Bakıda hava 13°
USD AZN
EUR AZN
09:39Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41129

Avroparlamentdən Dağlıq Qarabağ AÇIQLAMASI: "Brüssel narahatdır"

Avroparlamentdən Dağlıq Qarabağ AÇIQLAMASI: "Brüssel narahatdır"

"Dağlıq Qarabağdakı status-kvo kövrəkdir".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Avroparlamentin xarici əlaqələr komitəsinin rəhbəri Devid Makallister Yerevanda deyib.

O, bildirib ki, münaqişənin hərbi yolla həlli yoxdur: "Münaqişənin beynəlxalq hüquq əsasında uzunmüddətli həlli zəruridir. Avropa İttifaqı (Aİ) tərəfləri atəşkəs rejiminə və münaqişənin sülh yolu ilə həlli üçün öz öhdəliklərinə əməl etməyə çağırır, Minsk qrupunun bu istiqamətdə səylərini dəstəkləyir.

Makallister qeyd edib ki, Brüssel münaqişə zonasında silahlanma yarışından, qarşıdurma ritorikasından və təmas xəttində insan ölümünə səbəb olan insidentlərdən narahatdır.

Onun sözlərinə görə, Aİ tərəfləri danışıqları Minsk qrupunun təklifləri əsasında şərtsiz bərpa etməyə çağırır.

Milli.Az

Səslərin sayı: 0
0
460
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!