Son zamanlar tez-tez zorakı xarakterli cinayətlərin, amansızlıqla törədilən qətl hadisələrinin mediyadan şahidi oluruq. Tarixdən bizə məlumdur ki, bu qəbil cinayətlər, hətta daha dəhşətliləri fərqli zamanlarda dünyanın fərqli coğrafiyalarında törədilmişdir. Son illər müşahidə olunan hadisələr bunun yaxın şərqdə də geniş yayıldığını göstərdi. Bəs, bu cinayətləri törədən azğınlar necə meydana çıxır? Görəsən onlar coğrafi, iqtisadi və ya fiziki faktorlardan dolayı bu cür cinayətkara çevrilirlər, yoxsa elə manyak olaraq doğulurlar? Bu məsələlərə aşağıda aydınlıq gətirməyə çalışacağıq. Ancaq başa düşülən odur ki, azğın insanlar hər dövürdə mövcud olmuş, bəzən zərərverici istəklərini latent şəkildə gizlədib illərlə içlərində bloklamış və imkan düşən kimi onu ortaya çıxarmışlar. Yəni, mühitin hüquqi faktorlarından, imkan və şəraitin yaranıb-yaranmamasından asılı olaraq bu cür cinayətlərin də maştabı artıb-azalmışdır.
Son illər dünyada baş verən zorakı cinayətlərin əksəriyyətinin qadınlara və uşaqlara qarşı törədildiyi bəllidir. Ancaq burada biz ümumi insanlığa qarşı şiddətdən söhbət açacağıq. Bu zorakılıqlar təkcə cinsi təcavüzlə məhdudlaşmır. Psixoloji şiddət, fiziki şiddət, iqtisadi şiddət, hüquqlara qarşı şiddət, ayrıseçkilik və s. – cəmiyyətdə bunların hər birinə rahat yanaşılması və normallaşdırılması təcavüz hallarının da artamsına səbəb olur. Təcavüz əsla cinsi akt deyil, azğınlıq halıdır. Bu, onu törədən fərdlərdə çox vaxt uşaqlıq-yeniyetməlik dövürlərində yaranmış travmatik düşüncə və ya emosional istismar nəticəsində aktivləşir. Azğın fərdlər təkcə cinsi təcavüz yox, həm də insanlara qarşı işgəncə vermək potensiyalının da daşıyıcılarıdır.
Təcrübə göstərir ki, azğın insanlar başqa canlılara qarşı da amansız olurlar. İnsanlara qarşı vəhşilik törətmək istəklərini cəzalanmaq qorxusundan, ya da kütləvi qınaqdan qorxaraq saxlaya bilsələr də, bunu bəzən heyvanlar üzərində tətbiq etməkdən çəkinmirlər. Alman filosofu Artur Şopenhauer “Əxlaqın təməli” adlı kitabında yazır: “Heyvanlara qarşı mərhəmət, xarakterin gözəl olması ilə sıx bağlıdır. İnamla əmin ola bilərsiniz ki, heyvanlara qarşı qəddarlıq edən kəs, əsla yaxşı insan ola bilməz.”
Azğın insanlar necə meydana çıxır?
Azğınlığın səbəblərini həm bioloji, həm də ətraf mühit amillərinə aid etmək olar. Ətraf mühit amilləri bunun meydana gəlməsində daha təsirli rol oynayır. Bir çox hallarda, azğınların uşaqlıq dövründə pozulduğu ehtimal olunur. Uşaqlıqda şiddətə qarşı mübarizə apara bilmədikləri üçün yetkinlik yaşlarında qurban rolundan imtina etmək istəyirlər. Beləcə uşaqlıqda şiddətə, cinsi təcavüzə, təhqirə və ya ağır işgəncəyə məruz qalan bəzi fərdlər, bu travmaları başqalarına da yaşadırlar. Aparılan araşdırmalara görə azğın şəxslərin beyin strukturunda anormallıqlar mövcud olur. Bu anormallıqların da əsasən beynin inkişafı zamanı meydana gələn travmalardan qaynaqlandığı düşünülür. Bu anormallıqlar onların daha impulsiv davranmalarına səbəb olur. Lakin onları tanımaq həmişə asan olmur. Onlar çox vaxt savadlı, intellektli və ziyalı şəxslər də ola bilirlər. Şəxsiyyət etikasına yiyələnərək xarakterlərini şəxsiyyətlərinin altında gizlədə bilirlər. Bu baxımdan amansızlıqla törədilən cinayətlərin tədqiqatı zamanı, şübhəlilərin psixoloji keçmişini də araşdırmaq lazımdır.
İnsanların azğına çevrilməsinin qarşısını necə almaq olar?
Alman psixoloqu Arno Qryun "Empatiyanın itirilməsi" adlı kitabında qeyd edir ki, "Zorakılığın və dağıdıcılığın təməli, uşaqlarımıza olan münasibətimizin formasından qaynaqlanır". Yəni, uşaqların düzgün yetişdirilməməsi, ruhi vəziyyətləri ilə maraqlanılmaması və ya işgəncəyə məruz qoyulması gələcəkdə onların azğına çevrilməsinə şərait yaradır. Adi ev heyvanlarını belə körpəlikdən müəyyən qaydalara öyrətmədikdə gələcəkdə onların "dilbilməzlikləri" ilə qarşılaşırıq. Onlara işgəncə veriləndə isə quduzlaşma təhlükəsi yaranır. İbtidai varlıq olan uşaqlar da düzgün yetişdirilmədikdə arzuolunmaz xarakterə yiyələnirlər. Ona görə də uşaqların psixoloji vəziyyətini nəzarətdə saxlamalı, başlarına bir hadisə gəldikdə və ya başqalarına qarşı anormal hərəkətlər etdiklərini bildikdə, hər hansı böhran keçirdiklərini, məyus olduqlarını gördükdə onlarla müzakirə aparmalı, dəstək olmalı və lazım olarsa psixoloji mərkəzlərə aparmaqdan boyun qaçırmamalıyıq. Çünki, eynilə böyüklər kimi uşaqlarda da hiss və emosiyalar mövcuddur. Sadəcə, bunu ifadə etmək üçün çox vaxt sözlərdən istifadə edə bilmir, bəzən də ifadə etməkdən çəkinirlər. Uşaqların hisləri və daxili düşüncələri ilə maraqlanmaq valideyn və tərbiyəçilər üzrəyində əsas vəzifələrdən biri olmalıdır.
Müəllif: Coşqun İsmayılov
XƏBƏR LENTİ
Pekində yeddi aydan sonra ilk dəfə əhali küçəyə maskasız çıxacaq
Erməni müxalifəti Paşinyana istefa üçün vaxt qoydu
İndoneziyada güclü daşqın baş verdi
Messidən möhtəşəm dönüş
Xəzərin suyu niyə çəkilir?
Demet Akalın restoran açdı
Ecaskarlıq nişanəsi-"Vual"-ın tarixi
Günün qoroskopu: ünsiyyət, işlərdə dönüş üçün əlverişlidir
Azərbaycanda dərslik komplektləri və uşaq ədəbiyyatının istehsalı ilə məşğul olanlar ƏDV-dən azad edildilər
Azərbaycanda polisə yeni silah veriləcək
Nuradan yeni fotossesiya - FOTO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub - RƏSMİ
Facebook ənənəvi KİV-i sıxışdırır
Müəllimlərin maaşlarının artma cədvəli
Bakıda "Baku World Challenge-2014" qalibləri müəyyənləşib
Teylor Svift "kişi" oldu - VİDEO
Avropanın yeni Qarabağ tələbi
Türkiyədə avtobuslarda internetə pulsuz çıxış olacaq
Koronavirusun yeni ehtimal olunan episentri açıqlandı
Dünyanın ən bahalı nişan üzükləri
Günün ulduz falı
Ronaldonun görməmişliyi
Dekorativ şam modelləri
Obama hücumların sayını artıracaq
70 yaşlı futbolçu-FOTO
"iPhone" işlədənlərə pis xəbər
Azərbaycan klubunun Avropada möhtəşəm uğuru
Çin bunu da etdi: havadan yanacaq hazırlayan texnologiya
Bu media orqanlarında efir ödənişsiz olacaq - SİYAHI
Prezident İlham Əliyev Rene van der Lindeni ordenlə təltif etdi
Skarlet Yohanson üçüncü dəfə evlənir - FOTO
Elmə məlum olmayan dəniz canlısı tapıldı - FOTO
Xətaidə yanan binanın sakinlərinə veriləcək MƏBLƏG
Cəbrayılın işğaldan azad edilmiş daha bir kəndinin görüntüləri - VİDEO
Bu cütlük yenidən toy edəcək
Oyuna geçikən komandaya şok cəza verildi
Külək nə vaxta kimi davam edəcək?
Fanatı JLonun anasını vurdu-FOTO
Közərmiş bibərli toyuq dolma ( foto resept)
Tikrit uğrunda döyüşlər: İŞİD geri çəkilir
Azərbaycanda koronavirusa 1202 nəfər yoluxdu, 18 nəfər vəfat edib
Şəkil çəkdirərkən işlər tərs gedərsə...
Ermənilərə tutarlı cavab
Alimlər qocalığın qarşısını alan üsulu tapdılar - İnanılmaz kəşf
Bu qadın uzunömürlülük rekordunu yenilədi
HAVA necə olacaq?
Alçanın faydaları
“Əsas məqam imtahanın yazılı və ya şifahi olması deyil”
Azərbaycanda işçilərin işdən müxtəlif saatlarda çıxması təklif olunur