Nədir sevgi?
Budur ki,sevgi çarəsizliyində çarə,qaranlıqda işıq,cəhənnəmdə cənnətin olduğu dünyadır sevgi.
Nədir sevgi?
Dənizlər belə dalğalanan anda həyatın durğunluğu,sevinci,kədəri,göz yaşı,ümidsizliyi,həm də ümididir sevgi... Həyatin sonluğu,ölümdən betər onsuzluğu,kainatın yoxluğu,gecələrin sonsuzluğu..
Nədir sevgi?
Həyatda gözlərini yummadan gördüyün yuxu. O anda belə yuxu içində yuxudur sevgi... Sevincin bəlkə son həddi,kədərin son nöqtəsidir. Həm də hər kəsi, hər şeyi sevə biləcəyin nöqtə...
Gözlərin parlaqlığı,göylərdən enən mələk,cəhənnəm odu kimi yandıran,həm də cənnət suyu ilə sərinlədəndir sevgi. Yoxluğunda belə göz yaşının töküldüyü yol,dəniz olub axdığı məcra,dalğalartək yerinə sığmayan,çağlayan, özünü sahilə vurandır sevgi...
Ləpələrin rəqsində,buludun ağlamasında,günəşin doğmasında,ayın belə batmasındadır sevgi. Sevgi odur ki,səmalar dar gəlir insana, kainat azlıq edir,bütün dünyanı istəyir, amma sahib olduğu yalnız xırda bir nöqtədir. Dünyanın mərkəzində görür özünü, amma uzaqdan baxdıqda yalnız qaranlıqdır sevgi... Ürəklərdə yer alan böyük qaraltı.
Təmizdir, safdır sevgi. Ürəklərdə yazılan, gözlərdə oxunan qalın romandır sevgi,oxunsa da qurtarmayan, sonu bilinməyən,bilinsə də görünməyən, görünsə də yaşanmayan nağıldır sevgi...
Nədir sevgi? Mələk olduğu qədər içəridə ölməz şeytandır. Ziddir hər şeyə,hər kəsə, bitməz-tükənməzdir ondan doğan həsrət, kədər.
Kor olduqda gözlərin,lal olduqda dillərin, ölmüş hisslərin ifadəsidir sevgi... Bilinməz sonsuzluğa uzanan gəmi,qaranlıq içində doğan günəşin,uzun bir yol, sonunu tapdığın dincliyin... Həyatda hər şeyin,hər kəsindir sevgi... Sinəndə vuran ürəyindir sevgi,hər döyüntüsü sənə aid,həyata duyduğun sevgidir sevgi.
Nədir sevgi?
Həyatda yaşadığın hər an, hər saniyə vurursa ürəyin,demək, bax budur sevgi...
Nədir sevgi?
Bədənin torpağa,ruhun Allaha,ürəyin isə yalnız ona aid olmağıdır sevgi...
Sevgi deyil incidən,
Sevgi deyil öldürən,
Kor olsan da bu həyatda
Sevgidir tək qəlbinlə gördürən...
Müəllif: Günay
Əziz xanımlar, bəs sizcə, sevgi nədir?
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Məktəblərdə vəziyyət acınacaqlıdır, oktyabrdan... - Həyəcan təbili
Azərbaycanda Aİ-92 markalı benzinin qiyməti dəyişib
Şirvanşahlar dövlətinin varlığına son qoyulduğu qalada tədqiqat işlərinə başlandı - FOTO
Məşhurların 2019 qısa saç modelləri
Co Bayden: “Mən bölücü yox, birləşdirici prezident olmağa söz verirəm”
Ağız suyunun analizi xərçəngi 10 dəqiqəyə aşkar edəcək
Məşhur bəstəkar Aleynanı tənqid etdi-FOTO
Parıltılı dəriyə sahib olmaq üçün nə etməli?
Dollar və avro ucuzlaşdı
168 il yaşayan Şirəli baba
Dünyadakı ən lüks və bahalı 10 marka
Azərbaycanda son 2 əsrdə 405 vulkan püskürməsi olub
Bu ilin ən gözəl 15 qadını
Nüsrət sərvətini açıqladı - Şok rəqəmlər
Daha iki aktyor karonavirusa görə karantinə alındı-FOTO
Xoşbəxt evliliyin kiçik sirləri
İrina Şeyk:"Qızım doğulandan özümü əsl qadın kimi hiss edirəm"
Azərbaycan filmi Beynəlxalq Müsəlman Film Festivalının qalibi olub
Burak oğluna hansı adı verəcək?-FOTO
Yerinə yetməyən vəsiyyət
Tereza Anadan uşaq tərbiyəsi ilə bağlı tövsiyələr
Müəllim işləmək istəyənlər üçün test imtahanına başlanılır
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
4-cü İslam Həmrəylik Oyunları ilə bağlı möhtəşəm şou
Bir sehrli meyvə - qreypfrut
Boksçularımız dünya çempionatının növbəti mərhələsində
Kəs və yapışdır-17
Türkiyə mətbəxindən "Sütlaç" (foto-resept)
Bu da zəlzələ nəticəsində yaranan ada.
Dolab doludur, amma geyinməli bir şey yoxdur!
BÜRCLƏR bizə nə vəd edir?- 8 fevral
Məşhur müğənni vəfat etdi-SƏBƏB
İş yerini dəyişdirmək istəyən müəllimlər üçün YENİ QAYDALAR
"Telegram"ın işində qüsurlar yarandı
Nifrət hissi ilə yaşamaqdan bezmişəm!
Çempionlar Liqasında mövsümün rəmzi komandası açıqlanıb
"Benfika" 35-ci dəfə çempion oldu
Bəzi rayonlarda qaz olmayacaq
Koronaya yoluxmada ölüm riskini azaldan amil - Araşdırma
"Bir qutu mərmi" - VİDEO
Ata sevgisi
Dolu bədənli qadınlar haqqında bəzi həqiqətlər
Ərə get!...
Bu qeyri-adi məxluq hər kəsi heyrətləndirir!-VİDEO
Eynəyin şüşəsi buxarlanırsa...
"Sevimli üzlər" (foto resept)
Cavanlaşma resepti
Nuhdan DƏHŞƏTli proqnoz-FOTO
KREATİV ƏŞYALAR
Koronavirusun qarşısı almaq üçün istifadə olunacaq dərmanlar açıqlandı
- ŞƏRHLƏR