Nədir sevgi?
Budur ki,sevgi çarəsizliyində çarə,qaranlıqda işıq,cəhənnəmdə cənnətin olduğu dünyadır sevgi.
Nədir sevgi?
Dənizlər belə dalğalanan anda həyatın durğunluğu,sevinci,kədəri,göz yaşı,ümidsizliyi,həm də ümididir sevgi... Həyatin sonluğu,ölümdən betər onsuzluğu,kainatın yoxluğu,gecələrin sonsuzluğu..
Nədir sevgi?
Həyatda gözlərini yummadan gördüyün yuxu. O anda belə yuxu içində yuxudur sevgi... Sevincin bəlkə son həddi,kədərin son nöqtəsidir. Həm də hər kəsi, hər şeyi sevə biləcəyin nöqtə...
Gözlərin parlaqlığı,göylərdən enən mələk,cəhənnəm odu kimi yandıran,həm də cənnət suyu ilə sərinlədəndir sevgi. Yoxluğunda belə göz yaşının töküldüyü yol,dəniz olub axdığı məcra,dalğalartək yerinə sığmayan,çağlayan, özünü sahilə vurandır sevgi...
Ləpələrin rəqsində,buludun ağlamasında,günəşin doğmasında,ayın belə batmasındadır sevgi. Sevgi odur ki,səmalar dar gəlir insana, kainat azlıq edir,bütün dünyanı istəyir, amma sahib olduğu yalnız xırda bir nöqtədir. Dünyanın mərkəzində görür özünü, amma uzaqdan baxdıqda yalnız qaranlıqdır sevgi... Ürəklərdə yer alan böyük qaraltı.
Təmizdir, safdır sevgi. Ürəklərdə yazılan, gözlərdə oxunan qalın romandır sevgi,oxunsa da qurtarmayan, sonu bilinməyən,bilinsə də görünməyən, görünsə də yaşanmayan nağıldır sevgi...
Nədir sevgi? Mələk olduğu qədər içəridə ölməz şeytandır. Ziddir hər şeyə,hər kəsə, bitməz-tükənməzdir ondan doğan həsrət, kədər.
Kor olduqda gözlərin,lal olduqda dillərin, ölmüş hisslərin ifadəsidir sevgi... Bilinməz sonsuzluğa uzanan gəmi,qaranlıq içində doğan günəşin,uzun bir yol, sonunu tapdığın dincliyin... Həyatda hər şeyin,hər kəsindir sevgi... Sinəndə vuran ürəyindir sevgi,hər döyüntüsü sənə aid,həyata duyduğun sevgidir sevgi.
Nədir sevgi?
Həyatda yaşadığın hər an, hər saniyə vurursa ürəyin,demək, bax budur sevgi...
Nədir sevgi?
Bədənin torpağa,ruhun Allaha,ürəyin isə yalnız ona aid olmağıdır sevgi...
Sevgi deyil incidən,
Sevgi deyil öldürən,
Kor olsan da bu həyatda
Sevgidir tək qəlbinlə gördürən...
Müəllif: Günay
Əziz xanımlar, bəs sizcə, sevgi nədir?
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
İyul şəhidlərinin xatirəsi əbədiləşdirildi: “Paşam hey!” - VİDEO
Kremldən Əliyev-Sarkisyan görüşü ilə bağlı açıqlama
Həftənin ilk iş günü Azərbaycanda hava necə olacaq?
"Sen anlat Karadeniz"-in Nefesi hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yaşamağa yardım edən həyat devizim
İŞİD üzvü Moskvaya gedib çıxdı
Hər kəs bu uşaqdan danışır
Azərbaycanda tutulan şəxs vəkilsiz danışmayacaq
70 kiloqram arıqlayan qadının inanılmaz dəyişimi - FOTO
Arıqlamaq üçün üsullar
"iPhone" istifadəçilərinə bəd xəbər: "xəstəlik" var
İyun ayında qeyri-iş günlərinin sayı açıqlandı
"Roma" təcrübəli müdafiəçi ilə yollarını ayırdı
Hava haqqında
Avropa Parlamentinin nümayəndələri İrana səfər ediblər
İtlərin hücumundan sonra 50 dəfə əməliyyat olundu - FOTO
Nadir tarixi şəkillər
Mer: "Moskvadan 13 mindən çox miqrant çıxarılıb"
Obamadan bəd xəbər
Aynalar
Gözaltı qaraltılarından birdəfəlik xilas olun
İtalyan deserti (foto resept)
Çanta modelləri
Ceki Çan "Oskar"a oyuncaqla gəldi
Bakıda bayraq endirildi
Dayə seçərkən nələrə diqqət vermək lazımdır?
Asan puding (foto resept)
Türkiyə şirkəti Bakıda insansız sualtı vasitələrin təqdimatını keçirəcək
"Super Ay" dünyanın ən iri şəhərlərində belə göründü - MARAQLI FOTOlar
HAVA necə olacaq?-25 Avqust
Bakıda gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatı başlayıb
Xocavəndin işğaldan azad olunan kəndlərinin görüntüləri - VİDEO
XİN: “Ayvazyanın Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri 10 noyabr tarixli üçtərəfli bəyanata ziddir”
Dəhşətli hadisələrə 5 AY QALDI: Kütləvi ölümlər gəlir - Türkiyənin məşhur astroloqu
Ləzgilər Su çərşənbəsini necə qeyd edirlər?
Qəzəblə depressiyanı necə idarə etməli?
Şahzadə Harri və Meqan "Ginnesin rekordlar kitabı"na düşdülər
Həftənin ilk iş günü hava necə olacaq? - PROQNOZ
Sürücü səhərədək sərnişini gözlədi-SƏBƏB
Gənc qalmağın sirləri
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
Zövqlü xanımlar üçün ayaqqabılar
İş axtaranların nəzərinə!
Dəri ləkələri üçün cəfəri maskası
Aprel döyüşlərində dağılan evlərin təmiri başladı
Yay fəslinin Azərbaycana gəlma vaxtı açıqlandı
Bu çimərliklərə getməyin
"WhatsApp"a kamera gəlir
Calvin Klein-dən geyimlər
Zamanın axışını göstərən şəkillər
- ŞƏRHLƏR