Xəbər verdiyimiz kimi, Rusiya əmək haqqının saxlanması şərti ilə işsizliyin qarşısını almaq və həyat keyfiyyətini artırmaq üçün həftədə 4 günlük iş rejiminə keçməyə hazırlaşır. Belə ki, Rusiyanın Müstəqil Həmkarlar İttifaqları Federasiyası ölkənin Əmək və Sosial Müdafiə Nazirliyinə dörd günlük iş həftəsinə keçidlə bağlı təklif göndərib. Bu barədə Federasiyanın saytında bildirilib. Cari ilin iyun ayında Cenevrədə keçirilən Beynəlxalq əmək konfransında Rusiyanın Baş naziri Dmitriy Medvedyev də bu ehtimalı dilə gətirmişdi. Rusiyanın Müstəqil Həmkarlar İttifaqları Federasiyasının təklifində iş günlərinin sayının azalması fonunda əmək haqqının əvvəlki kimi qalması əsas şərt göstərilib. Federasiya rəsmisi Yelena Kosakovskaya bildirib ki, hələlik Rusiyada 4 və ya 3 günlük iş həftəsinə keçən şirkətlər bunu maliyyə çətinliklərinə görə edirlər. Belə ki, onlar əməkdaşların iş saatı ilə bərabər, məvacibini də azaldırlar.
Rusiya əhalisi arasında aparılan sorğu nəticəsində isə məlum olub ki, sakinlərin 43 faizi həftədə 4 gün işləmək sisteminə qarşıdır. Belə ki, əhali az işləyəcəyi halda əmək haqlarının azalmasından qorxur. Lakin Rusiya dövləti əhalinin 4 həftəlik iş sistemində də mövcud maaşları saxlamağı hədəfləyib.
Xatırladaq ki, dörd günlük iş həftəsinə keçid bir sıra ölkələrdə artıq baş tutub. Hələ ki bu təcrübə faydalı iş əmsalının yüksəlməsinə gətirib çıxarır. Artıq Yeni Zelandiya, Böyük Britaniya və Yaponiyada da bir çox şirkət işçilərə həftədə 3 gün istirahət verməyə başlayıb. Bu təcrübənin Azərbaycanda da tətbiq edilməsi bir neçə gündür ki, mətbuatda müzakirə edilir. Görəsən, Azərbaycanda iş günlərinin sayı azaldıla bilərmi? Azərbaycanın iqtisadiyyatı, əmək bazarı buna hazırdırmı?
Milli.Az bildirir ki, "Yeni Müsavat"a açıqlamasında bu sualları cavablandıran iqtisadçı ekspert Pərviz Heydərov bildirdi ki, 4 günlük iş sisteminə keçid inkişaf etmiş ölkələr, o cümlədən Avropa ölkələri üçün məqbul sayılsa da, Azərbaycan kimi ölkələr üçün indiki şəraitdə məqbul sayılmır: "Çünki 4 günlük iş rejiminə keçid bilavasitə iqtisadiyyatın inkişafı ilə bağlı olan bir məsələdir. Qanunvericilik yolu ilə kompleks şəkildə onu Əmək Məcəlləsində tətbiq etmək indiki şəraitdə real deyil. Ayrı-ayrı müvafiq strukturlarda, bu və ya digər sahibkarlar tərəfindən tətbiq edilə bilər. Ancaq dövlət tərəfindən kompleks halda qanunvericilikdə tətbiqi çətin məsələdir. Çünki iqtisadiyyat o qədər inkişaf etməlidir ki, 4 günlük iş rejiminə keçilə bilsin. Bu zaman iqtisadi və texnoloji inkişaf nəticəsində iqtisadiyyatda, istehsalda insan amili minimum səviyyəyə enməlidir".
İqtisadçı ekspert onu da vurğuladı ki, Azərbaycanda hətta bayram günləri şənbə-bazar günləri ilə yanaşı düşdükdə, cəmiyyətin bir sıra sahələrində problemlərin yaşanması müşahidə edilir: "Buna bankları misal çəkə bilərik ki, sonradan bu məsələ bir qədər yoluna qoyuldu. İndi bayram günlərində bəzi banklar işləyir. Azərbaycanda 5 günlük iş rejimi belə iqtisadiyyat üçün ağırlıq təşkil edir. Bəzi müəssisələrdə 6 günlük iş rejimi tətbiq olunur. O səbəbdən bu məsələnin müzakirəsi hələ tezdir".
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası sədri Sahib Məmmədov isə hesab edir ki, Azərbaycanın əmək bazarı bu keçidə hazır deyil: "Ümumiyyətlə, region ölkələrində Rusiya, Azərbaycan, Gürcüstan üçün iş yerlərində işçinin faydalı iş əmsalını artırmaq kimi problemi hələ də durur. Bizdə işçi 8 saat işləyib, Avropa işçisinin 4 saat ərzində verdiyi məhsuldarlığı verə bilmir. İlk növbədə buna əməyin təşkili və texnoloji məsələlər mane olur. Ona görə də nə Rusiya, nə də Azərbaycanın əmək bazarı bu keçidə hazır deyil. Ola bilər ki, Rusiyanın hər hansı bir yerində, məsələn, Moskva şəhərində bu eksperiment şəklində aparılsın, amma bütöv Rusiya ilə yox. Eləcə də Azərbaycanda vəziyyət belədir. Təsəvvür edin ki, özəl sektor, qeyri-formal əmək bazarı, ictimai nəqliyyat hamısı işləyir, amma dövlət orqanları, büdcə təşkilatları, məktəblər, ali təhsil müəssisələri 4 gün işləyib, 3 gün evdə olurlar. Bu, cəmiyyətdə disbalans yaradar. Ona görə də bu, Azərbaycan üçün mümkün olmayan məsələdir".
XƏBƏR LENTİ
Sərdardan xanımına ad günü sürprizi-FOTO
Bayramda çəkini necə qorumalı?
Hər kəs bu toydan danışır!-FOTO
Kraliçanın sarayında yolka bəzəndi - FOTO
İlham Əliyev idman tədbirində
Plastik əməliyyatlar Məryəmi belə dəyişdi - fotolar
Günün qoroskopu: kommersiya üçün pis vaxt deyil
Conni Depp yenidən evlənir?-FOTO
Yeni ildə nə geyinəcəksiniz?
"Bəlkə yadplanetli axtarışı strategiyamız yalnışdır?"
Uşaqların sevmədiyi oyuncaqlar
Aldığınız yağın kərə yağı olduğunu necə bilmək olar?
Ginnesin Rekordlar Kitabına düşən məşhurlar
Azərbaycan məktəblərinə soyuqla gələn problem
Təyyarədə qadınlar üçün xüsusi oturacaqlar olacaq
"Ayıb" mentaliteti bizi hara aparır?
"Səma şəhəri"ni duman basıb
Yaşlanmağa dur demək istəyirsinizsə, bu təklifləri nəzərə alın!
İrina Şeykin gecə libasları
Müəllimlər maaşı artımla alacaq
Övladınızla dil tapmağa yardım edəcək məsləhət
Koronavirus kişilərdə sonsuzluq yaradır?
Məşhur aktrisa və əri həbs edildi-SƏBƏB
Feyxoa cemi və ya mürəbbəsi
Qız uşaqları üçün toxunma papaq (video xəbər)
Mariya Şarapova məşhur serialda-FOTO
Məcburi köçkünlərə qurban əti paylanılıb
Xüsusi hekayəsi olan tatular
19 yaşlı gənc elə rekord vurdu ki..
PUA ilə düşmən hədəflərini məhv etmiş şəhidimiz
Nurgül Yeşilçay məşhur brendi lağa qoydu
Yüksək təzyiqin zərərləri nədir?
Akın Akınözdən evlilik xəbərlərindən danışdı
Hərbi cinayətlərlə bağlı RƏSMİ AÇIQLAMA
Eyeliner çəkilmə qaydası
Qazaxıstanda mistik yuxu xəstəliyi
Coni Depp rekord qırdı - FOTO
Evini boyamaq istəyənlər üçün
Dövlət Komitəsi: Ramazan bayramı dini amillərdən asılı olduğundan fitva vermək səlahiyyəti QMİ-nindir
Hamiləlik dövründə necə yatmalı?
Kıvanç Tatlıtuğ “Çukur”a gəlir?
Kişiləri necə anlayaq?
Gül kələmi salatı (foto-resept)
Əl işlərim
Uşaqlar üçün böyük xəstəlikləri
Yunanıstanı iqtisadi böhranın ardınca təbii fəlakət vurdu
Tələbələrin nəzərinə!
Selena Gomez 26 yaşını belə qeyd etdi -FOTO
Bakıda kater və yaxtalar sərgisi keçiriləcək.
Qan qrupunuza görə bunları bilməlisiniz!
- ŞƏRHLƏR