Bakıda hava
USD 1.7001 AZN
EUR 2.1108 AZN
18:23Emma Svon Axşamınız xeyir! 11:28Surayye Gunurtaniz xeyir xanimlar-Peri Simadan ses yoxdu
38071

Uşağınız torpaq yeyirsə diqqət!

 

Qida maddəsi olmayan torpaq, daş, əhəng, şüşə və sabun kimi maddələri yemək və ya yalamaq şəklində ortaya çıxan "Pika Sindromu", ən çox uşaqlarda görünür. Pikanın altda yatan psixoloji səbəbi sevgi məhdudiyyəti və inkişaf etməmiş inam hissi olduğunu bildirən mütəxəssislər, bu vəziyyəti, "Ana-övlad məhdudiyyətləri, valideyn rəddi, zəifləmiş valideyn-uşaq əlaqəsi, ailədəki narahatlıq mühiti, istismar ən böyük stress amilləridir" şəklində açıqlayıb.

Uşağınız torpaq yeyirsə diqqət!

Üsküdar Universiteti NPİSTANBUL Beyin Xəstəxanası Uşaq Yeniyetmə psixatır mütəxəssisi Yrd. Doç. Dr. Mine Elagöz Yüksel, Pika sindromunun, cəmiyyətdə qeyri-adi qəbul edilən, qida maddələri olmayan obyektləri yemək/yalamaq şəklində görünən bir yemək yemə pozuntusu olduğunu söylədi.

Bu obyeklərin torpaq, daş, əhəng, şüşə, saş, sabun, ip, silgi, boya, plastik maddələr, geyim parçası, yanmış kibrit ola biləcəyini bildirən Yrd. Doç.Dr Yüksel, "Bu vəziyyət 2-3 yaş altı uşaqların ağza uyğunsuz maddələri atma və yeməyə çalışma davranışı əhatə etməz. Xəstəlik illərcə davam edə biləcəyi kimi qısa müddətdə özlüyündən yox ola bilir" şəklində danışdı.

Uşağınız torpaq yeyirsə diqqət!

 

Ən çox uşaqlarda görünür
 Pika Sindromunun hər yaşda görülə biləcəyi kimi ən çox uşaqlarda görüldüyünü bildirən Yrd. Doç.Dr. Yüksel, "Ən əsas üç səbəbi qida nöqsanları, nevroloji inkişaf qüsurları, ya da psixoloji səbəblər kimi sayıla bilər. Dəmir, kalsium, sink, B1 vitamini, B6 vitamini nöqsanları ən tez-tez aşkar edilən yeməyə meyilli nöqsanlardır. Nadir olmayaraq zəka geriliyi, autizm, epilepsiya, şizofreniya, obsesif-kompulsif pozuntu kimi nevroloji/psikiyatrik narahatlığı olan fərdlərdə görülə bilər. Karlıq, neyroleptik dərman istifadəsi kimi tibbi hallara da müşayiət edildiyi bildirilmişdir. Bəzi insanlarda saç ya da dəri yolma davranışları ilə birgə müşahidə oluna bilir" dedi.
Uşağınız torpaq yeyirsə diqqət!
Bu tövsiyələrə diqqət edin
 Ailələrin uşaqlarında Pika Sindromu əlamətlərini aşkar etmələri halında gec qalmadan uşağın tam bir somatik müayinəsi üçün həkimə müraciət etməli olduğunu bildirən Yrd. Doç.Dr. Yüksel, "Tibbi müayinə və qiymətləndirmələr nəticəsində Pika Sindromunun mənfi nəticələrinin var olub olmadığı; Səbəblərinə qarşı isə qida nöqsanlarının tədqiqi, uşağın psixo-sosial və nevroloji inkişafının qiymətləndirilməsi lazımdır. Pika Sindromunu edəcək bir test olmamaqla bərabər altda yatan səbəb və nəticələri araşdırmağa qarşı laboratoriya testləri lazımdır. Xüsusilə, uşaq və yeniyetmə psixiatriyası mütəxəssisi tərəfindən Pikə Sindromunun altında yatan səbəblər təhlil edilməli, zəruri hallarda tibbi müalicə və psixo təhsil və ya davranış terapiyası variantları nəzərdən keçirilməlidir" deyə tövsiyə etdi.
Səslərin sayı: 2
4
687
loading...
Şərhlər
Offline
Iceberg
Mənim qızım 2 yaşı olmamışdı heç, həyətdə yumşaq palçıq görəndə ağzına basırdı. Bilmirdim necə tərgidim. Şükür ki öz özünə başından atdı
19 iyul 2017 09:53
imza: shafaabdulla.blogspot.com
Offline
Qizil Gul
Usaqlarinizi bu mikrovlu yerlerden qoruyun. yoxsa basqa xesteliklere sebeb ola bilir.
18 iyul 2017 23:17
Offline
Emma Svon
Dəhşətdir... Kağız yeyənlər eşitmişdim, amma bunlar wassat
18 iyul 2017 21:44
Offline
Xəyalə Murad
Bu çatışmamazlıqdır. Daş yeyənlər də var(
18 iyul 2017 21:16
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır