Vəziyyət dəyişir. Hər şey dəyişir. İnsanın fikirləri, düşüncələri, bəzən illərcə davam edən vərdişləri, xarici görünüşü, ətrafı. Amma biz çox vaxt bunu hiss etmirik. Yəni dəyişdiyimizi hiss etmək üçün heç bir səbəbimiz olmur. Hadisələr baş verir, gündəlik yaşam, xırda şeylər, böyük müşahidələr – bütün bunlar insanın psixologiyasına, davranışına, altşüuruna təsir göstərir. Dəyişmək üçün bizə ən böyük köməkçi nsanlar olur. Onların gözəllikləri və ya çirkinlikləri (mənəvi), onların humanizmi və ya qəddarlığı, sədaqəti və ya xəyanətidir bizi dəyişən.
Təbii ki, biz özümüz də kimlərinsə dəyişməyinə səbəb oluruq. Kiminsə həyatına 5 gün girib onun bütün fikirlərini alt-üst edə bilərsiniz. Onu öz dəyərlərini yenidən gözdən keçirməsinə səbəbkar ola bilərsiniz və ya əksinə kimsə sizi 10 il tanıya bilər, amma heç bir şeyinə təsir etməmiş qala bilərsiniz. Bu insanın xarakterinin gücündən asılı bir şeydir.
Dəyişiminizi hiss etməyiniz üçün konkret bir situasiya lazımdır. Məsələn elə bir situasiya ki, siz həmin şeyə reaksiyasız qala bilməzsiniz. Və həmin anda təəccüblənəcəksiniz. Məsələn, əvvəllər sizi sıxan, boğan, ağladan, incidən bir şey indi sizə mənasız, heç diqqətə də layiq gəlməyən bir şey kimi gələcək. Və ya əksinə, əvvəllər laqeyd qaldığınız, “mənə nə?” dediyiniz şeylərə indi etiraz etmək gücünüzün olduğunu hiss edə bilərsiniz. Baxın, bu anda anlayırsınız ki, siz dəyişmisiniz. İndi yaxşı və ya pis olması bu dəyişimin, sizin ölçü vahidlərinizə qalıb.
Xülasə, çalışın sizi yaxşı yöndə dəyişdirə biləcək, sizə yeni parça qazandıra biləcək insanların ətrafında olun. Və siz də insanlara gözəl şeylər bəxş etməyə cəhd edin. Mənəvi dünyanın hədiyyələri daha unudulmaz və gözəl olur. Yaxşı yöndə, dəyişməyə və dəyişdirməyə çalışın. Dünyanın taleyi bizim əlimizdədir. Özünüz olun, amma bununla bərabər özünüzü gözəlləşdirin və böyüdün, hər gün, hər saat… Elə indidən, başlayın..
Ülviyyə
XƏBƏR LENTİ
Burak Özçivitin EKİZİ peyda oldu-FOTO
Atəşkəs rejiminin pozulması halları 90 dəfəyədək artıb
Maska salatı (foto resept)
Səhər yürüşünün 5 faydası
Bred Pitt içkini Bredli Kuper sayəsində tərgidib-FOTO
Sara Cessika Parker Sicilyada dincəlir-FOTO
Galaxy S5-in əsl dəyəri nə qədərdir?
Düşüncə qabiliyyətimizi inkişaf etdirək
Göz makiyajı
Saqqız çeynəmək olarmı?
Məktəbimiz həmin gecə 13 şəhid verdi - Azərin
Analığın asan iş olmadığını göstərən rəsmlər
Azərbaycanda onlayn sınaq imtahanları pulsuz olacaq - SİYAHI
Həkimdən ŞOK SÖZLƏR : “Bu qidaları yeməyin!”
"WhatsApp"a bu yeniliklər gələcək - FOTOLAR
Ukraynada ölənlərin sayı iki dəfə artıb
Bu ərazilər nəzarətə götürüldü - Yoluxma halları artıb+VİDEO
Rəngarəng çantalar
Cazibədar sinə üçün məsləhətlər
Şnisel (foto resept)
Zəlimxan Yaqubun səhhəti pisləşdi
Hitlerin yəhudi həkimi
Barak Obamadan sərt mesaj
Xarı bülbül Qaxa gəlib çıxdı
Qadinları yaşlandıran 5 fakt...
Fərqli olan bərabərlik
Çillərdən qurtulaq!
"Eurovision" Ukraynanın əlindən alınıb Almaniyaya verilir
Lionel Messini siyasətə alət etdilər
Qaynadılmış kartof sayəsində işıq yandırdı-VİDEO
Mobil telefonlar yeniyetmələrə necə təsir edir?
Azərbaycanda zəlzələ oldu
Hansı məktəblərdə tədrisin həftədə beş dəfəyə keçiriləcəyi bilindi - RƏSMİ
Lobyalı soğanlı salat (foto resept)
Magistratura imtahanlarının vaxtı açıqlandı
Dünyanın ən bahalı şərab yeşiyi satıldı
Şeyma Subaşıdan FOTOsessiya
Klassik gəlinlik geyinməyən gəlinlər
Azərbaycan 200 manatlıq əsginas buraxa bilər
Hər kəsi təəccübləndirən cütlüklər
Antonio Banderas
"Kurtlar Vadisi"nin məşhur aktrisası Şuşaya gələcək
Portagal qabıgından əl işləri
Qarğıdalının faydaları
Səhv bilinən yalnış faktlar
"Alemin Kralı"nın sonbeşiyi illər SONRA-FOTO
Barış Mançonun atası vəfat etdi
Hulusi Akardan Fransa Senatının Qarabağla bağlı qətnaməsinə SƏRT REAKSİYA
Media və kino pilotsuz aparatlara keçir
ABŞ-da iğtişaşlar başladı
- ŞƏRHLƏR