Cinsi yaxınlıq zamanı və ya xarici bir cisim vajinaya girdiyində (əgər girən cisim qızlıq pərdəsinin ortasındakı dəlikdən böyüksə) yırtılar və qanama olar. Yırtılma ümumiyyətlə bir neçə fərqli yerdən ola bilər. Əgər cinsi əlaqəyə davam edilsə yırtılmanın olduğu yerdən qanama az-az davam edər. İlk yırtılmadan 3-4 gün sonra yırtıq yeri sağalar. Qanama miqdarı qızlıq pərdəsinin qalınlığına, quruluşuna və cinsi əlaqənin şəklinə bağlıdır.
İlk əlaqədə mütləq hər qadında qanama olarmı?
Hər qadında ilk əlaqədə qanama olacaq deyə bir qayda yoxdur. Bəzi qızlıq pərdələri o qədər elastik olurki qanama olmadan qızlıq pərdəsi genişlənir. Və ya yırtılan yerdəki qananma və damarlar az olduğundan ötəri, fərq edilməyəcək qədər az qanama olar. Qadınların təxminən 30 % ində qızlıq pərdəsi yırtılan zaman çox qanama olmaz.
Cinsi əlaqə xaricində qızlıq pərdəsi çox nadir olaraq yırtılar. Ciddi bir zədə və ya bir qəzada o bölgənin yaralanması ilə nadir də olsa qızlıq pərdəsi zərər görə bilər. Əlaqə xaricində nadir olaraq bəzən uzaq şərq idmanı, gimnastika kimi aktiv və normalın xaricində qıç açma hərəkəti edənlərdə, qəza və bəzən yıxılmalarda da yırtıla bilər. Ata və ya velosipedə minmə ilə yırtılma olacağına dair çox da əsassız qorxular vardır. Velosipedə minmə ilə cırılması anatomik quruluş olaraq qeyri-mümkündür.
Qızlıq pərdəsinin nə vaxt və necə cırıldığı aydın olarmı?
Yırtılmanın üzərindən 7 gün keçdikdən sonra, bu yırtılmanın yenimi yoxsa nə vaxt yırtıldığını söyləmək mümkün deyil. Qızlıq pərdəsinin nə tərəfindən və necə cırıldığı da bilinə bilməz, cinsi əlaqə zamanımı, barmaqlami, başqa bir cisimləmi və ya qəza - zədə nəticəsindəmi yırtıldığını anlamaq mümkün deyil.
Adama görə qanama miqdarı dəyişir. Qızlıq pərdəsinin quruluşu, qalınlığı və cinsi əlaqəyə giriş şəkli qanamanın miqdarını təyin edir. Ümumiyyətlə az miqdarda, özbaşına dayanan, bir gigiyenik pedi doldurmayacaq tərzdə, bəzən çüründü şəklində qanama olur. Nadir olaraq yırtılma əsnasında bir damar ağızı açılar və qanama dayanmaz. Bir həkim müdaxiləsi ilə yırtılan yerin tikilməsi lazımdır. Məqsəd qızlıq pərdəsi təmiri deyil qanayan yeri təmir etməkdir.
Qızlıq pərdəsini pozulması ağrıya səbəb olurmi?
Evlənmədən əvvəl müayinə və məsləhətləşmə üçün müraciət edən qadınların ən böyük narahatlıqlarından biri, ilk cinsi əlaqədə ağrı olub olmayacağı, qızlıq pərdəsinin yırtılmasının ciddi bir narahatlıq və ağrıya səbəb olub - ola bilməyəcəyidir. Ağrının olub olmayacağında ən əhəmiyyətli faktor cinsi əlaqədə cütlər arasındakı uyğunlaşma və kişinin davranışı ilə qadına olan yanaşmasıdır. Hər şey normal isə ümumiyyətlə ciddi bir ağrı və sancı olmamalıdır. Olan ağrı da 5-6 deqiqə davam edir və getdikcədə azalır
Ağrını və qorxunu azaltmaq üçün cütlərin psixoloji olaraq cinsi əlaqəyə hazır olmaları əhəmiyyətlidir. Cinsi yaxinliqdan əvvəl sevişmə vajinal ifrazatı artıracağı üçün bu əlaqəni asanlaşdırar. Əgər qızlıq pərdəniz qalın isə və ya çox qorxunuz var isə, həkiminizin təklif edəcəyi sürüşkənləşdirici istifadə edin.
Yırtılan qızlıq pərdəsi özbaşına düzələrmi?
Xeyr. Yırtılan qızlıq pərdəsi özbaşına düzəlməz. 4-5 gündə yırtılan bölgə epitelyum ilə örtülüb yırtıq olaraq qalmağa davam edər. Tibbi olaraq qızlıq pərdəsinin öz-özünə düzəlməsi və ya bir krem sürtülərək yaxınlaşıb təkrar təmir olması mümkün deyil.
Qızlıq pərdəsi yırtılmadan hamilə qalmaq mümkündür. Qadın genital orqanının xarici qisiminin sperma ilə təması və bulaşması hamilə qalmaq üçün kafi ola bilər. Bir çox gənc qız qızlıq pərdəsinin cırılmaması üçün "sürtünmə yolu" ilə cinsi əlaqəyə girir və nadir olaraq da olsa bu şəkildə istənməyən bir hamiləlik meydana gəlməsi ilə qarşı-qarşıya qalır.
Qızlıq pərdəsininin quruluşunu həkimə getmədən insan özü qiymətləndirə bilərmi?
Xeyr, bir qadının öz qızlıq pərdəsi quruluşunu ayna istifadə edərək və ya başqa bir alətin köməyi ilə qızlıq pərdəsinin quruluşu haqqında şərh etməsi texniki və tibbi olaraq mümkün deyil. Qızlıq pərdəsi müayinəsi mütəxəssis bir jinekolojik müayinə ilə qızlıq pərdəsinin quruluşu aydın ola bilər.
Qızlıq pərdəsinin pozulub pozulmadığı necə aydın olar?
Qızlıq pərdəsini tikilib təmir edilə bilinərmi? Qızlıq pərdəsinin tikilməsi necə edilir?
Tıbbən qızlıq pərdəsini tikib təmir etmək mümkündür. Bu əməliyyata hymenoplasti adı verilir. Qızlıq pərdəsi təmiri qadın jinekoloq tərəfindən edilər. Hər qadın jinekoloğu dəyişik səbəblərdən bu əməliyyatı etməz. Tikiləndən sonra mütləq qanama olacaq deyə bir zəmanət yoxdur. Qızlıq pərdəsi tikilməsi iki şəkildə edilir. Cinsi əlaqədən və evlənmədən çox müddət əvvəl edilən estetik bir düzəltmə ilə süni bir qızlıq pərdəsi edilir. Digər bir üsul isə evlənmədən 2-3 gün əvvəl qızlıq pərdəsinə qoyulan tikiş ilə edilir. Hər iki üsul da lokal anestezi ilə edilə bilən çox qanama və əməliyyat riski olmayan və qısa müddətdə (15-30 dəqiqə) tamamlanan tətbiqlərdir.
Normal bakirət pərdəsinin bütün xüsusiyyətləri göstərən süni qızlıq pərdəsi bir məhsuludur. Süni qızlıq pərdəsi bitki mənşəli və zülal əsaslıdır. Buna görə bədənə heç bir şəkildə əks təsiri olmaz. Vajina içərisinə yerləşdirilən bu məhsul ilk günkü kimi bir vajinal gərginliyi süni olaraq təmin edərək bunun yanında penetrasyon nəticəsində içindən qırmızı rəngli bir maye çıxır.
Əlaqəyə girmədən əvvəl istifadə edilir. Qadınlarda vajina axıntısını sıxlığı dəyişdiyi üçün məhsulun fərdi olaraq vajinaya neçə dəqiqə əvvəl yerləşdirilməsi hər qadına görə dəyişir. Bu müddət ortalama olaraq 20-30 dəqiqədir. Məhsul 20-30 dəqiqə əvvəl vajinanın 3-5 sm dərinliyinə yerləşdirilir və vajinada olan axıntıyla birlikdə süni pərdə əriyərək həmin hissədə bir pərdə əmələ gətirir. O əsnada da məhsulun içindəki qırmızı toz qana çevrilmiş olur. Penisin vajinaya girməsiylə süni pərdə cırılır və çölə bakirə bir qadından çıxacaq qədər eyni miqdarda qan çıxır.
SONDA BÜTÜN QIZLARIMIZA ALNI AÇIQ, BAŞI DİK VƏ BƏDƏNLƏRİ QƏDƏRDƏ RUHLARININ DA TƏMİZ OLARAQ AİLƏ QURMASINI DİLƏYİRƏM.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dünya mətbəxi - Hindistan
Ən faydalı 10 qida maddəsi
Bakı Şəhər Halqasının loqosu təqdim olundu
Xoşbəxt ailə qaydaları
''Ali Müsəmma" plovu (foto resept)
Rəqəmlər (6)
İnternetin qiyməti enəcək?
TRT-nin baş direktoru Azərbaycanın ali məktəbinin fəxri doktoru adına layiq görülüb
Brabus Mercedes-Benz yeniləndi
Hər kəs bu yeniyetmədən danışır
Sabahın havası
Şevval Şam yenidən hakim qarşısında-SƏBƏB
İŞİD qorxuya düşüb
Yeni ildə işıqsız qalmayacağıq
Ermənistan hökuməti Qarabağın "müstəqilliyi" layihəsinə rəy verdi
Seda Sayan Bakıya gəlir
Yaz salatı (foto resept)
Məktəbi bitirə bilməyənlər üçün eksternat imtahanlarına qeydiyyat başlayıb
Yuxusuzluq üçün şəfalı daşlar
7 gün ərzində pomidor yeməyin faydaları
Yapon alimindən oruc tutmaqla başlı AÇIQLAMASI
Günün ulduz falı
Bakıdan Sumqayıta 80 qəpiyə
Ermənistan əsirlərin azad edilməsi və meyitlərin qaytarılması ilə bağlı Azərbaycanın təklifinə cavab verməyib
Toyuqlu rizotta(foto resept)
Yuxu
Türkiyədə ən populyar qız adı Zeynəbdir
Məşhur futbolçu "Qalatasaray"ı "Yuventus"a dəyişir
"Nar Bağı" filmi Oskar mükafatına təqdim edilib
Turistlər üçün ən ucuz Avropa şəhərləri
Bu ay böyük savaş başlayır
BÜRCLƏR bizə nə vəd edir? -24 İyun
Müdafiə Nazirliyi cəbhədəki itkilərə aydınlıq gətirdi
Bella Hadidin görünüşü hər kəsin DİQQƏTİNİ ÇƏKDİ-FOTO
“Aşk-ı memnu”nun Bülənti illər sonra – FOTO
Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ
Rianna ərəb milyarderlə nişanlandı - FOTO
Sən bu gün çox gözəlsən! Bəs sabah?..
Dərman bitkilər
Yeni doğulan körpəni necə bəsləmək lazımdır?
Leyla Əliyevanın doğum günüdür
Məkkə gülü haqqında eşitmisinizmi?
Yumruğunuza görə xarekteriniz
Hava haqqında
Qatillə mübarizəyə 100 milyon dollar
İŞİD Türkiyəyə top atdı
ABŞ-ın yeni erməni qorxusu
Çingiz Aytmatovun 85 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək
Qırmızı şərabın faydaları
Cəbhədə uşaq yaralandı
- ŞƏRHLƏR