Deyirəm həyat necə də qəribədir.Dünyaya gəldiyin,böyüyüb boya-başa çatdığın ailəndən nə vaxtsa ayrılacağını heç düşünmürsən.Orta məktəb oxuyursan,tələbə olursan,işləyirsən....və 1 də gözünü açırsan ki,vağzalı sədaları altında doğma Ana evini tərk edirsən...o an bizim də,Analarımızın da nələr hiss etdiyini bütün bunları yaşayanlar daha gözəl bilirlər.Əzizlərim,mən şəxsən öz fikirlərimi yazacam.Bildiyiniz kimi,ailədə 4 uşaq olmuşuq və Anam bizi təkbaşına,çox əzab-əziyyət çəkə-çəkə böyüdüb,heç kimdən yardım istəməyib,heç kimə ağız açmayıb.Hamımıza ali təhsil verib,ailə yiyəsi edib.Mən onun əziyyətlərini heç vaxt itirmərəm.
Ərə gələndən sonra Ana evimdən ötrü dəhşətli dərəcədə darıxmağa başladım.8 ildir ailə həyatı qurub uzaqlara gəlmişəm.İnanın mənə, bu illər ərzində Ana evimə doyunca gedib-gəlməmişəm.Hər dəfə Anamgildə olanda otaqların hamısını gəzirəm,uşaqlıq,gənclik illərimin kiçik də olsa 1 parçasını tapanda çox sevinirəm,baxıram,yada salıram,kədərlənirəm...Heç olmasa 1 həftə Anamgildə qalaydım deyə xəyal edirəm...
Acılı,şirinli ömür keçmişəm,
Yaxşını,yamanı görüb seçmişəm,
Evli-eşikliyəm var işim-peşəm,
Uşaqlıq həsrətim Anamgildədir!
***
Ürək ağrısına hey dözə-dözə,
Duranda nadanla bəzən üz-üzə,
1 səs eşidirəm,qızım,gəl bizə,
Dizimin taqəti Anamgildədir!
***
Neçə anaya da anam Anadır,
Aləm 1 yanadır,o 1 yanadır,
O açan süfrədə şor da bal dadır
Ağzımın ləzzəti Anamgildədir!
***
Gəlinin,yeznənin bilir yerini,
Çəkir qardaş-bacı dərdi-sərini,
Ərköyün böyüdüb nəvələrini
Hər kəsin qisməti Anamgildədir!
***
Qızına bilmirik oduna qazın,
Havası isinmir otağımızın
İndi duyuram ki,ocağımızın
Közü,hərarəti Anamgildədir!
***
Ömrün qar vaxtıdır,ağarıb saçım,
Məni ata bilir qardaşım-bacım
Çətində mən kimin yanına qaçım?
Ata şan-şöhrəti Anamgildədir!
Əziz Qadın.Net-li xanımlarımız! Bəs siz Ana evinizə gedəndə hansı hissləri keçirirsiniz? Ən çox kimdən və nədən ötrü darıxırsınız?
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Hörgü bijuteriya modelləri
Separatçı rejimin “rəhbəri”nin yalvarışına erməni kişilərdən “hay” gəlmədi: Qadınları qabağa verdilər
Torpaqların qanunsuz istifadəsinə qarşı monitorinqlər intensivləşib
Göbələk xəstəliyinin müalicəsi
Dərimizin yaşını bilək
Bu qadın dünyanın ən ideal bədəninə sahibdir - FOTO
Beren Saatın təbriki gündəm oldu
Şəbəkədə ünsiyyət mədəniyyəti. Bu, bizi qane edirmi?
2017-ci il üçün DƏHŞƏTLİ PROQNOZLAR
Ledi Qaqa festivala qayıqla gəldi - FOTO
Azərbaycanda yalnız bu halda karantin yenidən yumşaldılacaq - RƏSMİ
Kompüterə müdaxilənin qarşısını necə almaq olar?
Xərçəngdən qoruyan möcüzəvi üsul
"ABŞ-dan dəstək gözləmirəm"
Ağız və diş sağlamlığı ilə bağlı bilinən səhvlər
Dırnaq yemək vərdişindən necə xilas olmalı?
Viza anlaşmasında qazancımız nə olacaq?
Havada, suda və quruda çəkilən klip
Acun İlıcalının ödədiyi cəza məbləği TƏƏCCÜBLƏNDİRDİ
Kakaolu keks (foto-resept)
İlham Əliyev Bəxtiyar Vahabzadə ilə bağlı sərəncam verdi
Nazirlikdən alıcılara ərzaq məhsulları ilə bağlı XƏBƏRDARLIQ
Azərbaycanda daha bir nəfər koronavirusdan öldü: 146 yeni yoluxma
Tarkandan xanımı ilə bağlı paylaşım etdi- FOTO
Polis avtovağzalda doğuş qəbul etdi-FOTO
Ürək qüsuru olan uşaqların əməliyyatı dövlət hesabına aparılacaq
Cinsi gücü artıran qida
Böyük Holland rəngkarlığının kiçik ustaları
Tanınmışların gözəllik sirləri
Squat nədir, necə edilir?
Dəbli geyim kombinasiyaları
Popkorn üzərində rəsmlər
Bayram günlərində bu ərazilərdə yarmarkalar təşkil olunacaq - SİYAHI
Blinçikli dadlı qəlyanaltı (foto resept)
İstirahət gününün HAVASI
Yaqut Qarayeva koronavirus vaksininin alınması məsələsindən danışdı
Banklar niyə kredit vermir?
Tanış olun: Mercedes-Benz MLC - FOTO
UNO sakinləri təlaşa saldı-FOTO
Azərbaycanda plastik əməliyyatlar: kim nəyi, neçəyə dəyişir?
Təqaüd tələbənin nəyinə yetəcək?
Stress saçları niyə ağardır?
İtaliyanı "Eurovison"da təmsil etmək istəmir-FOTO
Türkiyədə daha 16 nəfər koronavirusdan ölüb
Sevdiyin yeməklərlə pəhriz saxla
"Survivor" çempionları bəlli oldu-FOTO
Çingiz Mustafayevin oğlu da Moto Festivalda iştirak edir
Dayə Ancelina Colinin uşaqlarından danışdı-FOTO
Velosipedçilərimiz yarışa çıxır
Sevimli aktyorumuz ad gününü qeyd edir
- ŞƏRHLƏR