Gözəllik insanın daxilindədir, yoxsa xarici görünüşündə? Sizə bu xəbərimdə Dünya gözəli yarışmasının indiyədək necə dəyişdiyini təqdim edirəm. Gözəllik yarışması olan "Dünya (Kainat) gözəli" müsabiqəsinin keçdiyi yolları incələdikcə gözəllik anlayışımızın necə dəyişildiyinin fərqinə varacaqsınız. Bu il müsabiqənin 63-cü yaşı tamam olur. İngiltərədəki "Superdrug Online Doctor" 1952-ci ildən bu yana dəyişən ölçüləri: çəki, boy, bədən ölçülərini qeyd etmişdir. Alınan nəticələrə nəzər salanda anlayırıq ki, müasir zamanda nisbətən orta bədən quruluşu dəbdə olsa da, illər boyu gözəllik yarışmasının iştirakçıları arıqlamağa meyl edib. Gəlin daha ətraflı baxaq. Sizə "Dünya gözəli" müsabiqəsinin son 60 ildə keçdiyi yolları təqdim edirəm.
"Gözəllik" müsabiqəsi ilk dəfə Koliforniyanın bir geyim firması tərəfindən 1952-ci ildə başladı.
Amerikalı gözəl həmin firmanın istehsalı olan çimərlik geyimini geyinməkdən imtina etdiyi üçün bu yarışmaya rəqib olaraq "Dünya gözəli" müsabiqəsini təşkil etdi. Cəmi 30 iştirakçı vardı. Çəki isə 60-70 kq arası dəyişirdi.
1955-ci ildə hər iki gözəllik müsabiqəsi birləşdi.
O dövrdə "Amerika gözəli" yarışması "Dünya gözəli" müsabiqəsindən əvvəl başlayırdı.
1959-cu ildə Yaponiyalı Akiko Kojima "Dünya gözəli" müsabiqəsinin qalibi oldu. Boyu müsabiqə iştirakçıları arasında kiçik olsa da, Amerikanın standart boy ölçüsündən 5 sm hündür idi.
1960-cı ildə müsabiqəyə sual-cavab hissəsi əlavə edildi. Hər bir iştirakçı öz milli geyimi ilə çıxıb suallara cavab verirdi.
1965-ci ildə "Amerika gözəli" müsabiqəsi "Dünya gözəli"müsabiqəsindən ayrıldı.
70-ci və 90-cı illərdə məşqlər daxil müsabiqə tam bir ay çəkirdi.
Həmin illərdə şəkillərdən gördüyünüz kimi xanımların boyu uzun və ölçücə incə idilər. Ancaq ildən ilə boy ölçüsü də artdı, bədən ölçüsü də azaldı.
80-ci illərdə isə daha çox idmançı bədəni cəlb etdi.
83-cü illərdə isə geyimlər son dəbə uyğunlaşdırıldı. Saç modelləri qabarıq və dolğun oldu.
Həmin illərdə əksər iştirakçı və qaliblərin çəkisi 55 kq-dan az idi.
Əsl səs-küy 90-cı illərdə, bikinili çıxışlar zamanı yarandı. Müsabiqə daha çox diqqət çəkdi. Gözəllər bikini ilə podiumda özlərini və cazibələrini göstərirdilər. Heç biri 55 kqdan yuxarı deyildi.
Donald Trump 1996-cı ildə müsabiqə təşkilatçılığı ilə məşğul olan şirkətin səhimlərinin yarısını aldı.
1998-ci ilin qalibi Tirinidadlı Tabagolo Wendy Fitzwilliamın boyu 182 sm idi.
2000-ci ildə isə sual-cavab hissəsi ləğv edilir və sadəcə bikini ilə podium keçmək, ziyafət geyimində rəqs və çıxış qalır.
Təbii ki, illər keçsə də bikini ləğv edilmir və bu hissəyə daha çox önəm verilir.
2004-cü ildə gözəllər ziyafət donlarında rəqs edirdilərsə, 2008-ci illərdə bikini ilə rəqs qəbul edilir.
Təşkilatçılar müsabiqə iştirakçıları arasında zərafət və zəkaya dəyər verdiklərini qeyd etsələr də, 2011-ci ildə "Forbes" jurnalına münsiflər heyətindən bir nəfərin verdiyi müsahibədə sadəcə xarici görünüşlərinə görə seçdiklərini etiraf edib.
Gözəl, uzunboylu, arıq olmaq müsabiqənin qalibi olmaq şansı verir. Təbii ki, yaşın da üstünlüyü var. Qaliblərin əksəriyyəti 20-24 yaş arasındadır.
Donald Trump 2015-ci ildə şirkətin bütün səhimlərini alsa da, müəyyən problemlərə görə satmalı olur.
Ən yadda qalan hadisələrdən biri ötən il, yəni 2015-ci ildə Dünya gözəli Filippinli Pia Alonzo olduğu halda aparıcı Kolumbiya gözəli Ariadna Gutierrezi qalib göstərmişdi. Daha sonra həqiqət bəlli oldu və tac Filippinli gözələ təqdim edildi.
XƏBƏR LENTİ
Xaçmaz rayon Mərkəzi Kitabxanasına 80 adda yeni kitab gətirilib
Qoltuqaltını ağardan 3 üsul
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Azərbaycanda orqan köçürmənin qiymətlərinin
Azərbaycanda zəlzələ olub
Anasına 1 milyon xərcləyəcək-SƏBƏB
Facebook-dan pulsuz internet
Yetim qalan yurdum
Müəllimlərin peşə standartları hazırlanacaq
Səhiyyə Nazirliyindən dərmanların qiyməti ilə bağlı açıqlama
Hamiləlikdə özünə qulluq
Makiyaj möcüzələri
"Hüseyn Cavid. Əsərləri" (ilk Türkiyə nəşri, 2013)" kitabının növbəti təqdimatı keçirilib
Kraliçanın ləl-cəvahiratı satışda: 2 milyonluq boyunbağı
Bürclərin sevgidə qorxuları (2)
Leyla Əliyeva millinin üzvləri ilə görüşüb - FOTO
SİM kart telefona yox, qolbağa qoyulacaq
COVID-19-dan sağalanlar yenidən yoluxduqda daha təhlükəli simptomlarla üzləşir
Məktəbəqədər təhsilin dövlət standartları hazırlandı
Şokoladlı fransız ruleti (foto resept)
17 il əvvəl çökmə baş verən mədəndən sağ tapıldı
İdeal insanların həyata baxışı
Azərbaycanda ov mövsümü açıq elan edildi
Yeməklərinizə ləzzət, həyatınıza fayda qatın!
Azərbaycanlılar üçün daha bir Avropa ölkəsinə gediş-gəliş asanlaşdı
Moda tarixində mif və reallıq
Rəssam həbsxanada qalanda - FOTO
HAVA necə olacaq?- 27 APREL
Bəs, Beren Saat hanı?
Məşhur aktyor keçmiş xanımı məhkəməyə verdi-SƏBƏB
Avtomobil kreditləşməsi bərpa edildi
Diş məcunu yerinə… qırmızı şərab
Komandanın prezidenti bütün futbolçulara "Mercedes" hədiyyə etdi
Bakıda duman olacaq, külək əsəcək
“Marvel” filmlərinin ən güclü superqəhrəmanı gəlir - VİDEO
HAVA necə olacaq?
Azərbaycanda güclü qar yağdı
Xəmirsiz pizza (foto resept)
Azərbaycanda dərs ili uzadılır? - Nazir müavinindən AÇIQLAMA
Nə üçün təyyarədə ayaqqabıları çıxarmamalıyıq?
Bakı Metrosunda daha bir qadağa
İsti havalarda maye istifadəsi
Deniz Çakır hicablı qadınlara sataşdı
Sellülitə qarşı ən yaxşı 5 krem
Uşaqlarınızı bu qidalardan uzaq tutun
Sağalmaz dərdin dərmanı tapıldı
Gözəllik ifadəsini dəyişən model
Messi Ronaldoya çatdı
Xamalı peçenye (foto resept)
Azərbaycanda körpə adları: Payızəli, Yazilə...
- ŞƏRHLƏR