Sevərik, sevilərik. Bir ocaqdan başqa bir ocağa gəlin gedərik. Bəzən də sevgisiz, ata anamızın istəyi ilə, təsəlli yığnağıyla. Qayğılı günlərimiz başlayar. Unudarıq özümüzü, qadınlığımızı. Dözümlə, səbirlə silahlanarıq, biz fədakar qadınlar.
Öladlarımız dünyaya göz açar. Bölünər, parçalanar məhəbbətimiz. İkilənər üçlənər... Analıq hissləri güc gələr. Övladlarımızın həyatını yasayarıq, biz fədakar qadınlar.
Söz-söhbətlər başlayar, kiçik bildiyimiz davalar böyüyər, itər incəliyimiz zərifliyimiz. Eşitmək istəmədiyimiz sözlərə qulaqlarımızı kar edərik. Üzümüzə dəyən şilləni sığal bilərik, tumar bilərik, biz fədakar qadınlar.
Ömür -gün yoldaşımıza həyatımızı qurban verərik. Bəzən qarşılıq görməyəndə kövrələrik, inciyərik. Gizlədərik göz yaşlarımızı, boğarıq içimizdə. Sonunda heç nə olmamış kimi davam edərik həyat yollarımıza, biz fədakar qadınlar.
Evə gec gəldiklərində pəncərə qabağında dayanıb yollarını gözləyərik. Qəzəbli baxışlarımızdan pəncərələr belə incik düşər, küskün düşər. Divarların qəlbini ağrıdar yumruqlarımız. Evə gəldiklərində dava düşməsin deyə saxta bir təbəssümlə qarşılayarıq onları biz fədakar qadınlar.
Övladlarımız böyüyər, qızlarımız başqa bir ocağa gəlin gedər, oğlanlarımız subaylığın daşını atar. Nəvələrimiz dünyaya göz açar, nənə olub nəvələrimizin həyatını yaşayarıq biz fədakar qadınlar.
Hərdən ata ocağından gətirdiyimiz cehizlərin içində köhnəlməmiş, istifadə edilməmiş tələbəlik yadigarı diplomlarımızı əlimizə alarıq. Xəyallara dalarıq. Bir anlıq ağ xalatlı həkim olarıq, müəllim olarıq ... O qədər həzin ki, o qədər kövrək ki, o qədər əl çatmaz ki. Xəyalların qanadlarından enərik, özümüzə qayıdarıq və üşüyərik dörd divarın soyuqluğunda, biz fədakar qadınlar.
İllər keçər, yaşlanarıq, qocalarıq, keçmişimizə boylanarıq. Acı bir təbəssümlə əl eyləyər incəliyimiz, zərifliyimiz, qadınlığımız. Gecikmiş qadınlığımız. Qayğıların yükündə boğulan, əzilən, kiçilən və sonunda ölən qadınlığımız......
Müəllif: Nəcibə Vüsal
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Qapı-qapı gəzib su filtri satanlarla bağlı AÇIQLAMA
Kopenhagen moda həftəsi
Bu ilin ilk Nobel mükafatı verildi
2220 plastik şüşədən gəlinlik
Bakıda yağış, dağlarda qar yağacaq
9 noyabr Azərbaycanın Bayraq günüdür!
Ürəkdən süzülən sözlər-1
Ali məktəblərə distant təhsil üzrə tələbə qəbulu niyə aparılmır?
Dəridəki ləkələri yox edən kakao yağı
Aktrisa FOTOsu ilə diqqət çəkdi
Ermənistanda Rusiya hərbi bazalarının sayı artır
Bakının bu əraziləri susuz qalacaq
Leonardo Di Kapriodan gözlənilməz addım
Alimlər xolesterinin mədəyə təsirini izah etdilər
Azərbaycan tarixindən yüz şəxsiyyət-50
4 gün sonra ulduz axını olacaq - FOTO
Gənc yazar "Donuz qripi"nə yoluxdu-FOTO
Prezidentdən nazirliklə bağlı fərman
Ev dekorasiyasında flamingo dəbi
Maykl Ceksonun corabı fantastik qiymətə satışa çıxarıldı
ABŞ-da fövqəladə vəziyyət: təyyarələr də uçmur
Bella Hadid "layma" xəstəliyindən əziyyət çəkir
Erməni əsirliyindən qaytarılan Bayram Kərimovun atası: “Oğlumla danışmasam da...”
Qırmızı şərabın faydaları
Bakıya ilk qar yağdı
Bu adlar yasaqlandı
Acun Şeyma gərginliyi davam edir
"Ukraynada baş vermiş hadisələri süni surətdə Azərbaycanda təkrarlamaq istəyi var"
Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadılır
3000 avroluq smartfon göstərildi
Qarabağa qoşun yeridilir?
34 azərbaycanlı Ermənistan və Dağlıq Qarabağda saxlanılır
İşğaldan azad olunan Şuşanın kosmosdan görüntüsü
"Qarabağ"la çətin oyun olacaq
Uşaqlar üçün yay geyimləri
Komfort zona nədir?
Ən keyfiyyətli avtomobillər
Pəhriz salatı(foto resept)
Evdən çıxmaq üçün 8103-ə avtomobilin seriya nömrəsi də göndərilməlidir? - RƏSMİ
Azərbaycanda işlənmiş maşın alanda nəyə fikir vermək lazımdır?
Azərbaycan kinosunun Gəray bəyi
Kəs və yapışdır-62
Bakıda uşaqlara niyə belə əzab verirlər?
Aşağılanan, heçə sayılan ölkə: günahkar bəlli
Lənkəran ləvəngisi və toyuq budlu ləvəngi
Gürcüstanda fırtına: ölənlər var
Vətən müharibəsində 10 medal alan əkiz qardaşlar - VİDEO
Özünə hesabat verməyin yolları
Bu gün baş verəcək hadisə 200 ildə bir dəfə baş verir
Polisə təslim olan it məşhurlaşdı
- ŞƏRHLƏR