1. "Acgöz fahişə"... Xəbər yayıldı ki kafeyə yeni "material"gələcək. Hələ özü gəlməmiş, sorağı gəlmişdi və kafedə "müştərilər" bol idi. Maşından düşəndə, hələ o vaxtlar göbəyi açıq, şortikdə qıza rast gəlinməyən (nadir hallarda Bakıdan qonaq gələnləri saymasaq) rayon uşaqları gölməçədəki qurbağalar kimi ağız-ağıza verdilər... (Onların ifadələrini heç dilimə yaraşdırmıram...) "xanım" tez-tələsik "müştəriləri razı salmaq üçün" xüsusi otağa keçdi... Ömrümdə ilk dəfə belə mənzərə görmüşdüm... Sanki nə isə tapılmayan bir şey üçün yığılan növbə var idi... Bir... iki... üç... Şoka düşmüşdüm, sayırdım, qurtarmırdı... On beş-iyimi dəqiqəyə "müştəriyə xidmət göstərib, yola salırdı"... Nə başnızı ağrıdım, hansı bədii ifadə ilə yazım ki, qınamayasız?! Nəhayət on beşinci müştəri otaqdan çıxar-çıxmaz, təlaşla: "özündən getdi, pulumu kimdən alacam?" -deyərək, içkili halda bağırmağa başladı... Məsəl düşdü yadıma: "keçi can hayında, qəssab piy axtarır"... Tez "xanımı" tanış xəstəxanaya apardıq... Acgöz fahişə "mükafatını almışdı"....
2. "Solğun çiçək"... Xəstəxanaya yemək aparmalı oldum... palataya girəndə çaşdım... "Səhv girmişəm yəni?" Yataqda solğun, məsum, köməksiz uzanan qız dünən hamını cüşa gətirən "zırrama"ya bənzəmirdi... "Gəl, mən dedim məni burda atdız..." deyə inildədi... Tam kosmetikasız, xəstə pijamasında yataqda uzanan varlığa həm qəzəbli idim, həm də yazığım gəlirdi. "Bir insan özünü bu hala niyə salır?"... Başımda suallar, qəzəb hissi məni dilə gətirdi... Sözlər ağzımdan tüfəngdən açılan güllə təki açıldı... "Allah səni öldürsəydi, bəlkə yaxşı idi, acgöz fahişə... Bir bax özünə, gəncsən, yaraşıqlısan, əlin-ayağın yerində, niyə ölmürsən, bu nə yoldur, "sənətdir" seçmisən?"... Bəlkə də ilk kəs kimə isə bu cür acı dilləndim, qarğış edib günaha girdim... Sözlərimə reaksiyasına isə tam məəttəl qaldım... Hönkür-hönkür ağlamağa başladı... Sanki sözüm "güllə kimi, hədəfə dəymişdi", iç atırdı...
3. "Alçaldılmış məsum və ya bataqlığa aparan yol"... "Mən də ağıllı bir qız olmuşam, elə bilirsən mənə kefdir?" sözlərinı hıçqırıqla dedi. Heç bilirsən nələrdən keçmişəm?"... O vaxtlar səbrim vardı, insanları dinləmək, onlaran ən azı yol göstərməklə savab qazandığımı sanırdım... Dinlədim... onun hekayəsini, sizə də anladım...
"13-14 yaşlarıma qədər ailənin ərköyün qızı idim. Kasıb da olsaq şən yaşayırdıq... Amma anam öldü, hər şey dəyişdi... Atam heç il də gözləmədi, evləndi... Avam idik, atam da mən də... Ögey anam isə çoxbilmiş, çox "üz görmüş", ifritənin biri idi... Atamı tilsimləmişdi elə bil... İlk dəfə atam mənə qısa don geyinməyimi bəhanə edib, əl qaldırdı... Səbr etdim, uzun dom geyindim... Amma sillələr, acı sözlər, təhqirlər səbəsiz yenə artırdı... Atam içkiyə qurşanmışdı. Siqaret çəkirdi. Əvvəl heç söyüş söyməyən, siqaret və içkini yaxın buraxmayan, atamdan əsər-əlamət qalmamışdı... Daha atamı da "itirmişdim". Nə yolla olsa bu evdən uzaqlaşmaq, xöşbəxtlik tapmaq istəyirdim... Bax elə bu fikir məni şeytana uyurdu, "yağışdan qaçmaq istəyirdim, yağmura düşdüm"... Yağmur nədir, girdaba, bataqlığa...
4. "Səadət axtarıb, fəlakət tapan..." 20-22-yaşlarında Asəf adlı gənc, idmançı cüssəli, çox yaraşıqlı taksi sürücüsü kəndimizin səfalı yerlərinə müştəri gətirərdi. Onu bulaq üstə su götürəndə görmüşdüm. O da mənə oğrun-oğrun baxırdı... Kənd yeri olduğundanmı, yaşımın az olduğundanmı, bilmirəm, söz demirdi... Elə baxışırdıq gizlincə... Ilk addımmı özüm atdım... Səhənglə su aparanda, təsadüf imiş kimi, yıxıldım, suyu onu üstünə dağıtdım... Sonra da ilk bicliyimi işlətdim, özümü avamlığa qoyub üzr istəməyə başladım. O qəfil hadisədən duruxmuşdu. Məndən üzr istəməyə başladı: "Siz bağışlayın, çaşdırdım, yıxıldız... Heç tuta da bilmədim. Əzilmədiz?"... Sonra batan dizimi, üst başımı təmizləmək istədi... İlk dəfə bədənimə yad kişi əli dəyirdi... Xoş hal idim... Sanki birdən ayıldıq, ətrafdakıları unutmuşduq...
Tez -tez gəlib-getməyə, məktublar yollamağa başladı... Nəhayət arzuladığım sözləri eşitdim: "səni sevirəm, sənsiz mənə həyat yoxdur!"...
Elçi də göndərdi. Anallığım yaşımın azlığını bəhanə gətirdi, atam da "o çaldığı ilə oynadı"... Mən onunla buralardan qaçmaq istədiymi bildirdim... O zamanlar kənd yerlərində öz istəyi ilə 15 yaşlı qızların qoşulub qaçması adi hal idi... O da məni qaçırdı... Heç arxaya da baxmadan, məhbəsdən qaçırmış kimi, qəfəsdən uçan quş kimi, getdim buralardan.....
5. "Xoş günün ömrü az olar"... Kiçik daxmada, tapdığımızı sevinclə yeyirdik. Tez-tez dostları ailəliklə gəlib-gedir, biz də onlara qonaq gedirdik... Onunla səadətin dadını bildim... Amma bəxtim qara idi... Qəfil qəzada onu itirdim... Ölümünü eşidəndə havalandım... İntihar etmək istəyirdim. Kaş intihar edərdim, bu günləri görməzdim... Onsuz tənha... bu böyük şəhərdə, 15 yaşlı dul gəlin... Evə getməkdən, ölüm yaxşı idi mənə... Mənim daha gedəcək evim, ailəm yox idi... İdi nə edəcəkdim?...
6. "Roza "Ana" (mama Roza)... Bu anlayış haqda necə yazım, hansı bədii ifadə vasitəsi seçim, bilmirəm. Köməksiz qadını "satılıq əşyaya, qazanc vasitəsinə" çevirmək üçün hər yola əl atan, onlara "hamilik, mühafizəçilik və dəllallıq" edən, adətən pozğun ya da köhnə məhkum olan, adamın qadın deməyə dili gəlməyən, el arasında bəd adları olan, fahişə "dəllaları", "mamaRozalar"... Mənim məqaləmin "qəhrəmanı" da belə bir qadının "şikarı " oldu. Bu haqda daha ətraflı yazacağam, məlumatınız olsun, qadın cildində, "Seytan"dan betər, necə məxluqlar var...
"Roza ana" hiyləgər "dəllal"... Həyat yoldaşımla qısa sürən birgə həyatımızda onun haqında bir məlumatım var idi, yetimxanada, sonra da internatda böyüyüb, əskərlikdə sürücülük edib, gələndən sonra da taksi sürücüsü işləyib... O, mənimlə sevincini paylaşır, kədərini məndən gizləyərdi. Nə bir qohum, nə doğma adamımız yox idi. Dəfnini, üçünü dostlarının sayəsində adət-ənənəyə uyğun yola vermişdik.. .Amma dostlarının həyat yoldaşları mənə "rəqib, düşmən" gözündə baxırdılar... Gözəlliymə görə, heç bir dostü üzümə dik baxmırdı...
Gəncədən gəldiyini və rəhmətliyin çox yaxını olduğunu dedi-Roza xala... Maddi və mənəvi dəstək edəcəyini, hər nə lazımsa yanımda olduğunu deyəndə, arxalandım ona. Tək olmadığımı hiss etdim... Məndən niyə vətənimə, evimizə getmədiyimi soruşdu, "kəşfiyyat" edirmiş, mən də hər şeyi danışdım, ürəyimi açdım... İlk günlərdə çox qayğıkeş, hər dərdimə yanan, bir "ana" kimi davranırdı. Evi satıb onunla Gəncəyə, onun evinə getməyi təklif etdi... Nə məsləhət alacaq kimsəm, nə də şəhərdə qalacaq halım yox idi... Aldandım....
7. "Kəniz bazarı"... Evinə çatanda bir az döyükdüm, "qızları" kimi təqdim etdiyi, çox açıq saçıq, kəndə yox, heç şəhərdə də nadir geyilən donlarla "bəzənmiş" qızlar (fahişələr) mənə xoş gəlmədi. O isə, "qızım bura Gəncədir, Azərbaycanın ikinci ən böyük şəhəri, isti ocağı, nağıllar şəhəri... Nə istəsən gey, bir kəs əsnə güldən ağır söz deməz... Doğurdan də Gəncə həm isti, həm də gözəl idi... Burada qızlar Bakıda görmədiyim geyimləri geyinirdi, amma çox az halda ev yiyəsinin qızları kimi geyinən görərdin. Daha doğrusur tülə "bürünən" və ya bir mayka ilə, o da beli açıq, yırtıqlı... "yarı çılpaq" gəzənləri lap az görərdin...
Nə isə... əvvəl içki, sonra narkotik, sonra da bataqlıq-fahişəlik yoluna sürükləndim... Evin pullarını da mənə "atdı". Məni kənizə, qula çevirdi...
Altı ay bu cür "həyat" məni sındırdı... Özümə güzgüdə də baxa bilmirdim. Məni "müştərilər" üçün geyindirib bəzədir, bir qarın yemək və qalacaq yer əvəzinə "satırdı"...
10. "Fahişəlik girdabından, qadınlıq zirvəsinə gedən yol"... Bu başlıq və yazacaqlarımla bəlkə də çoxları razı olmayacaq... Amma fahişəlik girdabından qurtulub qadınlıq zirvəsinə gedən çətin yol var... Tək, köməksiz keçilməsi çətin olan, hər kəsin tam gedə bilməyəcəyi yol..
XƏBƏR LENTİ
İsti havalarda necə geyinməli?
Məhsuldarlıqdan razı, qiymətdən narazı
Maykl Cordanın idman ayaqqabıları rekord məbləğə satıldı
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Üzü tamamilə yanmış xanımın dəyişimi- VİDEO
Bakıda yardıma ehtiyacı olan uşaqların əl işlərindən ibarət sərgi keçirildi
Beyni ölmüş ana sağlam uşaq dünyaya gətirdi
Bülent Ersoy fanatını vurdu-VİDEO
Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxdu, yeddi nəfər vəfat etdi - RƏSMİ
Ölkə ərazisindəki restoran, kafe və çay evlərinin fəaliyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA
Culiya Roberts 45 kq oldu-FOTO
Azərbaycanın bu ərazisi qazsız qalacaq
Böyrək çatışmazlığı
Tarix dərsliyinin üzlüyündə topçu Vüsalın şəkli olacaq? - Nazirlikdən AÇIQLAMA
Ənənəvi Şükran paradı
Əlinin əlcəkləri hərraca çıxarıldı - Dodaq uçuqladan qiymətə
Bir işığın zərrəsiyik!
Çağla yeni il planlarından danışdı-FOTO
Təmr haqqında gələn xəbərlər
Antarktikada qeyri-adi obyekt tapıldı-VİDEO
Məşhur cütlük İtaliyada evləndi-FOTO
Jurnalistlər yeni mənzillərinə nə vaxt köçəcəklər?
Heydər Əliyev Fondu yeni tədris ili ərəfəsində məktəblərə 15 minə yaxın çanta və dərs ləvazimatı paylayıb
Dopamin çatışmazlığı halsızlığa səbəb olur
Özcan Dəniz özünü qoruyur-SƏBƏB
Ballı çay içdikdən sonra ağzınızı yaxalayın
Xurmalı keks (foto-resept)
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Ulduz falı nə dərəcədə düzdür?
Süd allergiyası nədir?
Dünya bu qızdan danışır-FOTO
Kişilər nəyə görə qadınlardan hündürdülər?
Dünyanın ən uğursuz EVLİLİK TƏKLİFİ-VİDEO
Arzularınızın çin olmasını istəyirsiniz?-Açıqlama
Facebook-un xeyri nədir, ziyanı nə: "Heç kim "şəbəkə ailəmi dağıdır" deməsin"
Çoxuşaqlı ailələr bunu bilməlidir
Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb
Pendirli gürzə (foto resept)
Prezident iki icra başçısını işdən çıxardı
Oğlan uşaqları üçün 2013-cü il saç modelləri
Sinoptiklərdən bayramla bağlı əhaliyə bəd xəbər
Ərdoğan Putinə məktub göndərdi
Qadınlar üçün superdərman
Facebook elektron pul xidmətinə başlayır?
Bakıda bəzi rayonlar susuz qalacaq
Keçici olan 4 duyğu
Ötən il 332 uşaq 1 kq-dan da az çəki ilə doğulub
Bakı metrosunda yenilik
Ramazan ayının 11-ci gününün duası
Avropadan Azərbaycana Qarabağ xəyanəti
- ŞƏRHLƏR