Qadin.NET / "Dünya gözəli"müsabiqəsinin keçdiyi yol

"Dünya gözəli"müsabiqəsinin keçdiyi yol

"Dünya gözəli"müsabiqəsinin keçdiyi yol

Gözəllik insanın daxilindədir, yoxsa xarici görünüşündə? Sizə bu xəbərimdə Dünya gözəli yarışmasının indiyədək necə dəyişdiyini təqdim edirəm. Gözəllik yarışması olan "Dünya (Kainat) gözəli" müsabiqəsinin keçdiyi yolları incələdikcə gözəllik anlayışımızın necə dəyişildiyinin fərqinə varacaqsınız. Bu il müsabiqənin 63-cü yaşı tamam olur.  İngiltərədəki "Superdrug Online Doctor" 1952-ci ildən bu yana dəyişən ölçüləri: çəki, boy, bədən ölçülərini qeyd etmişdir. Alınan nəticələrə nəzər salanda anlayırıq ki, müasir zamanda nisbətən orta bədən quruluşu dəbdə olsa da, illər boyu gözəllik yarışmasının iştirakçıları arıqlamağa meyl edib.  Gəlin daha ətraflı baxaq. Sizə  "Dünya gözəli" müsabiqəsinin son 60 ildə keçdiyi yolları təqdim edirəm. 

"Dünya gözəli"müsabiqəsinin keçdiyi yol

"Gözəllik" müsabiqəsi ilk dəfə Koliforniyanın bir geyim firması tərəfindən 1952-ci ildə başladı.

Amerikalı gözəl həmin firmanın istehsalı olan çimərlik geyimini geyinməkdən imtina etdiyi üçün bu yarışmaya rəqib olaraq "Dünya gözəli" müsabiqəsini təşkil etdi. Cəmi 30 iştirakçı vardı. Çəki isə 60-70 kq arası dəyişirdi.  

"Dünya gözəli"müsabiqəsinin keçdiyi yol

1955-ci ildə hər iki gözəllik müsabiqəsi birləşdi. 

O dövrdə "Amerika gözəli" yarışması "Dünya gözəli" müsabiqəsindən əvvəl başlayırdı.  

"Dünya gözəli"müsabiqəsinin keçdiyi yol

1959-cu ildə Yaponiyalı Akiko Kojima "Dünya gözəli" müsabiqəsinin qalibi oldu. Boyu müsabiqə iştirakçıları arasında kiçik olsa da, Amerikanın standart boy ölçüsündən 5 sm hündür idi.  

"Dünya gözəli"müsabiqəsinin keçdiyi yol

1960-cı ildə müsabiqəyə sual-cavab hissəsi əlavə edildi. Hər bir iştirakçı öz milli geyimi ilə çıxıb suallara cavab verirdi. 

1965-ci ildə "Amerika gözəli" müsabiqəsi "Dünya gözəli"müsabiqəsindən ayrıldı.  

"Dünya gözəli"müsabiqəsinin keçdiyi yol

70-ci və 90-cı illərdə məşqlər daxil müsabiqə tam bir ay çəkirdi.

Həmin illərdə şəkillərdən gördüyünüz kimi xanımların boyu uzun və ölçücə incə idilər. Ancaq ildən ilə boy ölçüsü də artdı, bədən ölçüsü də azaldı.  

"Dünya gözəli"müsabiqəsinin keçdiyi yol

80-ci illərdə isə daha çox idmançı bədəni cəlb etdi.

 "Dünya gözəli"müsabiqəsinin keçdiyi yol

83-cü illərdə isə geyimlər son dəbə uyğunlaşdırıldı. Saç modelləri qabarıq və dolğun oldu. 

Həmin illərdə əksər iştirakçı və qaliblərin çəkisi 55 kq-dan az idi. 

 "Dünya gözəli"müsabiqəsinin keçdiyi yol

Əsl səs-küy 90-cı illərdə, bikinili çıxışlar zamanı yarandı. Müsabiqə daha çox diqqət çəkdi. Gözəllər bikini ilə podiumda özlərini və cazibələrini göstərirdilər. Heç biri 55 kqdan yuxarı deyildi.  

"Dünya gözəli"müsabiqəsinin keçdiyi yol

Donald Trump 1996-cı ildə müsabiqə təşkilatçılığı ilə məşğul olan şirkətin səhimlərinin yarısını aldı.

 "Dünya gözəli"müsabiqəsinin keçdiyi yol

1998-ci ilin qalibi Tirinidadlı Tabagolo Wendy Fitzwilliamın boyu 182 sm idi. 

 "Dünya gözəli"müsabiqəsinin keçdiyi yol

2000-ci ildə isə sual-cavab hissəsi ləğv edilir və sadəcə bikini ilə podium keçmək, ziyafət geyimində rəqs və çıxış qalır. 

 "Dünya gözəli"müsabiqəsinin keçdiyi yol

Təbii ki, illər keçsə də bikini ləğv edilmir və bu hissəyə daha çox önəm verilir.  

"Dünya gözəli"müsabiqəsinin keçdiyi yol

2004-cü ildə gözəllər ziyafət donlarında rəqs edirdilərsə, 2008-ci illərdə bikini ilə rəqs qəbul edilir.  

"Dünya gözəli"müsabiqəsinin keçdiyi yol

Təşkilatçılar müsabiqə iştirakçıları arasında zərafət və zəkaya dəyər verdiklərini qeyd etsələr də, 2011-ci ildə "Forbes" jurnalına münsiflər heyətindən bir nəfərin verdiyi müsahibədə sadəcə xarici görünüşlərinə görə seçdiklərini etiraf edib. 

Gözəl, uzunboylu, arıq olmaq müsabiqənin qalibi olmaq şansı verir. Təbii ki, yaşın da üstünlüyü var. Qaliblərin əksəriyyəti 20-24 yaş arasındadır.  

"Dünya gözəli"müsabiqəsinin keçdiyi yol

Donald Trump 2015-ci ildə şirkətin bütün səhimlərini alsa da, müəyyən problemlərə görə satmalı olur.  

"Dünya gözəli"müsabiqəsinin keçdiyi yol

Ən yadda qalan hadisələrdən biri ötən il, yəni 2015-ci ildə Dünya gözəli Filippinli Pia Alonzo olduğu halda aparıcı Kolumbiya gözəli Ariadna Gutierrezi qalib göstərmişdi. Daha sonra həqiqət bəlli oldu və tac Filippinli gözələ təqdim edildi. 

22 aprel 2016
GO BACK