Rusiya paytaxtında Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan Günü təşkil edilib və iftar verilib.
Qadin.Net report-a istinadən xəbər verir ki, mayın 14-də Rusiya Müftilər Şurasının dəstəyi ilə Moskvada “Poklonnaya qora”dakı məscidin yaxınlığında təşkil olunan tədbirdə ictimai təşkilatların, Azərbaycanın bu ölkədəki səfirliyinin, Heydər Əliyev Fondunun və azərbaycanlıların digər diaspor təşkilatlarının nümayəndələri, eləcə də müxtəlif millətlərdən olan dindarlar, ümumilikdə 1000-dən çox insan iştirak edib.
Əvvəlcə “İxlas” Fondunun nümayəndəsi Anas Məmmədov müqəddəs ayın mahiyyətindən, oruc tutmağın faydasından danışıb.
Tədbirdə çıxış edən “Əhli-beyt” cəmiyyətinin sədri Nizami Baloğlanov bildirib ki, Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən iftar süfrəsi ilk öncə Azərbaycanda islam dininə olan hörmətin göstəricisidir.
Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev çıxış edərək, səfir Polad Bülbüloğlunun salamlarını qonaqlara çatdırıb. O, 1993-cü ildən Ramazan bayramının Azərbaycanda dövlət səviyyəsində qeyd olunduğunu bildirərək, müsəlmanların bayramını təbrik edib.
Rəsmi çıxışlardan sonra müğənni Samir Salam dini mahnılar və xalq mahnıları ifa edib. Sonra müqəddəs Qurani-Kərimdən surə və iftar duası oxunub. Həmvətənlərimiz iftar süfrəsinə düzülmüş Azərbaycan milli yeməklərindən və şirniyyatlarından dadıblar.
Tədbirdə Azərbaycan haqqında videoçarx nümayiş etdirilib. “Baku” jurnalının nüsxələri, multimedia diskləri, ölkəmizin gözəl məkanlarının əks olunduğu açıqcalar paylanılıb.
Qeyd edək ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi artıq 14 ildir, Rusiya Müftiləri Şurasının “Ramazan çadırı” layihəsində iştirak edir.
XƏBƏR LENTİ
Bakıda benzin krizi: yanacaqdoldurma məntəqələrində satış dayandırılıb
Klaç çanta modelləri
Ömrünüz uzansın deyə...
Damla şokoladlı paxlava (foto resept)
Azərbaycan cəmiyyəti bunu qəbul edə bilməz
Stiven Hokinq və özünə inam
Unikal hind monastırı
Bədəndən öncə ruha toxun
HAVA necə olacaq?
Məşhur müğənni koronavirusa yoluxdu-FOTO
Azərbaycana payız gəldi
BÜRCLƏR bizə nə vəd edir? -17 MAY
İngiltərədə “super yoluxduran” qadın
Çuğundurlu ətli şorba
Ailədə uşaqların tərbiyəsi
NASA AÇIQLADI: oktyabrın 12-də...
İngilis dili-XXV-Dərs
Kirayə mənzil: problemdən necə qaçmalı?
Britni Spirs ərə gedəcək - FOTO
İlin rəngi: klassik mavi
SMS icazə olmadan evi tərk edənlər cəzalandırılacaq - RƏSMİ
Badımcanın faydaları
Moskvada hava limanı iflic oldu
Nəqliyyatçıların maaşı artıb
Şeyx Fəxri fərmana layiq görüldü
Jirinovski "erməni genosidi"nə səs verənləri qınadı
Səfir: "İsrail Azərbaycanla tərəfdaşlığa xüsusi önəm verir"
Nazirlikdən növbəti “tələ” barədə XƏBƏRDARLIQ
Hər işçiyə əlavə 1000 dollar veriləcək - Evdən işlədikləri üçün - VİDEO
WhatsApp-da yeni virus aşkar olunub - XƏBƏRDARLIQ
Bakının azad edilməsinin 100 illiyi
Onlar xərçəngdən qoruyur
Günün ulduz falı
Billi Aylişin anası qızının qeyri-adi asılılığından danışdı - VİDEO/FOTO
Sabah küləkli gün olacaq
Qadınlara ərlərinin telefonuna baxmaq qadağan edildi
Ən böyük mavi almaz tapıldı
Gözəl saçlar üçün 6 qızıl qayda
İlin ən çox qazanan yazıçıları - SİYAHI
Düşünməyi sevənlərə özəl (1)
Şəkil çəkmək üçün praktik üsullar
O mükəmməl bədən kimindir?
"Fənərbağça" Azərbaycana gəlir
Boliviyanın müvəqqəti prezidenti koronavirusa qalib gəldi
Pendirli toyuq (foto resept)
Dünya gəldiyi üçün valideynlərini məhkəməyə verdi
Prezident inauqurasiya günü baba oldu
Günün qoroskopu: tələskənlik, qaçaqaç olmayacaq
Türkiyədə zəlzələ olub
Bakıda 90 minə mobil nömrə