Milli.Az lent.az-a istinadən Loqoped Bəsirə Pənciyevanın məqaləsini təqdim edir:
Hazırda günümüzün problemlərindən və valdeynlərin ən çox şikayət etdiyi məsələlərdən biri də iki dillilik problemidir. Valideynlərin şikayətləri isə əsasən bu yöndədir: "Uşağım danışa bilmir və 2 yaşı var. O, daha çox evdə yalnız mənimlə əlaqədə olur. Mən rus dilində danışıram. Uşağımla da bu vaxta qədər rus dilində danışmışam. Nənə, baba Azərbaycan dilində danışır. Uşağın danışmasında problem olduğu üçün, loqopedə müraciət etmişik. O arada hər iki dildə sözlər deyir. Mən nə etməliyəm? Hansı dildə bağçaya və loqopedə aparmalıyam..." . Belə hallarda isə mənim məsləhətim o olur ki, ümumiyyətlə hansı ölkədə yaşamağımızdan asılı olmayaraq, uşağın yaşadığı mühitdə hansı dil üstünlük təşkil edirsə, uşağa həmin dil öyrədilməlidir. Çünki dil irsi deyil, irqidir. Mütəxəssis kimi məsləhət görürəm ki, uşağın dili açılıb nitqi formalaşana kimi, bir dil seçimi etmək daha uyğundur. Əgər ata, ana rus dilli, lakin nənə, baba Azərbaycan dilini istifadə edirsə, bu o deməkdir ki ailəni iki dillidir və uşağınızın nitqində bu problem yarada bilər və nitqinə mənfi təsir edə bilər.
Bəs bu halda nə etməli? Əgər, siz ailənizdə iki dil istifadə edir və hər bir istifadə etdiyiniz sözləri, uşağınıza başa salırsınızsa, tərcümə edirsinizsə, doğru yoldasınız. Əgər yuxarıda göstərildiyi kimi ana rus dilli, digər ailə fərdləri Azərbaycan dilində danışırsa, bu zaman uşağın bağça və ya loqopedi Azərbaycan dilində olması məsləhətlidir. Ancaq bir məsələ var ki, əgər uşaqla 2 il müddətində rus dilində danışılıbsa, onu tam yığışdırmaq olmaz. Çünki istəsək də bunu edə bilmərik və bacarmarıq. Uşağın nitqində mütləq rus dilli sözlər qalır. Uşaq ya salam verəndə, ya sağollaşanda və ya dərs müddətində, rus dilli sözləri istifadə edəcək. Ona görə də həmin anda uşağın istifadə etdiyi sözləri ona tərcümə edərək, başa salaraq, möhkəmləndirmək lazımdır. Məsələn uşağa kökü göstərdikdə, "morkovСЊ" deyirsə, ona bunu həm kök, həm "morkovСЊ" kimi öyrətmək lazımdır. Və hər dəfə uşaq "morkovСЊ" dedikdə, onu başa salaraq bunun rus dilində olduğunu, demək lazımdır.
Bəs evdə valideynlər nə etməlidilər ? Məhz belə hallarda mənim şəxsən hər bir valideynə tapşırığım bu yöndə olur ki, uşağın nitqi açılıb formalaşana kimi mümkün dərəcədə Azərbaycan dilində danışsınlar. Əgər uşaq danışmağa başladıqda rus dilində sözlər deyirsə və ya siz valideynlərindən rus dilində söz eşitdiyi zaman onu yönləndirməyə çalışın başa salın ki, bu eşitdiyin rus dilidir və bu söz bu anlama gəlir. Bəzən valideynə elə gəlir ki, " əşi, uşaqdır, o, nə başa düşür?". Amma bu adi görünsə də, diqqət edilməsi gərəkən məqamlardır. Çünki edilmədikdə mənfi nüanslar yaradır. Əgər uşağınız dil açanda ona tərcümə edərək, hər iki dildən istifadə etsəniz uşağın nitqi ilə bağlı problem yaşamayacaqsınız. Lakin bu təbii ki mütəxəssis kimi məsləhət gördüyüm, alternativ variantdır. Yəni bu o demək deyil ki, iki dil istifadə etmək lazımdır. Yenə də bildirirəm ki, uşağın nitqi açılıb formalaşana kimi, bir dildən istifadə etmək daha məqsədyönlüdür.
XƏBƏR LENTİ
Dünya mətbəxi - Hindistan
Ən faydalı 10 qida maddəsi
Bakı Şəhər Halqasının loqosu təqdim olundu
Xoşbəxt ailə qaydaları
''Ali Müsəmma" plovu (foto resept)
Rəqəmlər (6)
İnternetin qiyməti enəcək?
TRT-nin baş direktoru Azərbaycanın ali məktəbinin fəxri doktoru adına layiq görülüb
Brabus Mercedes-Benz yeniləndi
Hər kəs bu yeniyetmədən danışır
Sabahın havası
Şevval Şam yenidən hakim qarşısında-SƏBƏB
İŞİD qorxuya düşüb
Yeni ildə işıqsız qalmayacağıq
Ermənistan hökuməti Qarabağın "müstəqilliyi" layihəsinə rəy verdi
Seda Sayan Bakıya gəlir
Yaz salatı (foto resept)
Məktəbi bitirə bilməyənlər üçün eksternat imtahanlarına qeydiyyat başlayıb
Yuxusuzluq üçün şəfalı daşlar
7 gün ərzində pomidor yeməyin faydaları
Yapon alimindən oruc tutmaqla başlı AÇIQLAMASI
Günün ulduz falı
Bakıdan Sumqayıta 80 qəpiyə
Ermənistan əsirlərin azad edilməsi və meyitlərin qaytarılması ilə bağlı Azərbaycanın təklifinə cavab verməyib
Toyuqlu rizotta(foto resept)
Yuxu
Türkiyədə ən populyar qız adı Zeynəbdir
Məşhur futbolçu "Qalatasaray"ı "Yuventus"a dəyişir
"Nar Bağı" filmi Oskar mükafatına təqdim edilib
Turistlər üçün ən ucuz Avropa şəhərləri
Bu ay böyük savaş başlayır
BÜRCLƏR bizə nə vəd edir? -24 İyun
Müdafiə Nazirliyi cəbhədəki itkilərə aydınlıq gətirdi
Bella Hadidin görünüşü hər kəsin DİQQƏTİNİ ÇƏKDİ-FOTO
“Aşk-ı memnu”nun Bülənti illər sonra – FOTO
Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ
Rianna ərəb milyarderlə nişanlandı - FOTO
Sən bu gün çox gözəlsən! Bəs sabah?..
Dərman bitkilər
Yeni doğulan körpəni necə bəsləmək lazımdır?
Leyla Əliyevanın doğum günüdür
Məkkə gülü haqqında eşitmisinizmi?
Yumruğunuza görə xarekteriniz
Hava haqqında
Qatillə mübarizəyə 100 milyon dollar
İŞİD Türkiyəyə top atdı
ABŞ-ın yeni erməni qorxusu
Çingiz Aytmatovun 85 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək
Qırmızı şərabın faydaları
Cəbhədə uşaq yaralandı