Bakıda hava 18°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
11:25Sima sizinde sabahiz xeyir 09:42Xəyalə Murad Sabahınız xeyirli,gününüz uğurlu olsun,Əziz Qadin.Netlilər!
40323

Paytaxt salatı (foto resept)

 

Tərkibi:

 

1 balaca banka göy noxud

200 q ət (qoyun ya da mal əti)

3 ədəd yumurta

3 ədəd kartof

2 ədəd yerkökü

2 balaca  xiyar turşusu

1 ədəd təzə xiyar

2-3 ədəd turp

Keşniş, şüyüd, göy soğan

Duz

İstiot

Xama ya da mayonez (50-50 hər ikisini qarışdıra da bilərsiniz)

 

Hazırlanması

Suya duz töküb əti bişiririk. Soyuyandan sonra xırda doğrayırıq. Kartofu, yerkökünü və yumurtanı suda bişiririk. Soyuduqdan sonqa qabığını təmizləyirik. Kartofu xırda dörd künc doğrayırıq.

Yerkökünü xırda dörd künc doğrayırıq. Yumurtanı xırda dörd künc doğrayırıq. Tutma xiyarı xırda dörd künc doğrayırıq. Tər xiyarı xırda dörd künc doğrayırıq. Turpu xırda dörd künc doğrayırıq.

Paytaxt salatı (foto resept)

Göyərtiləri xırda doğrayırıq. Doğranmış ərzaqların hamısını bir qaba töküb qarışdırırıq. Qarışığa duz və istiot səpib qarışdırırıq. Xama ilə ya da mayonezlə qarışdırırıq.

Nuş olsun!

Paytaxt salatı (foto resept)

Səslərin sayı: 0
0
291
Loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!