Bakıda hava 25°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
12:31PERI hello millet necesiz 11:47Sima salam qizdar oruclug nece kecir 11:16Feride Hamiya salam! 10:06Xəyalə Murad Sabahınız xeyirli,gününüz uğurlu olsun,Əziz Qadin.Netlilər!
40467

Yasin Quliyev ödənişsiz təhsil alacaq

 

Yasin Quliyev ödənişsiz təhsil alacaq


ABŞ-ın bir çox universitetlərinə qəbul alan Yasin Quliyevin atası sosial şəbəkələr və bəzi KİV-lərdə yayılan məlumatlara aydınlıq gətirib.

 Qadin.Net xəbər verir ki, gəncin atası trend-ə bildirib ki, oğlu saytlarda deyildiyi kimi, 56 min dollar təqaüd almayacaq. Onun sözlərinə görə, oğlu ABŞ-ın bir çox universitetlərindən qəbul alsa da, Türkiyəni seçib:

"Bu proseslər bir günün içində baş verməyib, Yasin xeyli müddətdir ki ABŞ-dan qəbul alıb, o cümlədən də Bahçeşehir Universitetində təhsil haqqından azad olunub. Ancaq biz düşündük ki, o, Türkiyənin Sabancı universitetində oxusun".

Oğlunun 56 min dollar təqaüd alacağı ilə yayılan xəbərlərə gəldikdə isə, o, bunu təkzib edib:

"Heç kəs Yasinə 56 min dollar pul verməyəcək. Oğlumun ixtisası üzrə (Kompüter mühəndisliyi) illik təhsil haqqı 18 min dollardır. Universitet Yasini təhsil haqqından azad edib. Ödəniş yalnız yaşayış üçün olacaq".

Yasin Quliyev hazırda fizika-riyaziyyat təmayüllü məktəbdə oxuyur

Səslərin sayı: 1
0
214
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış