirsə, müdaxilə etmək lazım gəldiyi zaman kişilər ciddi problemlər yarada bilər.
Əziz xanımlar, bəs siz necə, həyat yoldaşlarınızın doğuş zamanı yanınızda olmasını istərdinizmi?
XƏBƏR LENTİ
Belçikada açıq kitabxana
Kadir İnanır instagramda diqqət çəkdi-FOTO
BÜRCLƏR bizə nə vəd edir?-6 Sentyabr
Azərbaycan Silahlı Qüvvələri onlardan xilas olur
Toyuq ətli piroq (foto resept)
Ebru Polat ərə gedir
Dövrümüzün "onurğa sütunu" problemi
Məşhur aktrisa açıqlaması ilə diqqət çəkdi
Hakimi vuran azərbaycanlı idmançı cəzalandırıldı
Xaricdə təhsil almaq istəyənlərə müjdə
Məşhur aktyor İmicini Dəyişdi - FOTO
Rusiya ilə savaş başlasın!
Mum təbaşirlərdən heykəllər
Səhiyyə sahəsində 28 saxta diplom aşkarlandı
Bakıda koronavirus xəstələri üçün açılan klinikada neçə xəstə var? - RƏSMİ
Rusların Şaxta babadan ən çox istədiyi nədir?
Dollar və avro ucuzlaşdı
Dəri tipinə görə tövsiyələr
"Huawei"in yeni smartfonları "Google"suz olacaq
Dünyanın ən çox izlənən serialı başlayır
Ali təhsil müəssisələrinə sənəd qəbulu başlayır
Hamiləlikdə sağ tərəfi üstə yatmayın!
Məşhur müğənni FOTOsessiyası ilə Qalmaqal yaratdı
Rusiyada avqustda qar yağdı
Məşhur cütlük MÜJDƏLİ xəbəri elan etdi
Sirr çözüldü: Dünyada qadınlar virusa daha az yoluxur - Səbəb
Koronavirusun müsbət tərəfləri açıqlandı - NƏLƏRİ DƏYİŞDİ?
HAVA necə olacaq?
Ərdoğan Makrona Azərbaycan Prezidentinin tövsiyəsi ilə cavab verdi - VİDEO
2735 yaşlı ağac aşkarlandı
Hamilələr üçün donlar
Peyin qalığı 10 min dollara satılacaq
Bədən istiliyini artıran qidalar
Ermənistanda savaş başladı
Baş nazirdən liseylərlə bağlı YENİ QƏRAR
"Beni Affet" (1-ci hissə)
HAVA necə olacaq?
Eşqinizi canlı tutacaq 7 məsləhət
Dünyanın ən səs-küylü boşanması başlayıb
5 min dollarlıq planşet satılacaq
Novruz çərşənbələrinin vaxtı açıqlandı
Şənbə və bazar günləri taksilər işləyəcək
"Android" "iPhone"dan daha təhlükəsizdir?
Orqanizminiz hazırdırmı?
İki stəkan südün gücü
Qalmaqal Böyüdü-Xəyanət, təhdid və...-FOTO
Erməni terrorizmi iş başında!
"Çukur"da yeni aktyor
WhatsApp”dan daha bir möhtəşəm yenilik
Günün ulduz falı
- ŞƏRHLƏR