Onlar da çiçəklər kimidir. Bəzən bir çiçəyin yetişməsi, açması üçün aylar, illər gözləmək lazım olur. Bu çiçəyə xüsusi qayğı, sevgi göstərilir. Onlar kimi... Vaxt yetişir, çiçək açır, qoxusu, gözəlliyi ətrafındakı hər kəsi özünə məftun edir. Onlar kimi... Sorağını eşidənlər çiçəyi görməyə, ona tamaşa etməyə gəlir. Onu görən hər kəs bu gözəlliyi əldə etmək, qoxlamaq, dərməyə çalışır. Onlar kimi...
Çiçək dərilir...
Bəzən bir sevgiliyə verilmək üçün. O sevgili isə bu çiçəyi ən qiymətli xatirə kimi sevər, əzizləyər.
Çiçək dərilir...
Bəzən bir qızın bəyaz gəlinliyinin qırmızı yaraşığı olmaq üçün. Bir cüt ömrü xoşbəxt edib yeni bir ocağın, təzə bir binanın özülünü qoyar.
Çiçək dərilir...
Bəzən evin ilkini salamlamaq üçün. Doğum evinin pəncərələrində gəzər, yenicə ana olmuş qızın qucağında məskən salar.
Çiçək dərilir...
Bəzən oğul-qız böyütmüş bir ananı sevindirmək üçün. O ana isə illər uzunu çəkdiyi əziyyətin bəhrəsi kimi bu çiçəyi evinin ən görkəmli yerində saxlayar.
Çiçək dərilir...
Bəzən bir evin sönmüş ana yanğısını alovlandırmaq üçün. Bir ocağı, bir ailəni yenidən toplayar, bir yumruq edər.
Çiçək dərilir...
Bəzən isə sadəcə baxmaq, zövq almaq üçün dərilər bu çiçəklər... Sonra isə ən yaxşı halda zibil qutusuna atılar. Nə xatırlanar, nə də yad edilər. Sadəcə bir dəfə qoxlanar... Sadəcə bir dəfə... Ömrü də birdəfəlik olar...
Evimizin, xeyrimizin, şərimizin bəzəyidir çiçəklər... Onlarsız nə bir isti nəfəs, nə bir isti ocaq olar. Yabanı da olar, dekorativ də. Həyət gülü də var, dibçəkdə yetişəni də. Tikanlısı da var, tikansızı da. Ömrü az olan da olur, çox yaşayan da. Rəngləri də müxtəlif olar: sarı, qırmızı, bəyaz, narıncı, çəhrayı. Həyatımızın anları kimi, acılı-şirinli xatirə kimi.
Amma nəticədə hamısı çiçəkdi, hamısının da bir adı var: QADIN.
Bəs sən bu çiçəyi nə üçün dərdin?
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Çavuşoğlundan Ermənistana XƏBƏRDARLIQ: "Ağlını başına yığsın"
Rəqsi sevənlər üçün 7 film
Tarixi şəxsiyyətlərdən qısa dialoqlar
Təbiət qoynunda OFİS
Qadınları bürclərə görə tanıyaq
Emin koronavirusa yoluxubmuş
Samsung Note brendi ləğv edilir
Sosial şəbəkələr çökdü
Tarixi serialdakı bu xəta tamaşaçıların gözündən qaçmadı
ABŞ Azərbaycana qarşı sanksiyalar qəbul etməyəcək
Botoksdan daha təsirli maska
Məşhur aktyordan gözlənilməz etiraf
Beynəlxalq Festivalda Mehriban Əliyevanın təbrik məktubu oxunub
Yayda doğulan uşaqlar...
"Anam gecə saat 12-dən sonra çölə çıxmağa qoymur”
Azərbaycanda dəmiryolu xəttinin keçdiyi körpü yenilənir
Kənarlaşdırılmanın (dışlanmanın) sosial psixologiyası
Azərbaycanda daha doqquz nəfər koronavirusdan öldü: 332 yeni yoluxma - FOTO
Gündə bir ədəd yumurta yemək boy uzadır
Penelopa Kruz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
3 ölkəyə həcc qadağası qoyuldu
Just for girls (2-ci hissə)
Azərbaycan üçün YENİ REKORD - 63 ölkəyə vizasız səfər mümkün oldu
Rihanna haqqında Rekord Məbləğə film çəkilir
Kəsmikli, peçenyeli piroq (foto resept)
ÜST son bir həftə ərzində koronavirusa yoluxmada rekord artım qeydə alıb
Azərbaycan Kubokunda 1/8 final həyəcanı
Asqırmağı yozmaq düzgündürmü?
Cennifer Lopez illərə meydan oxuyur-FOTO
“WhatsApp” 2020-ci ildən bu telefonlarda işləməyəcək
Həcc ziyarətinin başlanma tarixi açıqlandı
ETİRAFLAR-"Xoşbəxt olmaq istəyirik!"
Köpəkbalığının yeni növü aşkarlandı-FOTO
Azərbaycanda ən çox yoluxma haradadır?
Səudiyyə Ərəbistanında arvadı döymək cinayət sayılacaq
Şirvanşah Şahənşah
Dağlıq Qarabağın ingiliscə yazılış forması dəyişdirilir
Şahzadə babasının burnundan yapışdı - FOTO
Hamiləlik etirafı
Sellülit masajı
Türkiyədə zəlzələ olub
Məşhur cütlük evləndi-FOTO
Günün qoroskopu: mühüm məsələlərin həlli üçün yaxşı fondur
Sakit evin sirri
İkibaşlı buzov doğuldu
Barış amnistiyası ola bilər
Arda Turanın xanımı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Vərəm
Gəlin obrazı (2)
Ərdoğanın qeyri-adi kolleksiyası
- ŞƏRHLƏR