2011-ci ilin iyunundan qəbul edilən, 2012-ci ilin yanvarından rəsmən qüvvəyə minən və indiyədək icra olunmamış qalan "İcbari sığortalar haqqında" Qanunun daşınmaz əmlakla bağlı müddəaları 2020-ci ilin yanvarından etibarən cəza mexanizmləri ilə işə düşəcək.
Belə ki, yeni ildən qanunun daşınmaz əmlakın sığortasını icbari edən 2-ci fəslinin icrasına sərt nəzarət mexanizmi tətbiq olunacaq. Öz əmlakını sığorta etdirməkdən yayınanlara qarşı qanunvericilik əsasında məsuliyyət tədbirləri tətbiq ediləcək. Yəni daşınmaz əmlakını icbari sığorta etdirməyənlər cərimələnəcək, üstəlik bu cərimə mexanizmi təxminən avtomobillərin məcburi sığortasından yayınmaya görə tətbiq edilən mexanizmi xatırladır. Bu məsələ hazırda sosial şəbəkələrdə müzakirə olunmaqdadır.
Bakıda evi olan 50 manat, regionlarda 30 manat...
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, hazırda nəzarət etmək üçün məlumat bazalarının inteqrasiyası prosesi gedir, sistemlər birləşdirilir. Sistemlərin birləşdirilməsi üçün işlər bu ilin sonunda başa çatacaq və bu sistem gələn ildən işə düşəcək. İcbari Sığorta Bürosunun sistemində "kupça"sı olanlar görünəcək. Əgər mənzilin sığortası yoxdursa, həmin şəxsin mailinə və yaxud telefonuna mesaj göndəriləcək.
Daşınmaz əmlaka görə bir illik sığorta haqqı Bakı şəhərində 50 manat, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində 40 manat, digər yaşayış məntəqələri və bölgələrdə isə 30 manatdır
Sığorta hadisəsi baş verdikdən sonra sığorta şirkəti əmlak sahibinə Bakı şəhərində maksimim 25 min manat, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində maksimim 20 min manat, digər yaşayış məntəqələri və bölgələrdə isə maksimim 15 min manat ödəyir. İcbari sığorta müqaviləsinin bağlanmamasına görə cərimələrin tətbiqi isə "İnzibati Xətalar Məcəlləsi"nin 569-cu maddəsi ilə tənzimlənir.
Ödəməyəni cərimə gözləyəcək
İcbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslərə 30 manat, vəzifəli şəxslərə 80 manat, hüquqi şəxslərə isə 200 manat cərimə nəzərdə tutulub. 20 gün ərzində icbari sığorta müqaviləsi bağlanmasa əmlak sahibi yenidən eyni məbləğdə cərimə edilir.
Bəs səkkiz il əvvəl qanunvericilik bazası formalaşmış daşınmaz əmlakın sığortası haqqında qanunun tətbiqi niyə ləngiyib? Əmlak sığortasını ödəmək niyə könüllü yox, məcburi xarakter daşıyır? Bu prosesdə qazananlar kimlər olacaq?
Daşınmaz əmlak eksperti Ramil Osmanlının virtualaz.org-a bildirdiyinə görə, beynəlxalq təcrübə ilə yanaşsaq, bu proses könüllü olmalı idi. Amma Azərbaycan hökuməti hesab edir ki, könüllü əmlak sığortasını həyata keçirmək çətin ola bilər və bu mənada daha optimal varant kimi bu məslənin üzərində dayanıblar
"Heç olmasa cərimə məsələsində yumşaq variant seçilməliydi..."
"Hökumətin qərarına görə, yalnız cərimə tətbiqi ilə əhalini bu məsələyə yönəltmək mümkün olacaq. Amma hesab edirəm ki, cərimələrin müddəti olduqca qısadır. Avtomobillərin icbari sığortasında olduğu kimi vətəndaş 20 gün ərzində sığorta olunmursa, cərimə tətbiqinə başlanılır. Əslində belə olmamalıdır, bir optimal variant tapılmalıdır. Əhalini sığortaya cəlb etmək üçün icbari yol seçilsə də, cərimələnmə məsələsində heç olmasa, bir az loyal variant seçilməli idi. Təəssüf ki, qərar bu şəkildədir. Yəqin ki, ilin birinci rübündə məsələnin nə qədər optimal olması müəyyənləşəcək", - ekspert deyib.
R. Osmanlının fikrincə, qanunun daşınmaz əmlakla bağlı müddəalarının bu vaxta qədər gecikməsi Azərbaycanda əmlakın qeydiyyatının tam olaraq başa çatmaması ilə bağlıdır: "Preidentin çoxmənzilli binalarda əmlakın istismara qəbulu ilə bağlı fərmanı var. O prosesin icrası həyata keçirilir, gələn ildən isə sənədsiz fərdi yaşayış evlərinin qeydiyyata alınması prosesinin başlanacağı gözlənilir. Əslində bu proses tam bitəndən sonra bu məsələni qabartmaq düzgün olardı. Növbəti ildə bu barədə fikir söyləmək mümkün olacaq".
Sığorta şirkətləri üçün nəhəng gəlir imkanı açılır
Əgər bu mexanizm işə düşsə və daşınmaz əmlakı olanlar öz əmlaklarını məcburən sığorta etdirsə o zaman sığorta şirkətləri üçün nəhəng gəlir imkanı açılmış olur. Doğrudur, hələlik bu gəlirlərin və daşınmaz əmlakdan məcburi sığorta yığımlarının həcminin nə qədər ola biləcəyini hesablamayıblar.
Sığorta şirkətilərinin bu biznesdən nə qədər qazana biləcəyi haqda danışan ekspert hesab edir ki, hazırda yaşayış fondu ilə bağlı statistik rəqəmlər də dəqiq deyil. İlin sonunda Statsistika Komitəsi bu barədə rəsmi rəqəmləri açıqladıqdan sonra yığımla bağlı dəqiq rəqəm söyləmək olar.
Cərimə tətbiqini həyata keçirəcək İcbari Sığorta Bürosundan isə prosesin niyə məcburi xarakter daşımasına cavab olaraq bildirdilər ki, bu məsələ qanunla müəyyənləşir.
"İcbari sığortalar haqqında" Qanun 2011-ci ildə qəbul olunub. Bu məsələ indiyədək insanların öz öhdəsinə buraxılmışdı. Lakin daşınmaz əmlakını sığorta edənlərin faizi az idi. Ona görə də, 2020-ci ildən nəzərdə tutulub ki cərimə mexanizminə başlanılsın,əhali bu prosesdə aktivləşdirilsin", - İcbari Sığorta Bürosunun əməkdaşı Zaman Zahirzadə virtualaz.org-a bildirib
XƏBƏR LENTİ
Arıqladan cəfəri suyu
FİFA-da korrupsiya qalmaqalı
Ermənipərəst jurnalistin daha bir yalanı - VİDEO
Bakının bu yolları dünyada fərqlənəcək
Manatın məzənnəsində ciddi dəyişiklik
Anamın ətli sırdağı (foto resept)
Anadangəlmə qüsurlu qız MODEL oldu - FOTO
Həyat üçün təhlükə - Bəzi dondurmaların istehsalı dayandırıldı - SİYAHI
Övladınızın ilk müəllimi olaraq izləməli olduğunuz 5 yol
Məşhur cütlüyün oğlundan GÖZLƏNİLMƏZ addım-FOTO
Rusiya Avropa Oyunlarını keçirməyəcək
Dreykin 663 minlik döşəyi diqqət çəkdi
"Hiss etdim ki, elmdə yeni nə isə etməliyəm" - FOTO
Rus dili - Р—Р·
"WhatsApp"a çox pis xəbər
Ermənilərə şərt qoyuldu
Qəhvə içmək ölüm riskini azaldır
BÜRCLƏR bizə nə vəd edir?- 13 Dekabr
Havanı təmizləmək üçün məsləhətlər
Qucağa öyrəşən uşaqlara necə davranmalı?
Dünyanın gözlədiyi XƏBƏR: 15 dəqiqədə KORONAVİRUS TESTİ - FOTOLAR
Nikaha daxil olan qadınların 6,17 faizi yaşı 18-dək olanlardır
Sızanaqlara qarşı nar qabığı maskası
Bakıdan Sarkisyanın şərtlərinə cavab
Emal müəssisəsi əvəzinə çay kənarlarına tökülən Quba alması
Hansı ləkə necə çixar?
Smartfonları başqa cür "yemləyəcəklər"
Gəlinlik yerinə Dinozavr paltarı geyindi-FOTO
Nəhəng dalğa fotosessiya edən cütlüyü “yuyub” apardı - VİDEO
Varşava Universitetində 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib
Qaraciyər yağlanmasının səbəbləri
Müəllimlər imtahan verəcək
Güləşçilərimiz yenə birincidir
"Pokrov" meyvə-tərəvəz bazasında azərbaycanlılar köməksiz qalıblar
Turabi finala qaldı-1 milyon qazana bilər!-FOTO
FİFA prezidenti istefa verdi
Şeyma Subaşı sevgilisindən ayrılıb?
Prezidentin köməkçisi: “İş saatlarına dəyişiklik edilib”
Dünyanın ən böyük avto şousu başladı
Günün qoroskopu:Uğurlu gündür!
İstirahət gününün HAVAsı
Sevgililər günü üçün hədiyyələr
Məşhurların sevdiyi yoqa
Azərbaycan-Rusiya sərhədindəki vətəndaşlarımızla bağlı AÇIQLAMA
“İşğal olunmuş Azərbaycan torpaqlarını tərk edin”
Bu şüşə iPhone-u qoruyacaq
Diqqətli olun: güclü qasırğa yaşayırıq
Saqqız çeynəmək olarmı?
Prezidentin köməkçisi: “Ermənilər qorxurlarsa, işğalı dayandırmalıdırlar” - VİDEO
Dəbli qısaboğazlı çəkmə modelləri