Nədir sevgi?
Budur ki,sevgi çarəsizliyində çarə,qaranlıqda işıq,cəhənnəmdə cənnətin olduğu dünyadır sevgi.
Nədir sevgi?
Dənizlər belə dalğalanan anda həyatın durğunluğu,sevinci,kədəri,göz yaşı,ümidsizliyi,həm də ümididir sevgi... Həyatin sonluğu,ölümdən betər onsuzluğu,kainatın yoxluğu,gecələrin sonsuzluğu..
Nədir sevgi?
Həyatda gözlərini yummadan gördüyün yuxu. O anda belə yuxu içində yuxudur sevgi... Sevincin bəlkə son həddi,kədərin son nöqtəsidir. Həm də hər kəsi, hər şeyi sevə biləcəyin nöqtə...
Gözlərin parlaqlığı,göylərdən enən mələk,cəhənnəm odu kimi yandıran,həm də cənnət suyu ilə sərinlədəndir sevgi. Yoxluğunda belə göz yaşının töküldüyü yol,dəniz olub axdığı məcra,dalğalartək yerinə sığmayan,çağlayan, özünü sahilə vurandır sevgi...
Ləpələrin rəqsində,buludun ağlamasında,günəşin doğmasında,ayın belə batmasındadır sevgi. Sevgi odur ki,səmalar dar gəlir insana, kainat azlıq edir,bütün dünyanı istəyir, amma sahib olduğu yalnız xırda bir nöqtədir. Dünyanın mərkəzində görür özünü, amma uzaqdan baxdıqda yalnız qaranlıqdır sevgi... Ürəklərdə yer alan böyük qaraltı.
Təmizdir, safdır sevgi. Ürəklərdə yazılan, gözlərdə oxunan qalın romandır sevgi,oxunsa da qurtarmayan, sonu bilinməyən,bilinsə də görünməyən, görünsə də yaşanmayan nağıldır sevgi...
Nədir sevgi? Mələk olduğu qədər içəridə ölməz şeytandır. Ziddir hər şeyə,hər kəsə, bitməz-tükənməzdir ondan doğan həsrət, kədər.
Kor olduqda gözlərin,lal olduqda dillərin, ölmüş hisslərin ifadəsidir sevgi... Bilinməz sonsuzluğa uzanan gəmi,qaranlıq içində doğan günəşin,uzun bir yol, sonunu tapdığın dincliyin... Həyatda hər şeyin,hər kəsindir sevgi... Sinəndə vuran ürəyindir sevgi,hər döyüntüsü sənə aid,həyata duyduğun sevgidir sevgi.
Nədir sevgi?
Həyatda yaşadığın hər an, hər saniyə vurursa ürəyin,demək, bax budur sevgi...
Nədir sevgi?
Bədənin torpağa,ruhun Allaha,ürəyin isə yalnız ona aid olmağıdır sevgi...
Sevgi deyil incidən,
Sevgi deyil öldürən,
Kor olsan da bu həyatda
Sevgidir tək qəlbinlə gördürən...
Müəllif: Günay
Əziz xanımlar, bəs sizcə, sevgi nədir?
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Xaricdə təhsil almaq istəyən tələbələri sevindirən xəbər
ABŞ tarixində ilk qadın prezident?
Məktəblər açılsa, hansı şərtlərə əməl olunmalıdır?
“Dünya düzdür” deyənlərdən şok iddia: "Peyk görüntüləri NASA-nın oyunudur"
Leyla Əliyevadan uşaqlara sürpriz Moskva səfəri
Asan salat (foto resept)
Bu günün hava proqnozu
Namaz: ucadan, yoxsa astadan?
Bakıda bayram namazı qılınır - CANLI YAYIM
Kəbədə ilk təravih namazı qılındı
Tuğba sevgisindən danışdı-FOTO
Bakı Polisindən bu gündən fəaliyyətini bərpa edən kafe-restoranlarla bağlı XƏBƏRDARLIQ
Məşhur aktrisanın öz üzündən əsər qalmadı - Foto
9 gün iş olmayacaq
Sılanın qanlı köynəyini istəyirlər
Evdə hazırlaya biləcəyiniz 2 əl kremi
Rəngarəngliyi sevən xanımlara
Moskvanın mərkəzində Azərbaycan rayonu
"Arka sokaklar"dan sonra heç bir serialı alınmır
ABŞ-da fövqəladə vəziyyət: təyyarələr də uçmur
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı
Toy tortları
Ramazanda Qədr gecələri nə vaxt olacaq?
Merkel Azərbaycan prezidenti ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək
Xocavənd istiqamətində hərəkət edən düşmənin şəxsi heyəti məhv edildi - RƏSMİ
Qara qızıl qara günlərini yaşayır
2010 GƏLINLIK SAÇ DÜZÜMLƏRI
Mona Lizanın sirri tapıldı
Yeni ilin ilk hədiyyələri!
Temperatur yüksəlir
Saçınız sağlam olsun
Diqqətli olun - havalar soyuduqca ürəyiniz də çox enerji sərf edir
Qar YAДћACAQ?
Gənc göstərən makiyaj tövsiyələri
"Bizim ən çətin rəqibimiz Azərbaycan millisidir"
Sağlam qidalanmanın 5 yolu
İzlənmə rekordları qıran sevgililər günü VİDEOsu
Rəngli modern dekorasiya modelləri
Fransadan qoşunların təmas xəttində zorakılıq halları ilə bağlı açıqlama
İşğal altında olan Qarabağdan ən son fotolar
Makiyaj məhsullarını daha səmərəli istifadə etməyin yolları
General-mayor Ramil Əsgərov vəzifəsindən azad edildi
Kartoflu Pilaki (foto-resept)
Qara dəliklər
Övladınızın ilk müəllimi olaraq izləməli olduğunuz 5 yol
Dünyanın beşinci ən iri almazı satılıb
Gözəl geyimlər
Kolumbiyada qeyri-adi TAPINTI
Bakı metrosunda yenilik
İlham Əliyev: "Ermənilər günahsız azərbaycanlı uşaqları öldürüb"
- ŞƏRHLƏR