Bakıda hava 21°
USD 1.7000 AZN
EUR 1.9671 AZN

Çuğundur salatı

Tərkibi:

500 qram qırmızı çuğundur

400 qram kələm

1 ədəd soğan

1 xörək qaşığı tomat 

1 xörək qaşığı şəkər

4 xörək qaşığı duru yağ

Duz, istiot

Çuğundur salatı

Hazırlanması:

Çuğunduru falqaya büküb sobada bişirin. Soğanı nazik uzun şəkildə doğrayın. 1 qaşıq sulu yağda qızardın.

Kələmi uzun şəkildə  doğrayıb sıxın. Sulu yağda, az dərəcədə, 15 dəqiqə ağzı bağlı şəkildə pörtün. Az miqdarda su  və tomat əlavə edib qarışdırın.

Çuğundurla  soğanı kələmə əlavə edib qarışdırın. Sonra şəkəri, duzu, istiotu, sulu yağı əlavə edin. Zövqə görə göyərti vurun.

Səslərin sayı: 0
2
1723
loading...
Şərhlər
Offline
medine cabbarlı
biggrin dadlı resepte oxşayır
2 fevral 2017 11:32
Offline
Ceylan Mumoğlu
Faydalı salatdır, təşəkkürlər, Zöhrə xanım.
31 yanvar 2017 11:21
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!