Çörək bol olsa, basılmaz vətən deyib atalar. Amma bolluq da bəzən israfçılığı gətirib çıxarır. Nəticədə tonlarla çörək tullantı kimi zibil qutularına atılır.
Bu səbəbdən də Azərbaycanda boyat çörəyin təkrar emala göndərilməsi təklif edilir.
Qadin.Net bildirir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə doğru" proqramı maraqlı süjet hazırlayıb.
Pərviz Əliyev - Aqrar Tədqiqatlar Mərkəzinin rəsmisi: "Hər il ölkə üzrə 20% çörək israf edilir. Bu isə 240 ton buğda deməkdir. Əkin torpaqlarının da 80 min hektarının lazımsız istifadəsinə gətirib çıxarır".
Ekspertlər hesab edir ki, təklif arzuolunan sayılsa da, vətəndaşlar təkrar emal çörəyini almaqdan boyun qaçıracaq. Bundan əlavə həmin istehsala nəzarət daha sərt və ciddi şəkildə aparılmalıdır.
Eyyub Hüseynov - Azad istehsalçılar birliyinin sədri: "Vətəndaşların əksəriyyəti təzə çörək almaq və yemək istəyir, əgər atılan çörək təkrar emala gedərsə, həmin texnikanı zay edə bilər".
Mərdan Tağıyev - Texnoloq: "Əgər çörək keyfiyyətli bişirilmirsə, onu 1-2 gündən artıq saxlamaq mümkün deyil. Hətta istehsal olunan çörəklərə fikir versəniz, onların istehsalında qatqılardan istifadə olunur, rezin kimi dartılır. Bu da vətəndaşları təzə çörək almağa vadar edir".
Çörəyin təkrar emalı üçün təklifər içərisində xüsusi yığım yerlərinin hazırlanması, kiçik həcmli çörəklərin satışa çıxarılması, eləcə də onun qiymətinin aşağı salınması da var.
Pərviz Əliyev - Aqrar Tədqiqatlar Mərkəzinin rəsmisi: "Təkrar emaldan sonra dövriyyəyə cəlb oluna bilər. Əlbəttə, bundan sonra da çörəyin qiymətində azalma olacaq. Bir və iki nəfərlik ailələr üçün də kiçik ölçülü çörəklər istehsal olunacaq".
Fazil Mustafa - Deputat: "İsrafçılığın da qabağın almaq üçün ciddi təbliğat aparmaq lazımdır. İnsanlar nümunə olmalıdır. Bunun üçün qanunda dəyişikliyə ehtiyac yoxdur. İstənilən şəxs bunu edə bilər".
Hazırda dünyanın əksər ölkələrində çörəyin təkrar emalı həyata keçirilir. Bununla həm israfın qarşısı alınır, həm də qida təhlükəsizliyinə əməl olunur.
XƏBƏR LENTİ
Duen Conson dəmir darvazanı sındırdı- FOTO
Sizi sakitləşdirəcək nəfəs məşqləri
"Sandıq "salatı (foto-resept)
Gəlin buketləri
Yuxusuzluğa qarşı necə mübarizə aparmalı?
Çində koronavirusla bağlı məlumatların gizlədilməsinin səbəbi açıqlandı
Uzunömürlülər
Nüsrət minlərlə izləyicisinə hədiyyə payladı - VİDEO
2020-ci ilin Bürclər üzrə PROQNOZU
Pensiyaçılara bayram müjdəsi
Daha bir ayrılıq nişanəsi-FOTO
2014-cü ildə Azərbaycan dövlət büdcəsinin xərcləri 25 milyard manatı ötəcək
2018/19 Payız - Qış aksesuar trendləri
Putin Lukaşenkoya az yatmasından şikayətlənib
Kıvanç ərəb qadınların təklifini rədd etdi-SƏBƏB
Yayda sağlam qidalanma üçün tövsiyələr
Ən güclü Mercedes S-Class göstərildi
Döymə həvəskarı olan 77 qadın-FOTO
Məşhur aktrisa evinə girən fanatlarından yazdı-FOTO
Arıqladan dadlı detoks
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanıb - VİDEO
Məşhur otel sahibindən Adelə inanılmaz təklif
Türk kürəyinə alman bıçağı
Sərt karantin rejiminin qüvvədə qaldığı rayon və şəhərlər: Həftəsonları nəqliyyat işləməyəcək - SİYAHI
Göz makiyajı edərkən gözləri necə qoruya bilərik?
II Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək
Gəncədə 2193 abituriyent qəbul imtahanında iştirak edib
Çəhrayı ürək tortu(foto resept)
Narın faydası və zərəri
Ebrudan HAMİLƏLİK açıqlaması
İran Xəzər sahilində AES tikəcək
Bakıda keçiriləcək I Avropa Oyunlarının loqosu "Atletiko Madrid"in idman formasında əks olunacaq
"İran Qarabağ münaqişəsinin nizamlanmasında da rol oynaya bilər" - Natali Qule
Qəzzada atəşkəs pozuldu
Bütün ilboyu yay
Krediti xarici valyuta ilə alanların taleyi necə olacaq?
Kayli Cenner şirkətinin 51%-ni REKORD Məbləğə Satır
Beşinci dəfə Ceyms Bond olacaq-FOTO
II və III qrup üzrə qəbul imtahanının nəticələri açıqlanıb
Gülşən qazancından danışdı-FOTO
Uşaqların istedadını üzə çıxarmaq üçün...
Paxlava (foto resept)
Fetoskopi və ya ana bətnində fotoşəkil
Psixoloji gərginlik yaradan filmlər
Şuşasız 22 il...
Tezliklə Bakıda "şeytan təkəri" işə düşəcək
Cennifer Lopez məhkəməlik oldu-SƏBƏB
Günün ulduz falı
Mahir sinoptiklər
Tarixin ən böyük yalanları
- ŞƏRHLƏR