“Həyat qadını”...Yəqin ki, bu söz hər kəsə tanışdır. Bir çoxlarımız bu sözün mənasını dərk edirik. Necədə pis səslənir elə deyilmi? Kimdir bunun günahkarı? Həmin yolu seçmiş qadınmı, yoxsa onu bu vəziyyətə düçar edən cəmiyyət və yaxud həyat şəraiti, maddiyyatmı?
Hər halda insan iradəsi bu məsələdə ən önəmli faktorlardan biridir. Fikrimcə, iradəsi güclü olan insan heç bir zaman bu kirli yola baş vurmaz. Əvəzində nə qazandığından asılı olmayaraq bu yolu ağlının ucundan belə keçirməz. Seyr etdiyimiz bir çox kinolar bu cür səhnələri qabarıq şəkildə əks etdirir. Kimi qadının maddi çətinliyi, kimisinin övladlarını saxlama düşüncəsi qadını bu yola salır. Real həyatda da belə hadisələr çoxdur. Ancaq acı bir həqiqətdir ki, son zamanlar bu iyrənc əməl maddi çətinlik səbəbindən çox sevimli peşə növü kimi ortaya çıxmışdır.
İnsanların düşüncə tərzi dəyişdikcə bu çirkin əmələ adi hal kimi baxanların sayı da çoxalır. Hər halda hər biriniz razılaşarsınız ki, ətrafında, hansısa qohumunda, qonşusunda bu halla qarşılaşanda istər-istəməz o insandan uzaq gəzirik. Onunla bir yerdə görünməyi isə fəlakət hesab edirik. Məgər bunu həmin qadın başa düşmür? Başa düşürsə niyə vaxt var ikən tövbə edib, doğru yola qayıtmır. Yəqin qınaqlara tuş gələcəyindən qorxur, ya da öz həyatından məmnundur.
Qadının ən böyük var-dövləti onun isməti, namusudur. Bu keyfiyyətləri itirən isə qadın adını çoxdan itirmişdir. Qızlar öz gözəl, parlaq gələcəklərini, qadınlar isə ailələrini, övladlarını düşünərsə əminəm ki, bu hallar müəyyən çərçivədə aradan qalxar. Dünya insanlarına müraciət etməyə gücümüz çatmaz. Ancaq öz ölkəmizin gələcəyində nəyi isə dəyişdirə bilərik. Sağlam nəsil yetişdirmək hər birimizin öhdəsinə düşən ən məsul, şərəfli və bir o qədər də məsuliyyətli vəzifədir. Bu vəzifəni yerinə yetirmək üçün isə namuslu, tərbiyəli qadın-ANA tələb olunur. Düşünürəm ki, bu məsuliyyətləri dərk edən qadın heç bir zaman pis işlərə yol verməz.
Həyatda hər şeyə nail olmaq olar. Ləkələnmiş adı geri qazanmaq isə müşkül məsələdir. Neyləyirəm o var-dövləti ki, əvəzini öz təmiz adımla ödəməliyəm..
Fikirləriniz çox önəmlidir...
XƏBƏR LENTİ
Azərbaycan gölləri
Siqaret yaddaş itkisinə səbəb olur
Sadə və yüngül keks (foto resept)
"Survivor"-da gözlənilməz qəza-FOTO
Soyuqda papaq taxmayanların nəzərinə
Ermənilər çaylarımızı yenə bulandırır
Uşaq ölümünü uşağa necə izah etməli?
Xanım idmançımız Azərbaycanda ilkə imza atdı
Seren Serengil 4-cü dəfə övladını itirdi
Qəlbimizi pak saxlamaq üçün nə edək?
HAVA necə olacaq?
Uşaq aləmi
Mehriban Əliyeva Ağdamın işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib
Yeni cərimələr müəyyənləşdi-4000 manatadək
İmkan verin, bir az da yatım...
Məşhur modeldən şok ETİRAF-FOTO
Dünyanı kim idarə edir?
Dünyanı yeni xəstəlik bürüyür: "WhatsAppitis"
Nə üçün gizli günahlardan qorxuruq?
XXI əsrin "analoqu olmayan" məktəbləri Azərbaycanda
Azərbaycan coğrafiyasının inkişaf tarixi-7 (son)
Böyük Dostoyevski 192 yaşında
Zəncirbəndlə fərqli görünüş
Yaddaşı bərpa etmək olacaq?
Rus Dili dərs-21 (Test)
ANAMA ləğv edildi
Tətildə izləyə biləcəyiniz filmlər
Məşhur aktrisa ən böyük qorxusunu AÇIQLADI-FOTO
Aşura günü münasibətilə qanvermə aksiyası keçirilib
Məşhur aktrisa gündəmdədir-SƏBƏB/FOTO
Sürətli çəki artırmağın 20 yolu (2)
Koronavirusla bağlı son STATİSTİKA
Həkim müalicə edir, təbiət sağaldır...
Pişikləri haqqında bunları bilirsiniz?
"Gələcəyə dönüş"-filmində 2015-ci il
Günün qoroskopu: Qətiyyətli olun!
İnkişaf nədir?
Sirli təbiət
Suxarı yedilər, zəhərləndilər
Məşhur nağıllarımız planşet və smartfonlarda
Soyuducuda saxlanılması qadağan olunan 12 qida məhsulu
Bakı rəsmən imtina etdi
Murat Boz Aslını sildi
Abdulla və Mulan: dünyanın ən qəribə dostluğu
Evdə güldan düzəltmək
Dəvə sümüyündən velosiped -FOTO
İrem Derici manyak fanatından gizlənir
Apple və Motorola barışır
İşləyən ananın uşağı
Azərbaycanda istilik mövsümü yenidən uzadıldı
- ŞƏRHLƏR