Bakıda hava 13°
USD AZN
EUR AZN
09:39Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41129

Gözüm yoldadır (şeir)

Gözüm yoldadır (şeir)

A dostlar, bir qumral tərlanım uçdu,

Yollarda yolçum var, gözüm yoldadır.

On beş gün ayrılıq, on beş il keçdi,

Öldürdü intizar, gözüm yoldadır.

 

Hanı mənim arxam, qolum-qanadım,

Hörmətim, izzətim, şöhrətim, adım?

Qardaş bərabəri, gözəl arvadım,

Söyləyin, durnalar, gözüm yoldadır!

 

Getmişdi on günə, çıxdı on beşə,

Neçin saldı məni belə təşvişə?

Demədimmi saqın, könül bir şüşə,

Gec gələrsən, sınar, gözüm yoldadır.

 

О ki, verdi sənə həm var-yoxunu,

Qəlbimə sapladın hicran oxunu,

Yastığından aldım gözəl qoxunu

Yastığın gül qoxar, gözüm yoldadır.

 

Ey vəfasız, sənin ürəyin daşdan,

Neyçin söyləmədin, gülüm, bu başdan:

“Yarı az sevirəm qohum -qardaşdan” .

Qohumlu baxtavar, gözüm yoldadır!

 

Əhməd Cavad

 

Səslərin sayı: 0
0
241
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış