Bir gün külək qarşıma rəngi saralmış, üstünü toz basmış, əzilmiş bir kağız parçası atdı. Nədənsə diqqətimi çəkdi, əyilib götürdüm. Üstünü təmizləyib cizma-qara yazılmış sözləri oxudum. Belə yazılmışdı:
"Xoşbəxtəm bir övlad, bir bacı, bir ana kimi,
Mən bu gün etiraf edirəm sənə-
Heç xoşbəxt deyiləm bir qadın kimi..."
Çox təəssüf ki, nə şeirin əvvəli var idi, nə də müəllifi.Bu kağız parçası mənim qarşıma niyə çıxmışdı görəsən? Bilmədim, düşünüb təskinlikmi tapım, yoxsa içimi qəhərlə doldurmuş qayğılarımamı hiçqırım?...Yoxsa illərdir içimdə yığılıb qalmış suallara cavab tapım deyəmi?...
"Həyat bir imtahandır", "Qismətin beləymiş", "Özü yıxılan ağlamaz" və s. bu kimi sözləri yazmaq bəlkə də şablon alınacaq. Amma bu həyatda çətinliklə qarşılaşanda ən çox eşitdiyim sözlərdir. Axtardığım suallarasa bu cavablar sözün əsl mənasında cavab deyil...
Axı necə cavab tapım? Şablondan qaçım, adiləşmiş suallardan və cavablardan bezmiş kimi baş götürüb hansı məkana üz tutum? Hansı məkana gedim ki, orda məni anlayıb üst-üstə qalaqlanmış suallarımın çözümünü tapa biləcək birini tapım? Varmı elə bir məkan, varmı elə biri? Hansı ki, məni dinləyərkən öz dərdinə qalmış kimi davranıb sözümü yarımçıq kəsmədən, hayqırıb qışqırmadan, tənbeh etmədən, yerli-yersiz yol göstərmədən sonadək səbrlə dinləyəcək biri? ...
Dinləsin, sadəcə dinləsin, sözünü, qərarını vicdanına görə versin. Qarşısındakını anlayaraq versin. Özünü, öz mənafeyini güdmək olmasın fikri...Bəlkə də heç onun qərarı belə cavabsız suallarıma cavab olmayacaq. Amma yetər ki, sonadək dinləsin,səbrlə dinləsin, yanaraq dinləsin...
Belə "dialoqlarda" çox iştirak etmişəm. Çox olub ki, yerli-yersiz ittihamlarla günahlandırılıb cəzalanmışam. Amma heç məni sonadək dinləyən olmayıb. Yanlış addımda, yanlış yerdə, yanlış qərar qəbul ediblər, amma dinləməyiblər...Sonu nə olub? Sonu yenə də dünəndən qalmış sualların daha çoxunu ürəyimin bir kücündə əsir edib, cavabsızlığa məhkum etmişəm..
Həyatın qəribə qaydaları, yazılıb möhürlənən qanunları var. Kənardan baxanlar üçün sən dərdi-qəmi olmayan, arxalı-dayaqlı biri kimi görünürsən. Bu yalnız kənardanmı görünüşdür? Bunu ancaq mən bilə bilərəm... Çünki həqiqətdə üzümün nuruyla, ətrafdakılara münasibətimlə, davranışım, zövqümlə kimlərinsə gözündə mən bu təəssüratı yarada bilərəm. Kimlərsə ehtiyacım olanda mənə arxa durub, mənə qayğıyla yanaşa bilərlər. Lap bıçaq sümüyə dirənəndə kiməsə,hansı doğmamasa sığınıb imdad da diləyərəm, bu imdadıma hay da verərlər. Amma bu mənim suallarıma cavab verməz...Bu mənim sualarımın sual doğacaq yeni ünvanı ola bilər...
Nədir səni narahat edib, bu qədər düşündürən suallar deyə bilərsiniz. Haqqınız da var. Amma bilirəm ki, yenə də cavabımı ala bilməyəcəm...
Niyə? Çünki, bu sualların cavabını vaxtında verməliydim, özüm verməliydim. Necə ki, bu sualların yaranmasına səbəb kimi həm özüm özümü, həm də elə çoxları məni səbəb bildiyi kimi özüm də vaxtında verməliydim cavabımı. Gecikmiş cavab cavab deyil ki, yaranacaq yeni sualdır...
Suallarla çarpışmamaq üçün gərək hər hansı bir addımı atarkən tələsməyək.Yüz ölçüb, bir biçək. Qayğısız yaşadığınız anın qiymətini bilib onu asanca tərk etmək üçün can atmayaq. Gəncliyi, cavanlığı (hər yaşın öz qayğıları olduğu kimi sevinci, fərəhi də var), bax o sevincdən məhrum olmayaq deyə, o xoşbəxt anları ömürdən salıb itirməyək deyə gərək tələsməyək...
Bizə dəyər verə biləcək insanların yanında olaq. Çoxumuzda var belə hal bizi sevənləri biz sevmirik, amma bizim sevgimizə məhəl qoymayanlar üçün vuruşmağa hazır oluruq. Niyə axı? Axı niyə biz beləyik?... Bu sualları verməyək deyə bizi sevənlərdən yapışaq, həm də bərk yapışaq. Sevgiyə dəyməz birinə sevgi verməyə dəyməz...
O insanın yanında olmağa dəyər ki, kövrəlib dolanda , hərdən uşaq kimi ağlamaq istəyəndə sinəsinə sıxılıb ovuna bilək. Ovuda bilsin bizi nəfəsiylə, sözləriylə...Yanaqdan axan göz yaşımızı əlləriylə silib,bircə kəlməylə könlümüzü ala bilsin, ümid versin...Bax, belə birinin yanında qalmağa dəyər...
Elə bilməyin ki, bu suallar qarşısında təkcə qadınlar acizdirlər. Yox,sadəcə olaraq kişilər "kişi" adlarının arxasında gizlənib ağlayıb, sısqaya, kədərlənə bilmirlər...Bu suallar qarşısında təkcə qadınlar cavabsız qalsaydı, onda qocalar evinin sakinləri də təkcə qadınlar olardı...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Edam hökmü verilmiş azərbaycanlı milyarder haqda ŞOK faktlar
Putin adına məscid tikmək istəyirlər
Günün ulduz falı
Rusiya sülhməramlıları Laçın dəhlizində - VİDEO
Çex kəndində ev - FOTO
2 ilə təəccübləndirən dəyişiklik
Mehriban Əliyeva: "Atamın insani keyfiyyətləri mənim həyat amalımdır"
Dietoloqlara ən çox verilən 3 sual
Sarkisyan Qarabağda itirdikləri torpaqdan danışdı
Unun qiyməti 30-60 qəpik artıb
İlham Əliyev BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyasında çıxış etdi - VİDEO
Hamı oktyabrın 16-nı gözləyir
Qanımızı halal etdiyimiz yeganə qaniçən
D vitaminin bədəndəki rolu
Yeyərək arıqlayın - 8 MÖCÜZƏVİ QİDA
"Qalatasaray"a baş məşqçi gəlir
Yetkinlik nə vaxt başlar?
Dəbli koftalar
Qasırğa Beyləqanı viran qoydu
Məşhur aktyora ağır itki-FOTO
Pendirli badımcan qızartması (foto resept)
Arıqla və azad ol
Braziliyalı Azərbaycan klubunda
Azərbaycanın tanınmış politoloqu vəfat etdi
Putin: “Türkiyə Qarabağla bağlı danışıqlarda olmalıdır”
"Muhteşem ikili"nin aktyoru ata olacaq-FOTO
Azərbaycan gimnastı Qran-pri turnirində çoxnövçülükdə altıncı oldu
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
Dostluq və üzr Sözləri ...
Gülben Ergendən AÇIQLAMA
Hava haqqında - 13.01.2014
Ukraynada ölüm sayı: 3543
Dünyadan maraqlı faktlar
Mehriban Əliyeva Əlibaba Məmmədovu 90 illik yubileyi münasibətilə təbrik etdi
Ancelina Coli Oğurluqda Günahlandırılır
Səhnəmizin Sofi Loreninin ad günüdür
Pelin Akıl əkizləri ilə jurnal üçün çəkildi
Bağça dekorasiyası
Metro stansiyasının gözəl dizaynı
BÜRCLƏR bizə nə vəd edir? -26 MAY
Bakıda şaxta olacaq
Gilas priojnası (foto resept)
Anemiyaya diqqət! Ondan necə xilas olmalı?
Portağallı puding (foto-resept)
Murat Boz Aslı üçün 50 min xərclədi
Xanımların NƏZƏRİNƏ: bu həbdən gündə birini içsəniz, HAMİLƏ QALMA ŞANSINIZ ARTACAQ
İş axtaranlar üçün XƏBƏR - Bu sahədə xeyli sayda iş yeri yaradılacaq
Azərbaycanda peşə təhsili ilə bağlı strategiya hazırlanacaq
Azərbaycanın "Eurovision" mahnısı - VİDEO
11 yaşlı psixoloq
- ŞƏRHLƏR