Bakıda hava
USD AZN
EUR AZN

Göbələk şorbası (foto-resept)

 

Tərkibi:

 

300 qram göbələk

1 ədəd orta boy soğan

1 diş sarımsaq

2 y/q kərə yağı

2 y/q duru yağ

2 y/q un

2 su st süd

3,5 su st su

duz

istiot

 

Hazırlanması:

Göbələkləri təmizləmək üçün su dolu qabda yuyun və dilimləyərəq qırağa qoyun. Soğanı və sarımsağı xırda-xırda doğrayın.

Duru yağ və kərə yağını qazana əlavə edin, soğanı və sarımsağı üstünə əlavə edərək duz əlavə edin.

Çəhrayiləşən soğanlara dilimlədiyiniz göbələkləri əlavə edin və suyunu salıb çəkənə qədər qovurun.

Göbələklərin üstünə un əlavə edin və 1-2 dəqiqə xəfif qoxusu çıxana qədər qovurun.

Göbələk şorbası (foto-resept)

Dibini tutmadan az-az südü əlavə edin və qarışdırın. Südün üstünə istədiyiniz hala gələnə qədər su əlavə edin. ( Mən 3.5 stəkan su istifadə etdim, siz daha az vəya çox istifadə edə bilərsiniz.

Duz və istiotları əlavə etdiyiniz şorbanı 5 dəqiqə qazın üstündə, orta dərəcədə qarışdıraraq qaynadın. Qaynayan şorbanın altını söndürüb blenderdan keçirin. 5 dəqiqə daha bişirin və qazın üstündən götürüb servis edin.

Göbələk şorbası (foto-resept)

Səslərin sayı: 0
0
626
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!