Bakıda hava 10°
USD AZN
EUR AZN
10:46Sima salam herkese necesiz 08:48Xəyalə Murad yeni dərs və iş həftəsində hər birinizi xoş gördük!
41235

Atatürkün övladları

 

Atatürkün övladları

 

Musatafa Kamal Atatürk - o, bütün dünyaya ilham verən, özünə heyran qoyan və imperializm altında qalan xalqlara örnək olan bir mücadilənin qəhrəmanıdı. Onun hərbi, siyasi zəkası bir yana, insani münasibətləri ilə diqqət çəkir. 

Mustafa Kamal qızların təhsil alması, onların cəmiyyətdə yer tutmalarına çox diqqət göstərirdi. Mustafa Kamal övlad sahibi olmağı seçməsə də mənəvi qızları var idi. Onların yeni qurulan Türkiyə cumhuriyyətinə model olacaq qadınlar kimi böyüməsinə diqqət edirdi.  Altı belə qız övladı oduğunu bilirik. Onlardan biri Türkiyənin ilk qadın pilotu Sabiha Gökcen idi. Sabiha altı uşaqlı bir ailənin sonbeşiyi idi. Ata və anasını altı yaşında itirmişdi. Atatürk Bursa səfərində ikən qardaşı ona yaxınlaşdı və bacısının vəziyyətini danışdı. Atatürk Sabihanı özü ilə Ankaraya gətirdi. 

(Atatürk və qızı Sabiha Gökcen)

 

Məktəbi bitirdikdən sonra pilot məktəbinə daxil oldu. Daha sonra SSRİ-də təhsilini davam etdirən Sabiha bombardman təyyarəsi idarəçiliyində ixtisaslaşdı və Türkiyənin ilk qadın müharibə pilotu oldu. 

 

Atatürkün övladları

(Ayşe Afet İnan Atatürk və İnönu ilə birlikdə müzakirə zamanı)

 

İkinci qızı Ayşə Afət İnan idi. Atatürk 1925-ci ildə İzmir səfəri zamanı Ayşəni məktəbdə görmüşdü. Selanikdən köçmüş bir ailənin qızı idi. Özü də selanikli olan Atatürk bu ailəni tanıyırdı. Onun oxumağa olan həvəsini görüb, ailəsindən də icazə alaraq fransızca öyrənmək üçün İsveçrəyə göndərdi. Ayşə Afət İnan Türkiyəyə qayıtdıqdan sonra Türk Tarix Qurumunun quruluşunda iştirak etdi. Daha sonra bu quruma rəhbərlik edən İnan tarix sahəsində bir çox əsərlər yazıb və ağıllı məsləhətləri ilə həmişə atasının yanında olub. 

 

Atatürkün övladları

(Nebile İrdelp toyunda Atatürk ilə rəqs edərkən)

 

Atatürkün üçüncü qızı Nəbilə İrdelp idi. Nəbilə müəlliməlik məktəbindən seçilmişdi. Müəlliməlik etmək üçün Ankaraya gətirilmişdi. Üç il sonra Atatürk onu Viyana

səfurliyinin baş katibi ilə evləndirdi. Ankara Palasda qeyd olunan toyda ata qız birlikdə rəqs etdi. Atatürkün xəstəliyi vaxtı qızı Nəbilə də ağır xəstə idi. Atasından bir müddət sonra o da vəfat etdi. 

 

Atatürkün övladları

(Rüqiyə Ərgin və Atatürk)

 

Atatürkün dördüncü qız Ruqiyə Ərgin idi. Ruqiyəni Konya şəhərinə səyahəti zamanı görmüşdü. O da kimsəsiz uşaqlardan biri idi. Ankaraya gətirildi, oxuduldu, böyüdüldü. Rüqiyə hərbiçi Hüsnü Ərgin ilə evləndi. Atatürk onun toyunu Dolmabağça sarayında etdi. Toyun ilk rəqsi ata qızın valsı oldu. 

 

Atatürkün övladları

(Zəhra Aylin və Atatürk)

 

Atatürkün beşinci qızı Zəhra Aylin idi. Zəhranı bir uşağı evi ziyarətində görmüşdü.  Bu qara qaşlı, qara gözlü, sakit uşaq diqqətini çəkmişdi. Səkkiz yaşlı qızdan adını soruşdu. Qız "Zəhra" dedi. "Zəhra, mənimlə gələrsən ?" dedi. Zəhra da "gələrəm" deyir. Zəhra Çankayaya gətirilir. Zəhra içinə qapalı, sakit bir uşaq idi. Müəllimləri onun ədəbiyyata meyilli olduğunu söyləyirdi. Atatürk Zəhranın təhsilini xaricdə davam etdirməyini istəyirdi. "Bacın (Ayşə Afət İnan) xaricdə tarix oxudu, sən də ədəbiyyat oxu" deyir. Zəhra oxumaq üçün Londona yola düşür və təhsil almağa başlayır. 1935-ci ildə Paris ekspresinə minir və qatar gölün üzərindən keçərkən özünü yaxşı hiss etmədiyini deyib,  dəhlizdəki pəncərəyə yaxınlaşır və bir anda yıxılır. Həyatını xilas etmək mümkün olmur. Bəzilərin bunun bir qəza, bəziləri də intihar etdiyini deyir. Bacısı Sabiha Gökçen intihar ehtimalını əsla qəbul etmir. 

 

Atatürkün övladları

(Atatürk böyik qızı Sabiha və balaca qızı Ülkü ilə)

 

Atatürkün sonuncu, ən sevimli qızı, son nəfəsinə qədər yanından ayırmadığı Ülkü Adatepe idi. Atatürkün anasının Vasfiye adlı övladlıq bir qızı vardı. Zübeydə xanımın ölümündən sonra Atatürk onu dəmiryolları şefi ilə evləndirir. Bacısının uşaq gözlədiyini biləndə məktub yazıb oğlan da olsa, qız da olsa adını Ülkü qoyun deyib. İlk dəfə 40 günlük ikən görüb onu. 50 yaşlı Atatürk ilk dəfə bu qədər balaca uşaq görür və onu çox sevir. Ülkü 9 aylıqkən bir gecə yuxu tutmur Mustafa Kamalı. Maşın göndərib anası ilə Ülkünü yanına gətirir və uşaqla oynayır. Bundan sonra 6 ay ərzində hər gün maşın səhər bacısı ilə uşağı gətirib, axşam aparır. Sonra "Vasfiyə bu iş belə olmayacaq uşağı da al yanıma köç deyib".  Ömrünün son 6 ilini Ülkü ilə bir an ayrımadan keçirib. Xarici səfərlər, rəsmi görüşlər, balolar,xəstələndiyi vaxt avtomobil gəzintilərində, Savarona gəmisində , hər yerdə Ülkü var. Ülkü vacib bir iclasın ortasında qapını açıb içəri girə bilər, böyük bir heyətin qarşısında yerdə otura bilərdi. Atatürk onunla saatlarla gəzər, dənizdə üzər, ona oxuyub yazmaq öyrədərdi. 

 

Atatürkün övladları

(Ülkü)

 

Hər səhər qızı gəlib oyadırmış onu. Bir dəfə Ülkü ağır xəstələndiyi vaxt Atatürkün həkimə söylədiyi sözlər - "ona bir şey olsa mən yaşaya bilmərəm" olmuşdu.

 

Atatürkün övladları

(Ülkü Adatepe)

 

Mustafa Kamal Atatürkün qızlarından başqa mənəvi övladı olan iki oğlu da var idi.

Arzu Məmmədova

Səslərin sayı: 2
1
995
loading...
Şərhlər
Offline
Xəyalə Murad
Mustafa Kamal Atatürkün qızlarından başqa mənəvi övladı olan iki oğlu da var idi.


Əslində onun övladlığa götürdüyü uşaqlardan xəbərsiz idim. Dəyərli və maarifləndirici yazı üçün təşəkkür edirəm
13 noyabr 2019 10:31
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 12:25 - Müəllif: Sima
    Qadınlara 25 milyon ödəyəcək (2)

    Qadınlara 25 milyon ödəyəcək

    Qalmaqallı prodüser Harvi Vaynşteynlə bağlı məhkəmə qərar verib.
  • 12:14 - Müəllif: Sima
    Məşhur müğənni yeni İMİCDƏ (1)

    Məşhur müğənni yeni İMİCDƏ

    Məşhur müğənni yeni İMİCDƏ
  • Ərdoğan məşhur aşpazın qonağı oldu

    Ərdoğan məşhur aşpazın qonağı oldu
  • Həssas dərilər üçün makiyaj tövsiyələri

    Həssas dərilər üçün makiyaj tövsiyələriHəssas dərilər üçün makiyaj tövsiyələri
  • Uşaqları imtahan stressindən qorumağın yolları

    Всем привет. Боялась заказывать за за % оплату. Но все отлично. До Твери шла ровно 8 дней шведская стенка как и говорили. Все оперативно. ?нструкция понятная, собрали быстро. Правда одна конструкция была без отверстий для крепления к стене, пришлось делать самим, но это ничего по сравнению с эмоциями получаемых от данной стенки. Дети и взрослые в восторге. Анастасия, спасибо огромное.
  • BÜRCLƏR bizə nə vəd edir?- 16 Dekabr

    BÜRCLƏR bizə nə vəd edir?- 16 Dekabr
  • Tonal krem ləkəsini necə təmizləməli?

    Qab yuyan şampundan ləkənin üstünə damladın və bir neçə dəqiqə gözləyin
  • Həftənin ən zövqsüz ulduzu oldu-FOTO

    Sert 2 xal verdiyi Belçimin ünvanına "Bədəninə uyğun olmayan, yanlış bir tərzdir. Bütün parçalar uyğun gəlmir. Çəkmələr isə heç uyğun deyil" deyib.
  • Məşhur Maqnat 150 milyonluq ev aldı

    Avstraliyalı media maqnatı Rupert Mördok oğluna 150 milyon dollara malikanə satın alıb.
  • Qadınlara 25 milyon ödəyəcək

    Qərar hələ tam qüvvəyə minməyib. Bunun üçün həm şikayətçilərin, həm də qarşı tərəfin razılığı tələb olunur.
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )