Bakıda hava 10°
USD AZN
EUR AZN
15:24Sima bazar gunude hami yatibki 08:58Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41206

"Təbriz" Mədinə Gülgün

 

Təbriz

 

"Təbriz" Mədinə Gülgün

 

 

Qartal oylağısan, şahin yuvası,

Sən ey Səttarxanlar məkanı, Təbriz!

Olubsan aslanlar, şirlər ovası,

Tutubdur şöhrətin cahanı Təbriz!

 

Artıq sellər kimi axmaz göz yaşın,

Azad nəfəs alır torpağın, daşın,

Mahnılar oxuyur bacın, qardaşın.

Gül əvəz eləyir tikanı, Təbriz!

 

Baxıram hüsnünə dalıram xeyli,

Sanki vurulmuşdur Məcnuna Leyli;

Olma əziz diyar bir də gileyli,

Könlümün sevimli cananı Təbriz!

 

İntiqam şüarın salma dilindən,

Ayrılma heç zaman dönməz elindən,

Qalsın bu söz sənə yadigar məndən,

Ol məzlum köməyi, həyanı Təbriz!

 

Könlümdə bar verir böyük arzular,

Çatsın xoş günlərə qoy tamarzılar.

Tarixlərdə qızıl xətlər yazılar:

Oldun azadlığın nişanı Təbriz!

 

Mədinə Gülgün

Səslərin sayı: 0
0
342
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış