Tərkibi:
1 balaca banka göy noxud
200 q ət (qoyun ya da mal əti)
3 ədəd yumurta
3 ədəd kartof
2 ədəd yerkökü
2 balaca xiyar turşusu
1 ədəd təzə xiyar
2-3 ədəd turp
Keşniş, şüyüd, göy soğan
Duz
İstiot
Xama ya da mayonez (50-50 hər ikisini qarışdıra da bilərsiniz)
Hazırlanması
Suya duz töküb əti bişiririk. Soyuyandan sonra xırda doğrayırıq. Kartofu, yerkökünü və yumurtanı suda bişiririk. Soyuduqdan sonqa qabığını təmizləyirik. Kartofu xırda dörd künc doğrayırıq.
Yerkökünü xırda dörd künc doğrayırıq. Yumurtanı xırda dörd künc doğrayırıq. Tutma xiyarı xırda dörd künc doğrayırıq. Tər xiyarı xırda dörd künc doğrayırıq. Turpu xırda dörd künc doğrayırıq.
Göyərtiləri xırda doğrayırıq. Doğranmış ərzaqların hamısını bir qaba töküb qarışdırırıq. Qarışığa duz və istiot səpib qarışdırırıq. Xama ilə ya da mayonezlə qarışdırırıq.
Nuş olsun!