Bakıda hava 32°
USD 1.7007 AZN
EUR 2.0421 AZN
10:48Iceberg Salam xoş gördük hər kəsi ) 09:06Xəyalə Murad Sabahınız xeyir olsun, Əziz Qadin.Netlilər!
37696

Pərinuş Sənii "Mənim payım"

 

Pərinuş Sənii "Mənim payım"

Düzünü deyim bu kitabı oxuyanda ürəyimdən tikan çıxmadı, gözlədiyimin əksinə əsəbləşdim. Mən elə bilirdim milyonlarla şərq qadınının əksinə Məsumə daha rahat, gözəl hıyat yaşayıb. Heç ümidi olmadığı vəziyyətdə Həmid qəhrəman kimi yetişib və onu xilas edib. Əslində təsadüfi də olsa texniki baxımdan elə olub amma Məsumə sadəcə ev dəyişib, döyülüb söyülməkdən canı qurtarıb. Amma arzusunda olduğu şəfqəti, sevgini nə ata evində görüb nə ər evində. Həmid qadınların maariflənməsinə sözdə dəstək verir amma elementar evdə arvadına dərs oxumag üçün heç bir köməyi yaratmır, bütün məişət qayğılarından özünü kənar edir, heç bir məsuliyyətin altına girmir, uşağı olacağını biləndə dava salır amma uşaq doğulanda ad qoymağa özün ixtiyar sahibi bilir....

Pərinuş Sənii "Mənim payım"

Bu sətrləri əsərin əvvəllərində yazmışdım. O zaman Həmidin fəaliyyəti məhcul idi. Fikirlərinə, sözlərinə yer verilmirdi. Lakin səhifələr irəlilədikcə Həmidin məsuliyyətdən boyun qaçıran kişi yox, fanatik kominist olduğunu dərk etdim. Əsərin bir yerində öz dili ilə dediyi sözlər buna sübutdur: mən iki uşağıma görə millətin övladlarından keçə bilmərəm...

Məsumə çox keşməkeşli həyat yaşayır. Böyüyüb boşa çatdırdığı övladları isə onun dünyasından heç nə başa düşmür. Onlar üçün Məsumə fədakar anadır həmişə də elə qalmalıdır. Necə ki atası, qardaşları üçün potensial rüsvayçılıq mənbəyi olan qız, bacı idi.

Pərinuş Sənii "Mənim payım"
Son illərdə heç bir kitab bu qədər fikir qarmaşası yaratmamışdı məndə. Tərəddüd burulğanına düşdüm. Həqiqət o qədər çılpaq, aydın və əzabverici oldu ki, bir müddət otagları gəzdim boş-boş. Bir qadının öhdəsinə bu qədər məsuliyyət düşdüyü halda bu qədər borcu olduğu halda və məsuliyyətinin, borcunun öhdəsindən bu qədər əzmlə gəldiyi halda əslində həyatındakı heç bir şeyin ona məxsus olmaması fikri dəhşətli idi. Onun heç nəyi yox imiş sən demə. Hətta öz həyatı belə zaman-zaman kimlərdənsə aslı imiş. Dişi-dırnağı ilə mübarizə aparıb ağır yükləri çiyinlərində daşıyanda da o yük onun imiş sadəcə çiyni yox. Çiyni, ürəyi, bədəni, həyatı heç bir şey onun özünün deyil...
Səslərin sayı: 1
2
554
Digər yazılar
Şərhlər
Offline
Leben und Tod
ugurlar olsun .size
21 iyul 2017 14:46
Offline
Xəyalə Murad
Səni gözəl başa düşürəm. İnsan nəyisə dəyişmək istəyirsə ilk növbədə özündən öz evindən başlamalıdır. Heç unutmadığın əsər olacaq
2 iyul 2017 14:34
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
Maraqlıdır