Azərbaycan Tibb Universitetində fəaliyyət göstərən peşəkar ürək cərrahları mütəmadi olaraq uşaqlarda da müxtəlif xarakterli əməliyyatlar keçirirlər. Bu yaxınlarda ATU-da 2 yaşlı qızda "qulaqcıqarası çəpərin defekti" ilə bağlı əməliyyat aparılıb.
ATU-nun ürək-damar şöbəsinin müdiri, ürək-damar cərrahı, uzman həkim Mirəli Məcidov Milli.Az-a deyir ki, bu, anadangəlmə qüsurlar arasında ən çox rastlanan patologiyalardan biridir: "Bu patologiyaları düzəltmək mümkün olmur. Ona görə də standart protokollara görə, bütün hamilə qadınlarda fetal exo kardioqrafiya aparılır. Bu zaman dölün ürək funksiyası, ürəkdə hər hansı bir patologiyanın olub-olmaması dəqiqləşdirilir".
Uzman həkim Mirəli Məcidov 4 ildə təxminən 1000-dən çox açıq ürək əməliyyatı aparıb. Onun praktikasında qulaqcıq arası çəpərin defekti olan xəstələr arasında 2 yaşlı bu uşaq ən gənc xəstə olub.
M.Məcidovun sözlərinə görə, bəzi patologiyaların doğuşdan sonra aradan qaldırılması çox çətindir. Bəzən elə hallar olur ki, həkimlərin qərarı ilə dölün inkişafını sonlandırılmasına dair qərar verilir: "Azərbaycanda fetal exokardioqrafiya hələ yeni tətbiq olunur. Türkiyədə, Avropa ölkələrində bu, hamilə qadınların standart yoxlanışına aid edilib. Belə olarkən, döldəki patologiyalar hamiləlik zamanı aşkarlanır və lazımi tədbirlər görülür. Məsələn, hansısa patologiya aşkarlananrsa, bu zaman valideyn də, həkimlər də uşağın xəstəliklə doğulacağına hazır olur, xüsusi həkimlər tapılır, plan-proqram hazırlanır, uşağın doğulan kimi əməliyyatına hazırlıqlar aparılır və s."Həkimin sözlərinə görə, bəzən körpə 1 yaşının tamamına kimi onda hansısa xəstəliyin olduğu bilinmir: "Bəzən xəstələrdə təsadüfi müayinə zamanı patologiyalar aşkarlanır. Adətən uşaq düzgün qidalana bilməyəndə, təngənəfəs olanda, böyüməsində problem olduqda, tez-tez tənəffüs yolunun infeksiyası yaşandıqda, valideyn şübhələnib həkimə müraciət edir. Bəzən belə uşaqlar mərkəzdən kənarda, bölgələrdə yaşayır. O uşaqlarda xəstəlik təxminən 6-7 yaşında aşkarlanır. Bəzən hətta 50-60 yaşına qədər bu xəstəliklə yaşayan, amma bundan xəbərsiz olan xəstələr olur. Belə yaşlarda xəstə əməliyyat şansını itirmiş olur. Əgər bu cür patologiyaya vaxtında müdaxilə olunmazsa, xəstədə ürək çatızmazlığı formalaşır. Onu ürək və ağciyər transplantasiyası kimi ağır əməliyyatlar gözləyir. Bu da təbii həm maddi, həm mənəvi yöndən xəstə üçün böyük travmadır".
Həkim bütün valideynlərə məsləhət görür ki, hər kəs öz uşağını ürəyini exokardioqrafiya etdirsin. Çünki bəzi xəstəliklər simptomsuz keçdiyinə görə, onların vaxtında aşkarlanması çox vacibdir. Belə olanda xəstəliyə vaxtında müdaxilə edib uşağı müalicə etdirmək mümkündür.
XƏBƏR LENTİ
Hava haqqında
Öskürəyə qarşı ballı qəhvə
Ədviyyatlar xərçəng yarada bilər
"Mançini "Yuventus"a öz gücünü göstərmək istəyəcək"
Magistraturaya qəbul qaydaları sadələşdirilib
Azərbaycana yaz gəldi
JLo Baham adalarında istirahət edir-FOTO
Müəllim yıxıldı, utandı və arıqladı - FOTO
Zod qızıl yatağı qarşısındakı qapı Azərbaycan bayrağının rənglərinə boyandı - VİDEO
Dəbli və zövqlü koftalar
Niyə evliliklərin çoxu ayrılıqla nəticələnir?
İnamı qalmayanlar üçün
Ayaqqabı modelləri
Azərbaycanda sərf edilən internet-trafikin həcmi rekord göstəriciyə çatdı
Azərbaycanlı futbolçu dünyanı şoka saldı-video
Güclü və sağlam dırnaqlara necə sahib olmalı?
Özcan Denizin keçmiş xanımından Gözlənilməz FOTO
Zəncəfilin faydası haqqında
Qidalarımıza həşərat öldürən maddə qatılır? - RƏSMİ CAVAB
BÜRCLƏR bizə nə vəd edir? -7 İyun
Monika Belluçi qala gecəsinə qatılıb-FOTO
Xınalıq sakininin unikal ev muzeyi
Rəsmi Bakıdan Pakistana TƏBRİK
Evinizin havasını bir anda dəyişəcək dekorasiya məsləhəti
Sabah hava necə olacaq?
Heyva şirniyyatı (foto resept)
Ermənistan İsrailin Azərbaycana silah satışını dayandırmasını tələb edib
Qızılgüllərdən gözəl kompazisiya
Saç boyamadan əvvəl...
Erməni deputat: "Azərbaycan ordusu əsas qüvvələrini döyüşə atmamışdı"
Azərbaycana 1972-ci ilin sərt qışı gəlir?
Yaponiya Şəmkirin 3 kəndini içməli su ilə təmin edəcək
Bakıda daha bir hind toyu-FOTO
20 il eyni rəqəmlərlə lotereya oynayan qadın cek-pot uddu
Azərbaycanda vergi ödəyicilərinə XƏBƏRDARLIQ
Bu il bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI
Məsafədən işləməyin müsabət və mənfi tərəfləri(2)
Roma küçələrinə vəhşi heyvanlar gəlməyə başladı
Sünnət
Nazirlik: "Xəzərdən götürülmüş su içməli su kimi istifadə edilir"
Günün ulduz falı
Bakıda yeni avtomobil yolu və piyada keçidləri tikilir
Qəbələyə qar yağdı-5sm
Yeni müharibə xəbərdarlığı
Soyuq havalarda uşaqları necə geyindirməli?
Britni Spirsin evi yandı
Niyə müharibə edirik?
2012-ci ilin qol saatları
Nazirlik ağacların qanunsuz kəsilməsinə qarşı nə edir?
Levənt Yüksəl evləndi - FOTO