Qadin.NET / Ana evim

Ana evim

 

Ana evim


 

Deyirəm həyat necə də qəribədir.Dünyaya gəldiyin,böyüyüb boya-başa çatdığın ailəndən nə vaxtsa ayrılacağını heç düşünmürsən.Orta məktəb oxuyursan,tələbə olursan,işləyirsən....və 1 də gözünü açırsan ki,vağzalı sədaları altında doğma Ana evini tərk edirsən...o an bizim də,Analarımızın da nələr hiss etdiyini bütün bunları yaşayanlar daha gözəl bilirlər.Əzizlərim,mən şəxsən öz fikirlərimi yazacam.Bildiyiniz kimi,ailədə 4 uşaq olmuşuq və Anam bizi təkbaşına,çox əzab-əziyyət çəkə-çəkə böyüdüb,heç kimdən yardım istəməyib,heç kimə ağız açmayıb.Hamımıza ali təhsil verib,ailə yiyəsi edib.Mən onun əziyyətlərini heç vaxt itirmərəm.

Ərə gələndən sonra Ana evimdən ötrü dəhşətli dərəcədə darıxmağa başladım.8 ildir ailə həyatı qurub uzaqlara gəlmişəm.İnanın mənə, bu illər ərzində Ana evimə doyunca gedib-gəlməmişəm.Hər dəfə Anamgildə olanda otaqların hamısını gəzirəm,uşaqlıq,gənclik illərimin kiçik də olsa 1 parçasını tapanda çox sevinirəm,baxıram,yada salıram,kədərlənirəm...Heç olmasa 1 həftə Anamgildə qalaydım deyə xəyal edirəm...

Acılı,şirinli ömür keçmişəm,

Yaxşını,yamanı görüb seçmişəm,

Evli-eşikliyəm var işim-peşəm,

Uşaqlıq həsrətim Anamgildədir!

***

Ürək ağrısına hey dözə-dözə,

Duranda nadanla bəzən üz-üzə,

1 səs eşidirəm,qızım,gəl bizə,

Dizimin taqəti Anamgildədir!

***

Neçə anaya da anam Anadır,

Aləm 1 yanadır,o 1 yanadır,

O açan süfrədə şor da bal dadır

Ağzımın ləzzəti Anamgildədir!

***

Gəlinin,yeznənin bilir yerini,

Çəkir qardaş-bacı dərdi-sərini,

Ərköyün böyüdüb nəvələrini

Hər kəsin qisməti Anamgildədir!

***

Qızına bilmirik oduna qazın,

Havası isinmir otağımızın

İndi duyuram ki,ocağımızın

Közü,hərarəti Anamgildədir!

***

Ömrün qar vaxtıdır,ağarıb saçım,

Məni ata bilir qardaşım-bacım

Çətində mən kimin yanına qaçım?

Ata şan-şöhrəti Anamgildədir!


Əziz Qadın.Net-li xanımlarımız! Bəs siz Ana evinizə gedəndə hansı hissləri keçirirsiniz? Ən çox kimdən və nədən ötrü darıxırsınız?            

5 may 2011
GO BACK