Azərbaycanda pasport və şəxsiyyət vəsiqələrinin itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə yeni rüsumlar müəyyən olunub.
Bununla əlaqədar “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər təklif olunur.
Qanuna təklif olunan 14.1-1-ci maddədə qeyd olunur ki, Azərbaycan vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportları itirilmə və ya korlanma ilə əlaqədar yenidən verildikdə -
10 iş günü müddətində verildikdə: 1 yaşınadək uşaqlar üçün 20 manat, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 30 manat, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 40 manat, 18 yaşına çatmış vətəndaşlara 50 manat; 5 iş günü müddətində verildikdə: 1 yaşınadək uşaqlar üçün 30 manat, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 50 manat, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 70 manat, 18 yaşına çatmış vətəndaşlara 90 manat; 1 iş günü müddətində verildikdə isə 1 yaşınadək uşaqlar üçün 50 manat, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 90 manat, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 130 manat, 18 yaşına çatmış vətəndaşlara görə isə 170 manat dövlət rüsumu tutulacaq.
Yeni 14.3-1-ci maddədə isə deyilir ki, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi itirilmə və korlanma ilə əlaqədar yenidən verildikdə -
10 iş günü müddətində verildikdə 15 manat, 3 iş günü müddətində verildikdə 35 manat, 1 iş günü müddətində verildikdə isə 45 manat dövlət rüsumu tutulacaq.
“Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər ümumvətəndaş pasportunun və Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin itirilməsi və korlanması ilə əlaqədar yenidən verilməsinə görə yeni rüsumların müəyyən olunması məqsədilə hazırlanıb. Hazırda ümumvətəndaş pasportu və vətəndaşın şəxsiyyət vəsiqəsi itirilmə və korlanma ilə əlaqədar yenidən verildikdə rüsumlar ümumi qaydada (qüvvədə olma müddətinin bitməsi, habelə qanunla müəyyən olunmuş hallarda dəyişdirilməsi nəzərdə tutulan hallarda) tutulur. Qanun layihəsinə əsasən, bu hallara görə tutulan rüsumların miqdarı ümumi qaydadan daha yüksək olacaq.
Qanun layihəsi Milli Məclisin dekabrın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. Təsdiq ediləcəyi təqdirdə 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək. (trend)
XƏBƏR LENTİ
Alman aşpazın əl işləri
Şokoladlı yeni il keksləri (foto-resept)
Ən sağlam ölkələr
Nikahdan öncə tibbi müayinə
Xəzinə tapdılar borca düşdülər_FOTO
Həftəsonu yağış var
Co Baydenin seçki qərargahının rəhbəri Trampı hədələdi
Makiyajın uzun müddətli olması üçün...
Sabahın HAVAsı
Azərbaycanda teatrında yenilik
Televiziya
İran və Rusiya prezidentləri Bakıya nə vaxt gələcəklər?
Azərbaycan tarixindən yüz şəxsiyyət-21
Əsgər bayraqla havaya uçdu
Prezident İlham Əliyevin Sumqayıt şəhərinə səfəri
Həddindən artıq meyvə qaraciyərə zərərlidirmi?
Şimali Koreyada karantini pozan şəxs güllələndi
İki körpə atasız qala bilər!
Qadın sürücülər
Maraglı fincanlar
Kişilər sosial şəbəkələrdə
3 yaşlı qız geyimilə hamını heyran edib
Fransız qadınları kimi geyinməyin sirri
Günün qoroskopu: qələbələr asan başa gəlməyəcək
Anası kimi davranmayın
Qaraçı plovu/Şor salatı (video-resept)
Azərbaycanda "WhatsApp" çökdü
Şəhid generalımız Polad Həşimovun adı İstanbulda kitabxanaya veriləcək
Braziliya feni (Fix Nano Keratin)
Masaj texnikaları (II hissə)
"Çukur" haqqında nazirdən AÇIQLAMA
"Messenger"ə yeni faydalı funksiya əlavə edib
Azərbaycanlı hakim İsveçdə ən yaxşı seçildi
Şeyma Subaşı sevgilisi ilə BARIŞDI
Telefonda hirsli insanı necə sakitləşdirmək olar?
Çivzə və sızanaqlar
Naftalanda sahibkarlar üçün "dəyirmi masa" keçirilib
Kəpəyə qarşı bitki mənşəli həll
Təbii doğuşun faydaları
3 ay övladlarını görə bilməyəcək
Azərbaycandakı bəzi uşaq evlərində yenilik tətbiq ediləcək
Sabah hava necə olacaq?
Günün qoroskopu: Günəşi görmək istəyirsənsə kölgədən çıx
Yeni günə gümrah oyanmaq üçün
Bakıda daha belə ət ala bilməyəcəksiniz
Quranda Qədr gecəsi niyə min aydan xeyirlidir?
Dahilər haqqında bilmədiklərimiz
"Sərkisyan hərbi cinayətkar elan olunsun"
HAVA necə olacaq?
Uşaq ataya tapşırılsa...